Impact azerbaijan



Yüklə 7.9 Mb.
Pdf просмотр
səhifə1/3
tarix01.06.2017
ölçüsü7.9 Mb.
  1   2   3

1

www.amchamaz.org

MÜNDƏRİCAT

ÖTƏN İLƏ BAXIŞ

PREZIDENTDƏN ÖN SÖZ

GİRİŞ

AMERİKA TİCARƏT PALATASININ STRUKTURU

ÜZVLÜK

MALİYYƏ HESABATLARI

KOMİTƏLƏR

LAYİHƏLƏR

HÖKUMƏTLƏ ƏMƏKDAŞLIQ

BEYNƏLXALQ ƏLAQƏLƏR

TƏDBİRLƏR

“IMPACT AZERBAIJAN”

M2M VƏ M2M+ ENDİRİM PROQRAMLARI

ASANLAŞDIRILMIŞ VIZA PROQRAMI

KORPORATİV SOSİAL MƏSULİYYƏT

ÜZVLƏRİN SİYAHISI

E-AMCHAM

ƏLAQƏ MƏLUMATLARI

2

4

5

6

8

16

20

27

29

34

36

42

44

46

47

48

58

60


YEAR

 A



GLANCE


2

ÖTƏN İLƏ BAXIŞ

• 

Bank, Maliyə və Sığorta Komitəsinin 



yığıncağı 

• 

Rəhbər heyət üçün Səhər Yeməyi Ziyafəti



• 

Vergi və Gömrük Komitəsinin yığıncağı

• 

Amerika Ticarət Palatasının 2012-ci il 



üçün İnflyasiya Sorğusunun Hesabatı 

• 

Vergilər Nazirliyinin Vergi siyasəti 



və gəlirlər şöbəsinin müdiri Cəmil 

Əlizadənin iştirakı ilə Amerika Ticarət 

Palatası üzvlərinin işgüzar naharı

• 

Korporativ Sosial Məsuliyyət 



Komitəsinin yığıncağı 

• 

Amerika Ticarət Palatası və “British 



Airways”-in birgə yay kokteyli 

• 

“Qəbul olunacaq Miqrasiya Məcəlləsi: 



çətinliklər və imkanlar” mövzusunda konfrans 

• 

Azərbaycan Respublikası Miqrasiya 



Məcəlləsi üzrə Rəy Sənədi

• 

Rəhbər heyət üçün Səhər Yeməyi Ziyafəti



• 

Bank, Maliyə və Sığorta Komitəsinin 

yığıncağı

• 

“Səyahət Barı” adlı Furşet



• 

İnsan Resursları Komitəsinin yığıncağı 

• 

Vergi və Gömrük Komitəsinin yığıncağı 



• 

İnformasiya və Kommunikasiya 

Texnologiyaları Komitəsinin yığıncağı

• 

“IMPACT Azerbaijan” jurnalının 15-ci 



buraxılışı: “Davamlı İqtisadi İnkişaf”

• 

“Təmiz Şəhər” ASC-in İdarə Heyətinin 



sədri Zakir İbrahimovun iştirakı ilə 

Amerika Ticarət Palatası üzvlərinin 

işgüzar naharı

• 

Bank, Maliyə və Sığorta Komitəsinin 



yığıncağı 

• 

Korporativ Sosial Məsuliyyət 



Komitəsinin yığıncağı

• 

Vergi və Gömrük Komitəsinin yığıncağı



• 

Rəhbər heyət üçün Səhər Yeməyi Ziyafəti

• 

İnsan Resursları Komitəsinin yığıncağı 



• 

Bank, Maliyə və Sığorta Komitəsinin 

yığıncağı 

• 

“Azərkosmos” ASC-in sədri Rəşad 



Nəbiyevin iştirakı ilə Amerika Ticarət 

Palatası üzvlərinin işgüzar naharı

• 

Amerika Ticarət Palatasının 2013-cü ilin 



birinci rübü üzrə İnflyasiya Sorğusu

• 

Vergi və Gömrük Komitəsinin yığıncağı 



• 

Beynəlxalq Maliyyə Korporasiyasının 

Azərbaycan üzrə nümayəndəliyinin 

rəhbəri Aliyə Əzimovanın iştirakı ilə 

Amerika Ticarət Palatası üzvlərinin 

işgüzar naharı

• 

Amerika Ticarət Palatası üzvləri üçün 



marketinq və reklam fəaliyyətləri 

mövzusunda seminar

• 

“Səyahət Barı” adlı Furşeti



• 

Səyahət və Turizm Komitəsinin yığıncağı

• 

Rəhbər heyət üçün Səhər Yeməyi 



Ziyafəti

• 

“IMPACT Azerbaijan” jurnalının 16-cı 



buraxılışı: “Azərbaycanın Əmək Bazarı”

• 

“Əqli mülkiyyət hüquqlarının təminatı və 



piratçılığa qarşı mübarizə” mövzusunda 

rəy sənədin buraxılması 



YAN

IYUN

FEV

MArT

APrEL

MAY

Xüsusi Tədbir:

Amerika Ticarət Palatası üzvlərinin yanvar işgüzar naharı: Direktorlar Şurasına 

Namizədlərlə tanışlıq

Xüsusi Tədbir:

“Vergi partnyorluğu” – Amerika Ticarət Palatasının 3-cü İllik Vergi Konfransı 

Xüsusi Tədbir:

Amerika Ticarət Palatasının İllik Ümumi Yığıncağı və Direktorlar Şurasına Seçkilər

Xüsusi Tədbir:

Jan-Lui Brujyer tərəfindən təqdim olunmuş “Beynəlxalq Terror və Ölkələrarası 

Cinayət” mövzusunda seminar

Xüsusi Tədbir:

ASAN Xidmət və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri ilə miqrasiya 

sahəsində hazırkı və gələcək islahatlar barədə dəyirmi masa

Xüsusi Tədbir:

Bank, Maliyyə və Sığorta və İnformasiya və Kommunikasiya Texnologiyaları 

Komitələrinin birgə yığıncağı: “Maliyyə müəssisələrində İT məsələləri və standartları” 


