Qərb dünyasında, infeksion mononukleoz yetkinlik çağındakıların və yetkinlərin kəskin, öz-özünə sağalan bir xəstəliyidir.Xəstəliyin səbəbi, herpesvirus ailəsinin bir nümayəndəsi olan B limfasitotropik EBV(Epşteyn-Barr virusu)`dir.
Epidemiologiya və İmmunologiya EBV bütün cəmiyyətlərdə geniş olaraq rast gəlinən bir virusdur.Ekonomik səviyyənin və buna bağlı olaraq həyat standartlarının aşağı olduğu bölgələrdə, gənc yaşda EBV infeksiyası olduqca geniş yayılıb.Simptomatik xəstəlik bu yaşlarda nadir olaraq görülür.İnfeksiyalı fərdlər immun cavab yaratsalarda, populyasiyanın yarıdan çoxunda virusun çoxalması davam edər.