769) Histaminin spesifik azad olması testi nə ilə nəticələnir?
A) Allergiyalı xəstələrin qan serumunda histaminin səviyyəsinin müəyyən olunması ilə
B) Spesifik allergenin təsirinə cavab olaraq histaminin səviyyəsinin müəyyən edilməsi ilə
C) Sadalananların hec biri ilə
D) Spesifik allergenin təsirinə cavab olaraq xəstənin deqranulyasiya olmuş bazofil leykositlərinin müəyyən olunması ilə
E) Spesifik allergen stimuluna cavab olaraq xəstələrin IgE-həssaslaşmış bazofillərindən azad olmuş histamininin təyini ilə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
770) Spesifik anticismin immunferment metodu ilə təyininin radioimmun üsuldan fərqi nədədir?
A) Qiyməti ucuzdur
B) Sadalananların hamısında
C) Xüsusi radioloji avadanlıq tələb etmir
D) Üstünlüyü yoxdur
E) İşi yerinə yetirmək üçün çox sadədir
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.75
771) Tozcuq rinitinin fəsli kəskinləşməsi zamanı hansını qəbul etmək məqsədəuyğun deyil?
A) Efedrin
B) Suprastin
C) Tavegil
D) Dimedrol
E) Rauvolfi preparatlarını
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
772) Tozağacı, qızılağac, qoz ağacının tozcuğuna allergiya zamanı pollinozun kəskinləşməsi daha çox nə vaxt baş verir?
A) Fevral-martda
B) Avqust-sentyabrda
C) Aprel-mayda
D) İyun-iyulda
E) Oktyabr-noyabrda
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
Dostları ilə paylaş: |