3

www.amchamaz.org

ÖTƏN İLƏ BAXIŞ

• 

“Səyahət Barı” adlı Furşeti



• 

Amerika Ticarət Palatasının 2013-cü ilin 

ikinci rübü üzrə İnflyasiya Sorğusu

• 

Vergi və Gömrük Komitəsinin yığıncağı



• 

Amerika Ticarət Palatası və ABŞ 

səfirliyinin iştirakı ilə İrana qoyulmuş 

sanksiyalar mövzusunda dəyirmi masa 

• 

İnformasiya və Kommunikasiya 



Texnologiyaları Komitəsinin yığıncağı 

• 

İnsan Resursları Komitəsinin yığıncağı 



• 

Korporativ Sosial Məsuliyyət 

Komitəsinin yığıncağı 

• 

Amerika Ticarət Palatası və “Deloitte” 



şirkətinin birgə “İşguzar Sezonun 

Başlanğıcı” kokteyli 

• 

Rəhbər heyət üçün Səhər Yeməyi Ziyafəti



• 

Amerika Ticarət Palatası və “PwC 

Azerbaijan” şirkətinin “Yeni bazarlara 

giriş: Orta Şərq perspektivi” 

mövzusunda birgə təlimi 

• 

Bank, Maliyyə və Sığorta Komitəsinin 



yığıncağı

• 

15-ci illik İllik Milli Məvacib Sorğusunun 



başlanması

• 

Amerika Ticarət Palatasının 2013-cü ilin 



üçüncü rübü üzrə İnflyasiya Sorğusu

• 

Korporativ Sosial Məsuliyyət 



Komitəsinin yığıncağı 

• 

İnsan Resursları Komitəsinin yığıncağı 



• 

Bank, Maliyyə və Sığorta Komitəsinin 

yığıncağı 

• 

“Məlumat marketinqi və analitik 



marketinq” mövzusunda Amerika Ticarət 

Palatasının seminarı 

• 

Vergi və Gömrük Komitəsinin yığıncağı 



• 

“Effektiv təşkilatın müdafiə xətləri” 

mövzusunda Amerika Ticarət 

Palatasının master-klası 

• 

İnformasiya və Kommunikasiya 



Texnologiyaları Komitəsinin yığıncağı 

• 

Amerika Ticarət Palatası və “Aquavita” 



şirkətinin birgə kokteyli 

• 

Bank, Maliyyə və Sığorta Komitəsinin 



yığıncağı 

• 

Vergi və Gömrük Komitəsinin yığıncağı 



• 

Korporativ Sosial Məsuliyyət 

Komitəsinin yığıncağı 

• 

Rəhbər heyət üçün Səhər Yeməyi 



Ziyafəti Səyahət və Turizm Komitəsinin 

yığıncağı 

• 

“IMPACT Azerbaijan” jurnalının 18-ci 



buraxılışı: “Miqrasiya və Səyahət”

• 

İnsan Resursları Komitəsinin yığıncağı



• 

“IMPACT Azerbaijan” jurnalının 

17-ci buraxılışı: “Vergi Məcəlləsinə 

Dəyişikliklər”

• 

“Ətraf mühitə təsirlər” üzrə Rəy Sənədi



IYUL

SENT

OKT

NOY

AVQ

Xüsusi Tədbir:

18-ci illik Müstəqillik Günü pikniki 

Xüsusi Tədbir:

Təhsil Naziri Mikayıl Cabbarovun iştirakı ilə Amerika Ticarət Palatası üzvlərinin 

işgüzar naharı

Xüsusi Tədbir:

9-cu illik “Qara və Ağ”Bal

Amerika Ticarət Palatasının Qızıl Üzvlərinin işgüzar naharı 

Xüsusi Tədbir:

Amerika Ticarət Palatasın ABŞ Konqresindən gəlmiş heyət ilə görüşü

• 

15-ci illik İllik Milli Məvacib Sorğusu üzrə 



Hesabat 

• 

“Səyahət Barı” adlı Furşeti 



• 

“Reklam” mövzusunda Rəy sənədi

• 

Amerika Ticarət Palatasın ABŞ Dövlət 



Katibi Köməkçisinin Müavini Erik S. 

Rubin ilə görüşü

• 

Vergi və Gömrük Komitəsinin yığıncağı 



DEK

Xüsusi Tədbir:

Amerika Ticarət Palatasının Gümüş Üzvlərinin İşgüzar Naharı 


YEAR

 A



GLANCE


4

PREZİDENTDƏN ÖN SÖZ

2013-cü il Amerika Ticarət Palatası üçün daha bir uğurlu il olmuşdur. Biz böyüməyə 

və inkişaf etməyə, eləcə də, üzvlərimizin sayını və fəaliyyətlərimizin əhatə dairəsini 

genişləndirməyə davam etmişik. Bizim üzvlərimizin sayı artıq 267-ə çatmışdır və 

buraya qabaqcıl beynəlxalq və Azərbaycan şirkətləri, o cümlədən, Azərbaycandakı 

ən böyük və əhəmiyyətli müəssisələrin bir çoxu daxildir.

Təmsilçilik  və  ictimai  siyasət  fəaliyyətlərində  iştirakı  davam  etdirərək  biz  əqli 

mülkiyyət  hüququ  və  piratçılığa  qarşı  mübarizə,  miqrasiya,  ətraf  mühitə  təsirin 

qiymətləndirilməsi və reklam kimi mühüm məsələlər üzrə rəy sənədləri hazırlamışıq. 

Bu  sənədlər  ciddi  təsirlərə,  o  cümlədən  Miqrasiya  Məcəlləsinə  bir  neçə  son  dərəcə  əhəmiyyətli 

dəyişikliyə, bəzi qanunların Milli Məclisdə oxunuşunun təxirə salınmasına və il ərzində gündəliyə salınmış  

başqa qanunların icra mexanizmləri üzrə aktiv və davamlı müzakirələrə yol açmışdır. Bizim Hökumətlə 

əməkdaşlığımız həmçinin Vergilər Nazirliyinin yaxın əməkdaşlığı ilə keçirilmiş son dərəcə uğurlu 3-cü illik 

Vergi Konfransı, ASAN Xidmət və Dövlət Miqrasiya Xidməti əməkdaşları ilə miqrasiya sahəsində islahatlar 

barədə dəyirmi masa, Dövlət Miqrasiya Xidmətinin Müdiri Firudin Nəbiyevlə görüş, Maliyyə, Səhiyyə və 

Təhsil Nazirlikləri və Sosial Müdafiə Fondu ilə davamlı əməkdaşlıq ilə davam etmişdir. Turizm Nazirliyi, 

Dövlət Kadastr Xidməti və bir neçə başqa dövlət orqanı üzvlərimizin sorğularını cavablandırmışdır.

Ötən il ərzində üzvlərimiz Amerika Ticarət Palatası tərəfindən və onun iştirakı ilə təşkil olunmuş 65 

palatadaxili  və  palatalararası  tədbirdə  öz  həmkarları,  əməkdaşları  və  müxtəlif  tərəflərlə  ünsiyyətdə 

olmaq imkanı əldə etmişlər. Bu cür tədbirlər müxtəlif növdə, formatda və müxtəlif auditoriyalar üçün 

hazırlanmışdır. Hər ay təşkil olunan üzvlərin işgüzar naharları, İcraçı direktorların işgüzar səhər yeməkləri, 

müvafiq hökumət rəsmilərinin iştirakı ilə 40-dan çox komitə yığıncağı və seminarlar, bir neçə qarışıq 

işgüzar tədbir və iki özünəməxsus sosial tədbir: 1300 nəfərin iştirak etdiyi Müstəqillik Günü pikniki və 550 

nəfərin iştirak etdiyi 8-ci illik “Ağ-Qara Bal” belə tədbirlərə nümunədir. Tədbirlərin sayını, keyfiyyətini və 

Bakının getdikcə daha da intensivləşən işgüzar və sosial səhnəsində populyarlığını saxlamaq və artırmaq 

bizim ötən il ərzində ən böyük nailiyyətlərimizdən olmuşdur.

Biz üzvlərimizə göstərdiyimiz digər xidmətləri də davam etdirmiş və genişləndirmişik: görüşlərin təşkili və 

bazar tədqiqatı xidmətləri üçün müxtəlif üzvlərdən daxil olmuş 125-dən çox müraciətin hər biri ayrılıqda 

araşdırılmış  və  ünvanlı  kömək  göstərilmiş,  “e-AmCham”  internet  kommunikasiya  şəbəkəsi  fəaliyyət 

göstərmiş, 130 şirkətin iştirakı ilə bu günə qədər aparılmış ən böyük Ümummilli Əmək Haqqı Sorğusu 

həyata keçirilmiş, Rüblük İnflyasiya Sorğusu və “Member2Member” endirim proqramı davam etdirilmişdir. 

Bunlara əlavə olaraq biz üzvlərimiz üçün yeni və maraqlı bir xidmətə – ABŞ səfirliyi ilə Viza üzrə Kömək 

Proqramına start vermişik; bu proqram çərçivəsində xüsusi “müsahibədən azad olma pilot proqramı” 

vasitəsilə Amerika  Ticarət  Palatasına  üzv  şirkətlərin  işçilərinə  B1/B2  qeyri-immiqrasiya  vizaları  üçün 

şəxsən səfirliyə getmədən müraciət etmək imkanı yaradılır.

Bizim ötən il üçün ən çox qürur duyduğumuz fəaliyyət Azərbaycanda Amerika Ticarət Palatası ilə 5, 10 və 

15 il əməkdaşlıq üçün Amerika Ticarət Palatasına Sədaqət Mükafatlarının təsis edilməsi olmuşdur. 1996-

cı ildə 13 Amerika şirkətindən ibarət qrup kimi təsis edilmiş Amerika Ticarət Palatası uzun yol qət edərək 

Azərbaycanda  ən  böyük  və  nüfuzlu  biznes  ittifaqlarından  birinə  çevrilmişdir  və  hal-hazırda  260-dan 

çox qabaqcıl beynəlxalq və Azərbaycan şirkətlərini birləşdirməkdədir. Bu uğurun açarı bizim üzvlərimiz 

olmuşdur, çünki bütün fəaliyyətlərimizin kökündə onlar durmaqdadır. Bu səbəblə, 2013-cü ilin son rübünü 

biz bu nailiyyəti qeyd etmək üçün Qızıl, Gümüş və Bürünc üzvlərimizi müxtəlif yollarla mükafatlandıraraq 

keçirmişik.

2013-cü il Azərbaycanda Amerika Ticarət Palatası üçün həqiqətən uğurlu və maraqlı il olmuşdur. Biz bu 

uğurları gələn il sizinlə birgə davam etdirəcək və genişləndirəcəyik!



İlqar Vəliyev

Prezident

Azərbaycanda Amerika Ticarət Palatası


5

www.amchamaz.org

GİRİŞ

AmCham Azərbaycan iqtisadiyyatının bütün sektorlarında fəaliyyət 



göstərən 260-dan çox tam və müxbir üzvlərdən ibarətdir

Azərbaycandakı  Amerika  Ticarət  Palatası  Azərbaycanda  biznes  maraqlarını  dəstəkləyən 

özəl,  qeyri-mənfəətli  biznes  assosiasiyasıdır.  1996-cı  ildə  yaradılmış  AmCham  Azərbaycan 

iqtisadiyyatının bütün sektorlarda fəaliyyət göstərən 260 tam və müxbir üzvü özündə birləşdirir. 

Biz bütünlüklə xarici investisiyaların 80%-ni və yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil 

edirik. Bizim sahə komitələri vasitəsi ilə üzvlərimiz məlumat mübadiləsi aparmaq, ümumi maraq 

doğuran  məsələlər  qaldırmaq  və  mümkün  həll  yolları  təklif  etmək  imkanı  qazanırlar. AmCham 

üzvləri, şirkətləri və təşkilatları üçün istər Azərbaycanda, istərsə də ABŞ-da geniş biznes məlumatı 

və əlaqələri şəbəkəsinə daxil ola bilirlər.

  1996-cı ildə təsis edilmişdir



  268 üzvü vardır

  Məcmu xarici investisiyanın 80%-i



  Biznesin əsas səsi 

  Amerika, Azərbaycan və beynəlxalq şirkətlərin təşviqi 



  Yüksək səviyyəli peşəkar səriştə və təcrübə 

  Enerji,  bank  işi,  İKT,  hüquq/maliyyə  məsləhət  xidmətləri,  peşəkar  xidmətlər,  təhsil,  inşaat, 



səhiyyə, nəqliyyat, turizm və istehsalat sahələrindəki qabaqcıl şirkətləri təmsil edir 

  Azərbaycanda fəaliyyət göstərən həm xarici, həm də yerli şirkətlər üçün optimal biznes mühitini 



təşviq edir

  Üzvlər arasında vaxtlı-vaxtında və lazımi mövzularda məlumat mübadiləsini təmin edir



“AmCham” nədir?

YEAR

 A



GLANCE


6

Direktorlar Şurasi 

İlqar Vəliyev

Ernst & Young 

Prezident

Kent MakNeley 

Azerfon 

Direktorlar Şurasının üzvü

Gündüz Kərimov 

Baker & McKENZIE 

Direktorlar Şurasının üzvü

Erik Uolker 

Chevron 

Direktorlar Şurasının üzvü

Teybə Quliyeva 

Societe Generale 

Birinci Vitse-Prezident

Derek Hoqan 

ABŞ Səfirliyi 

Vəzifəsi etibarilə Direktorlar 

Şurasının üzvü

Fərid İsmayılzadə

GoldenPay

Direktorlar Şurasının üzvü

Nərgiz Nəsrullayeva-Müdüroğlu 

Vəzifəsi etibarilə Direktorlar Şurasının 

üzvü

Mark Tomas 



BP

İkinci Vitse Prezident

Vüqar Əliyev

KPMG Azərbaycan 

Direktorlar Şurasının üzvü

Mövlan Paşayev 

PwC Azərbaycan

Direktorlar Şurasının üzvü

Nuran Kərimov 

Deloitte & Touche MMC

Direktorlar Şurasının üzvü

AMCHAMIN STRUKTURU



7

www.amchamaz.org

Komitə Sədrləri

AmCham Heyəti

Tural Hacıyev

İnformasiya və Kommunikasiya 

Texnologiyaları

Leyla Məhərrəmova 

İnsan Resursları

Şahin Məmmədov 

Bank, Maliyyə və Sığorta 

Nərgiz Nəsrullayeva-Müdüroğlu 

İcraçı Direktor

Həsən Quliyev

Vergi və Gömrük

Zaur Kərimov 

Baş Mühasib

Turab Teymurov 

Üzvlərlə İş üzrə Mütəxəssis

Aygün Nağıyeva 

Üzvlərlə İş üzrə Mütəxəssis

Selcan Musayeva 

İnzibati işlər üzrə köməkçi

Orxan Musayev 

Qanunvericilik və Siyasi Məsələlər 

üzrə mütəxəssis

Ceyhun Atayev 

Baş Redaktor

AMCHAMIN STRUKTURU

Leyla Seyidzadə 

Korporativ Sosial Məsuliyyət

Nikolas Rana

Səyahət və Turizm


YEAR

 A



GLANCE


8

ÜZVLÜK


Bizim missiyamız Azərbaycanın biznes mühitini təkmilləşdirmək istiqamətində 

çalışmaqla üzvlərimizin kommersiya maraqlarını müdafiə etmək, eləcə də, üz-

vlərimizə xidmət göstərməkdir.

“AmCham”-ın komitələri ilə əməkdaşlıq sizin şirkətinizə Azərbaycan 

iqtisadiyyatının gələcəyinə doğru konkret faktor yaratmaq imkanı verir. “AmCham”-

ın komitələri bu günə qədər Azərbaycanda əhəmiyyətli qanunların layihələrini 

hazırlamaq və onlara dəyişikliklər etmək işinə cəlb olunmuşdur ki, bu da öz 

növbəsində biznes mühitinin daha da əlverişli olması ilə nəticələnmişdir.

Gələcəyi Formalaşdırmaq İmkanı 

Bizim təşkilatımız Azərbaycanda dinamik və müsbət təsirə malikdir və biz missiyamızı dürüstlük və 

ölkəyə hörmət əsasında, bütün yerli qanunlara əməl etməklə və bütün münasibət və əməliyyatlarda 

ən yüksək etik standartları gözləməklə icra edirik.

“AmCham”-a  üzvlük  Palatanın  missiyasında  maraqlı  olan  iri  korporasiyalar,  eləcə  də  kiçik 

bizneslər  üçün  açıqdır.  “AmCham”  Azərbaycandakı  yerli  və  beynəlxalq  şirkətlər  üçün  biznes 

mühitini təkmilləşdirmək istiqamətində təkliflər irəli sürməklə üzvlərinin maraq və narahatlıqlarını 

müdafiə  edir.  Üzvlər  Bank,  Maliyyə,  Sığorta  (BMS),  Vergi  və  Gömrük  (VGK),  İnformasiya 

Kommunikasiya Texnologiyaları (İKT), Korporativ Sosial Məsuliyyət (KSM), Səyahət və Turizm 

(STK), İnsan resursları (İR) sahələri üzrə komitələrdə, eləcə də, üzvlərin məsələ və problemlər 

barədə rəylərini ifadə etmələri üçün təşkil olunan forumlarda öz şirkətlərini təmsil edirlər. Təklif və 

ideyalar toplanaraq müvafiq hökumət orqanlarına təqdim edilir və əksər hallarda sonradan nəzərə 

alınaraq müvafiq qanunlarda öz əksini tapır.

Biz üzvlərimiz və əsas qərar qəbul edən şəxslər arasında müntəzəm və açıq dialoqun aparılmasına 

kömək etmək, üzvlərin narahatlıqlarını səsləndirmək və davamlı həll yollarının tapılmasında iştirak 

etməkdir.



9

www.amchamaz.org

ÜZVLÜK

Üzvlər Azərbaycanda ən yaxşı işgüzar əlaqələrin yaradılmasından 



faydalana bilər! 

Nə üçün üzv olmalı?

“AmCham” üzvü olaraq sizin şirkətiniz Azərbaycan üzrə geniş biznes məlumatları və əlaqələri, 

eləcə də, Avropadakı Amerika Ticarət Palataları (Amerika Ticarət Palatasının Avropa Şurası) və 

ABŞ  Ticarət  Palatası  vasitəsilə Avropadakı ABŞ  müəssisələri  barədə  dəyərli  məlumatlar  əldə 

etmək imkanı qazanacaqdır. “AmCham” öz üzvlərini qanunvericilik üzrə hazırkı vəziyyət və son 

dəyişikliklər, həmçinin Azərbaycan iqtisadiyyatının ümumi vəziyyəti barədə ən yeni məlumatlarla 

təmin edir. Biz üzvlərimiz ilə qərar qəbul edən mühüm tərəflər arasında müntəzəm və açıq dialoq 

yaratmaq, üzvlərimizin narahatlıqlarını ifadə etmək və davamlı həll yolları hazırlamağa yardım 

göstərmək istiqamətində çalışırıq. “AmCham” biznes sahəsində geniş və möhkəm əlaqələr təklif 

edir. Siz bu şəbəkədən istifadə edərək əlaqələr yarada, ünsiyyət qura və öz müəssisənizə təsir 

göstərən məsələlər barədə ən son məlumatları əldə edə bilərsiniz. Eksklüziv və ünvanlı marketinq 

imkanlarından  xüsusi  tədbirlərin  təşkilinə  və  şirkətlərin  təbliğinə  qədər  hər  bir  istiqamətdə 

“AmCham”  üzvlərinin  ehtiyaclarını  hər  şeydən  vacib  hesab  edir.  Bu,  sizin  müəssisənizə  əlavə 

dəyər qazandıracaq düzgün qərardır.

Üzv  olaraq  siz,  sizin  biznesinizin  inkişafına  yardım  etmək  üçün  hazırlanan  və  il  boyu  həyata 

keçirilən  tədbirlərdə  iştirak  etməyə  dəvət  olunursunuz.  Buraya  tanışlıq  üçün  qarışıq  tədbirlər, 

təlim və təbliğ üçün işgüzar naharlar, özünü tanıtmaq və ictimaiyyətə töhfə vermək üçün xeyriyyə 

işlərinə sponsorluq və s. daxildir.

“AmCham” resurs kitabxanasına aşağıdakılar daxildir:

  İllik Ümummilli Məvacib Sorğusu



  Rüblük İnflyasiya Sorğusu 

  AmCham Üzvlərinin Siyahısı



  AmCham-ın “Ağ Sənəd” nəşri  

  AmCham illik hesabatları



  IMPACT Azerbaijan rüblük jurnalı

  “Azərbaycanda biznesin qurulması” təlimatları 



  Aparıcı məsləhətçi şirkətlərindən biznes təlimatları və vergi və hüquq xəbərləri



YEAR

 A



GLANCE


10

Biznesin dəstəklənməsi

Biz biznes sahəsində geniş və etibarlı əlaqələr təmin edirik. Siz bu əlaqələrdən işgüzar münasibət 

qurmaq, məlumatlanmaq və fəaliyyətinizə təsir göstərən məsələlərdən xəbərdar olmaq üçün üçün 

istifadə edə bilərsiniz. Müstəsna, məqsədyönlü marketinq imkanlarından tutaraq xüsusi tədbirlərin 

təşkili və şirkətin təşviqinə kimi, üzvlərimizin tələbatları bizim üçün önəmli bir məsələ kimi qəbul 

edilir. Bu Sizin fəaliyyətinizə əlavə dəyər verəcək yaxşı biznes qərarıdır.

Qabaqcıl Təcrübə Mübadiləsi və Siyasi İş

Biz Azərbaycanda fəaliyyət göstərən xarici və yerli şirkətlər üçün optimal biznes mühitinin təmin 

olunmasını dəstəkləyirik. AmCham üzvlərə məlumatla bölüşmək, ümumi maraq doğuran məsələlər 

qaldırmaq və mümkün həlləri təklif etmək üçün platforma təmin edir.

Üzvlər barədə Məlumat Bələdçisi

Üzlər  barədə  daimi  yenilənən  məlumat  kitabı  AmCham-ın  üzvü  olan  şirkətlər  və  təşkilatların 

tam siyahısı, onların fəaliyyətlərinin təsviri və ən son əlaqə məlumatlarından ibarətdir. AmCham 

internet saytının “Yalnız üzvlər üçün” bölməsindən istifadə edərək üzvlər cəmi bir kliklə, Üzvlər 

barədə Məlumat Kitabını açıb sektorlar üzrə şirkətləri seçə və onların əlaqə məlumatlarını əldə edə 

eləcə də özləri barədə dəqiq məlumat vermək üçün öz şirkətlərinin məlumatlarını yeniləyə bilər.

Məlumat əldə etmə imkanı 

Üzv qismində Siz resurs kitabxanasından tam şəkildə istifadə edə bilərsiniz. Buraya AmCham 

Üzvləri barədə məlumat, İllik Məvacib Sorğusu, Rüblük İnflyasiya Sorğusu, Rüblük IMPACT jurnalı, 

yenilənmiş hüquqi məlumatlar və digər nəşrlər, eləcə də aparıcı məsləhətçi firmalarının bülletenləri 

və biznes təlimatları daxi ldir.

Ölkədə Məvacib Bazarı üzrə İllik Sorğu 

Son  on  beş  ildə  aparılan  AmCham-ın  Ölkədə  Məvacib  Bazarı  üzrə  Sorğusu  hal-hazırda 

respublikada ən geniş tədqiqatdır və Azərbaycanda bütün biznes icması üçün çox faydalı vasitə 

kimi öz əhəmiyyətini itirmir. Sorğu Azərbaycanda fəaliyyət göstərən aparıcı xarici və yerli şirkətlərin 

və təşkilatların tətbiq etdikləri işəgötürmə şərtləri və müavinətləri barədə ətraflı məlumatı eləcə də 

yüzdən çox müxtəlif vəzifələr üçün əmək haqları rəqəmlərini özündə ehtiva edir.

Rüblük İnflyasiya Sorğusu

AmCham  Azərbaycan  yerli  və  xarici  istehlakçılar  üçün  qiymətli  kağızlar  kursunun  dəyişməsi 

səviyyəsində  bizim  üzvlərimizə  etibarlı  məlumatlar  təqdim  etmək  məqsədi  ilərüblük  inflyasiya 

müşahidəsi  hazırlayır.  İstehlak  Qiymətləri  İndeksi  (İQİ)  özəl  təsərrüfatlar  tərəfindən  istehlak 

mallarına  və  xidmətlərinə  görə  ödənilən  qiymətlərin  orta  səviyyəsində  baş  verən  dəyişiklikləri 

müəyyən etmək məqsədi daşıyır. AmCham üzvləri əməkhaqqı artımının, məhsul qiymətlərinin və 

s. təyin olunması üçün İQİ-ni faydalı hesab edir. İQİ, həmçinin, keçmiş pul məbləğinin dəyərini 

bugünkü səviyyədə müəyyən etmək məqsədi ilə də istifadə oluna bilər.

Operativ və Dəqiq Hüquqi Xülasə 

AmCham Azərbaycan  hökumətinin  qəbul  etdiyi  bütün  qanun  və  normativ  aktları,  o  cümlədən 

məhkəmə qərarlarını diqqətlə araşdıraraq üzvlərin biznesinə mümkün təsirləri müəyyənləşdirir və 

bu barədə hər iki həftədə bir məlumat göndərir. Biz öz üzvlərimizi yeni qəbul olunmuş normativ 

aktlar barədə müntəzəm xəbərlərlə, o cümlədən onlardan bəzilərinin təhlili ilə təmin edirik.

Yüksək səviyyəli sosial tədbirlər 

Siz AmCham üzvü kimi il ərzində biznesin inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən müxtəlif 

tədbirlərdə iştirak edə bilərsiniz. Buraya təlimatlandırma şəbəkələrinin yaradılması və təqdimatı, 

ÜZVLÜK


11

www.amchamaz.org

ÜZVLÜK

sosial miqyasda yüksək səviyyəli xeyriyyəçilik sponsorluğu və s. daxildir. Keçirdiyimiz tədbirlərdə 



üzvlərimiz özlərinin cari və potensial müştəriləri, tərəfdaşları, təchizatçıları və əsas həmkarları ilə 

görüşmək üçün əlverişli imkan əldə edirlər. 

Asanlaşdırılmış Viza Proqramı

2013-cü  ildə  təşkil  olunmuş  son  işgüzar  nahar  zamanı,  üzvlərimiz  AmCham  Azərbaycan  və 

ABŞ  Səfirliyi  arasında  Asanlaşdırılmış  Viza  Proqramı  barədə  Anlaşma  Memorandumunun 

imzalanmasını izləmək xoşbəxtliyinə nail olmuşdurlar.

Səfirlik, AmCham-a tam üzv (müxbir üzv yox) olan şirkətlərin işçiləri və onlarla birlikdə səyahət 

edən ailə üzvlərinin B1/2 Turizm / Qeyri-mühacir biznes vizasına müraciətlərinin qəbulu üzrə iki 

yeni xidmət təklif edir.

Birinci xidmət, “AmCham Üzvləri ilə Müsahibə Günü” adlanır. İldə dörd dəfə - təxminən hər rübdə 

bir dəfə (və ya, razılıq əsasında daha tez-tez) – konsulluq şöbəsi adi müsahibələr üçün bağlanacaq 

və AmCham-a üzv şirkətlərin işçilərinin (və onlarla səyahət edən ailə üzvlərinin) müraciətləri üzrə 

müsahibələr keçirəcəkdir.

İkinci xidmət isə “AmCham Üzvləri üçün Drop-boks Viza Yeniləmə Xidməti”-dir. Bu xidmət tam 

üzvlərin vizanın yenilənməsi tələblərinə cavab verən əməkdaşlarının (və onlarla səyahət edən 

ailə üzvlərinin) viza üçün müraciət paketini AmCham tərəfindən səfirliyə təqdim etmək imkanını 

təmin edir. Bu xidmət Konsulluq Məsələləri Bürosu tərəfindən həyata keçirilən “Müsahibədən Azad 

Olma Pilot Proqramı” çərçivəsində mümkün olmuşdur və viza yenilənmələri bu proqramın tələb və 

tənzimləmələrinə əsasən aparılacaqdır.

Tələblər və proses barədə əlavə məlumat bizim internet səhifəmizdən əldə oluna bilər: 

www.amchamaz.org 

Üzvlərin Sorğuları 

AmCham Azərbaycanın üzvü kimi Siz görüşlərin (o cümlədən, Hökumət rəsmiləri ilə)təşkilindən, 

eləcə  də  bizim  göstərdiyimiz  fərdi  bazar  məlumatları  xidmətlərindən  faydalanabilərsiniz.  Üzv 

şirkətdən sifariş alan kimi biz ikinci tərəflə, o cümlədən Hökumət rəsmiləri iləgörüşlərin təşkilinə 

yardım göstəririk. Bundan əlavə, üzvlərimiz, bizim sifarişçi üçün maraqkəsb edən bütün məlumatları 

toplayıb elan edərək göstərdiyimiz fərdi bazar məlumatlarıxidmətlərindən faydalana bilərlər. 

2013-cü il ərzində biz üzvlərimizdən daxil olmuş 250-dən çox sorğuya 

ayrı-ayrılıqda cavab vermişik. Onlar barədə ətraflı məlumat aşağıda 

təqdim olunur.

Reklam və sponsorluq imkanları

AmCham üzvlərinin məcmusu müxtəlif məhsul və xidmətlər üçün arzuolunan hədəf bazar təşkil 

etməkdədir. İl ərzində təşkil olunan müxtəlif çoxsaylı tədbirlər vasitəsilə biz sizin şirkətinizin tədbir 

ərzində, nəşrlərdə, internetdə və “AmCham” təbliğat-təşviqat fəaliyyətlərində diqqət cəlb etmənizi 

təmin edirik.

Azərbaycan hökuməti ilə daimi dialoq 

AmCham  komitələri Azərbaycanın  bir  sıra  əsas  qanunlarının  dəyişilməsi  prosesinəöz  töhfəsini 

verərək biznes fəaliyyətinin həyata keçirilməsi üçün daha əlverişli mühit yaratmağa nail olurlar. 

Həmin  komitələrin  daxilində  fəaliyyət  göstərməyiniz  Azərbaycanda  biznesin  gələcəyinə  Sizin 

şirkətin  də  real  töhfə  verməsinə  imka  n  yaradır.  Biz  öz  üzvlərimizlə  hökumət  nümayəndələri 

arasında mütəmadi və açıq dialoqun təmin edilməsinə çalışır və problemlərin davamlı surətdə həll 

olunmas ına öz töhfəmizi veririk. 



YEAR

 A



GLANCE


12

ÜZVLÜK


Hal-hazırda bizim 260-dan artıq Tam və Müxbir üzvümüz var və bu rəqəm daim artır. Amerika Ticarət 

Palatasına qəbul edilmək və ona üzv olmaq üçün üzvlüyə namizədlər və üzvlər cəmiyyətdə müsbət 

nüfuza malik olmalı və Ticarət Palatasının tələblərinə cavab verməlidirlər. Palata Tam Üzvləri və 

Müxbir Üzvləri özündə birləşdirir. Palataya üzv olmaq üçün müəssisələr Azərbaycanda kommersiya 

fəaliyyəti göstərən hüquqi şəxs olmalı və Palatanın təsisat məqsədlərində maraqlı olmalıdırlar. Üzv 

şirkətlər səs vermə hüququ əldə edirlər, yəni səs verə və Direktorlar Şurası üçün namizədliklərini 

irəli sürə bilirlər. Bu zaman üzvlər hökumətlə yaxın ünsiyyətdə olmaq, müvafiq hökumət rəsmiləri 

ilə görüşlərdə iştirak etmək, Palatanın qərar qəbul etmə prosesində iştirak etmək, öz bizneslərini 

daha səmərəli şəkildə təbliğ etmək və müxtəlif hökumət səviyyəli tədbirlərdə iştirak etmək kimi 

üstünlüklər əldə edirlər. Direktorlar Şurası Palatanın ali orqanıdır. Digər üstünlüklərə aşağıdakılar 

daxildir: nəşriyyatımızda üzv şirkətlərin daha geniş təmsil olunması; aylıq işgüzar naharlarımızda 

iştirak (hər şirkətdən 1 nəfər); internet səhifəmizdə və müxtəlif sərgilərdəki stendlərimizdə şirkət 

loqosunun nümayiş olunması; sırf bu növ üzvlər üçün hazırlanmış “Member2Member” Proqramı, 

eləcə də yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşlərin təşkilində yardım və xüsusi hazırlanmış 

bazar məlumatlarının təmin edilməsi. Buna əlavə olaraq, Daimi Üzv şirkətlərin yüksək səviyyəli 

rəsmiləri  hər  ay  təşkil  olunan  eksklüziv  Direktorların  səhər  yeməyinə  dəvət  olunurlar.  Bu  növ 

üzvlük üçün illik üzvlük haqqı 2500 manatdır.

Müxbir Üzvlər Ticarət bütün tədbirlərdə iştirak etmək; bizim mütəmadi nəşrlərimizi, ocümlədən 

Üzvlər barədə Məlumat Kitabını və Rüblük İnflyasiya Sorğusunu əldə edə və Ölkədə Məvacib 

Bazarı üzrə İllik Sorğuda iştirak etmək hüququna malikdir. Bununla belə, Müxbir Üzvlər səsvermə 

hüququna  malik  deyil  və  Direktorlar  Şurasına  seçilə  bilməz.  Bu  növ  Üzvlük  üçün  illik  ödəniş 

məbləği 1250 manat təşkil edir.

 

AmCham  üzvlüyü  ilə  bağlı  müraciət  etmək  üçün  namizədlər  Direktorlar  Şurası  tərəfindən 



təsdiqlənmiş formada onlayn ərizə təqdim etməlidirlər. Üzvlük ərizələrini bizim www.amchamaz.

org şəbəkə saytımızdan əldə etmək olar. Şirkətə Vergilər Nazirliyi və ya Ədliyyə Nazirliyi tərəfindən 

verilmiş qeydiyyat şəhadətnaməsi həmin ərizəyə əlavə edilməlidir. AmCham üzvlüyünün obyektiv 

və subyektiv tələblərinə cavab verən üzvlər Direktorlar Şurasının təsdiqləyici səs çoxluğu əsasında 

və namizədin üzvlük kateqoriyasına uyğun ilk illik ödənişi həyata keçirdikdən sonra Tam Üzv və 

ya Müxbir Üzv qismində AmCham üzvlüyünə qəbul edilir. AmCham üzvlüyündə saxlanmaq üçün 

Tam Üzv və ya Müxbir Üzv bizim məqbulluq tələblərimizə daim cavab verməli, cəmiyyətdə müsbət 

nüfuza malik olmalı və AmCham qarşısındakı bütün maliyyə öhdəliklərini yerinə yetirməl idir.

Üzvlük növləri

Üzvlərin sayının artımı 1996-2013



13

www.amchamaz.org

ÜZVLÜK

TAM ÜZV


MÜXBİR ÜZV

Bütün şirkətlər üçün açıqdır

Bütün şirkətlər üçün açıqdır 

Palatanın bütün tədbirlərinə dəvət və AmCham üzvlük 

şəbəkəsinə qoşulma imkanı 

Palatanın bütün tədbirlərinə dəvət və AmCham 

üzvlük şəbəkəsinə qoşulma imkanı

“AmCham”-ın sektorlar üzrə komitələrində iştirak

“AmCham”-ın sektorlar üzrə komitələrində 

iştirak


Şirkətin KSM məqalələrinin aylıq KSM Xəbər bületenində 

dərc edilməsi 

Şirkətin KSM məqalələrinin aylıq KSM Xəbər 

bületenində dərc edilməsi

AmCham internet səhifəsinin “Üzv xəbərləri” və “İşə qəbul” 

bölmələrində şirkət yenilikləri

AmCham internet səhifəsinin “Üzv xəbərləri”, 

bölməsində şirkət yenilikləri

IMPACT Azerbaijan rüblük jurnalının “Yeni Üzvlər” 

bölməsində şirkətin loqosu 

IMPACT Azerbaijan rüblük jurnalının “Yeni 

Üzvlər” bölməsində şirkətin loqosu

IMPACT Azerbaijan rüblük jurnalının AmCham bölməsində 

şirkət haqqında qısa xəbər

IMPACT Azerbaijan rüblük jurnalının AmCham 

bölməsində şirkət haqqında qısa xəbər

IMPACT Azerbaijan rüblük jurnalının “Üzvlərin Məqalələri” 

bölməsində mövzuya aid məqalələr 

IMPACT Azerbaijan rüblük jurnalının “Üzvlərin 

Məqalələri” bölməsində mövzuya aid məqalələr

Hüquq sahəsindəki yeniliklər barədə aylıq xəbərlər

Hüquq sahəsindəki yeniliklər barədə aylıq 

xəbərlər

Aylıq xəbər bületenində şirkət barədə yazılar (xəbərlər, 

tədbirlər, vakansiyalar) 

Aylıq xəbər bületenində şirkət barədə yazılar 

(xəbərlər)

Rüblük İnflyasiya Sorğusunu əldə etmək imkanı

Rüblük İnflyasiya Sorğusunu əldə etmək imkanı

İşgüzar nahar zamanı təqdimat (3 dəq.) və Üzvlük Nişanı 

İşgüzar nahar zamanı təqdimat (3 dəq.) və 

Üzvlük Nişanı

AmCham Azərbaycan ilə 5, 10 və 15 ildən artıq  əməkdaşlıq 

etmiş şirkətlərə AmCham Loyallıq Mükafatı 

AmCham Azərbaycan ilə 5, 10 və 15 ildən artıq  

əməkdaşlıq etmiş şirkətlərə AmCham Loyallıq 

Mükafatı

Qızıl və Gümüş Üzvlərin Yarmarkası

Qızıl və Gümüş Üzvlərin Yarmarkası

Üzvlərin Onlayn Məlumat Bələdçisində şirkətin profili, 

loqosu, qısa təsviri və əlaqə məlumatları

Üzvlərin Onlayn Məlumat Bələdçisində şirkətin 

profili, loqosu, qısa təsviri və əlaqə məlumatları

Tədbirlər zamanı üzvlərin xüsusi dərəcələri

Tədbirlər zamanı üzvlərin xüsusi dərəcələri

IMPACT Azerbaijan rüblük jurnalında reklam üçün endirimli 

qiymətlər 

IMPACT Azerbaijan rüblük jurnalında reklam 

üçün endirimli qiymətlər

AmCham İllik Hesabatında böyük ölçülü loqo

AmCham İllik Hesabatında orta ölçülü loqo

Asanlaşdırılmış ABŞ Vizası Proqramı

45 Amerika Ticarət Palatasının (Avropada “AmCham”-lar 

şəbəkəsi) açıq tədbirlərinə xüsusi üzv qiymətləri

45 Amerika Ticarət Palatasının (Avropada “AmCham”-lar 

şəbəkəsi)  İcraçı Direktoru ilə üzbəüz görüş imkanı

45 Amerika Ticarət Palatası (Avropada “AmCham”-lar 

şəbəkəsi) ilə üzvlərarası arayış/təqdimat

Ümumi Yığıncaqda səsvermə hüququ

AmCham Direktorlar Şurasına seçilmə imkanı

“AmCham”-ın aylıq işgüzar naharlarında ödənişsiz iştirak

Üzvlər üçün Tədbirlər Təqvimi

Şirkətin iki üzvü üçün şəxsi “Member2Member” endirim kartı

İcraçı direktorların işgüzar səhər yeməyi

Görüşlərin təşkilində yardım (yüksək vəzifəli dövlət rəsmiləri 

ilə, “AmCham”-ın təqdimat məktubunun müşayiəti ilə) 

Bazar haqqında ünvanlı məlumat

“AmCham”-ın internet səhifəsində şirkətin loqosu 

“AmCham”-ın Neft və Qaz Sərgisindəki stendində şirkətin loqosu


YEAR

 A



GLANCE


14

ÜZVLÜK


2013-cü ildə biz böyük məmnuniyyət və qürurla AmCham Azərbaycanla 5, 10 və 15 il ərzində 

əməkdaşlıq etmiş müəssisələrə AmCham Loyallıq Mükafatlarının verilməsinə başlamışıq. 1996-cı 

ildə 13 Amerika şirkətindən ibarət qrup kimi təsis edilmiş Amerika Ticarət Palatası uzun yol qət 

edərək Azərbaycanda ən böyük və nüfuzlu biznes ittifaqlarından birinə çevrilmişdir və hal-hazırda 

260-dan çox qabaqcıl beynəlxalq və Azərbaycan şirkətlərini birləşdirməkdədir. Bu uğurun açarı 

bizim üzvlərimizdir, çünki bütün fəaliyyətlərimizin kökündə onlar durmaqdadır. Bu səbəblə, bizimlə 

5, 10 və 15 il davamlı əməkdaşlıq etmiş şirkətləri xüsusi olaraq qeyd etmək qərarına gəldik. 15 

ildən artıq AmCham üzvü olmuş 21 şirkət Qızıl Üzvlük ilə, 10 ildən artıq üzv olmuş 32 şirkət Gümüş 

Üzvlük ilə, 5 ildən artıq üzv olmuş 61 şirkət isə Bürünc Üzvlük ilə təltif edilmişdir. Biz bu nailiyyətləri 

müxtəlif yollarla qeyd etmişik.

Qızıl Üzvlük  




Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə