CAVAB:Bir dilin lüğət tərkibi,birdə dilin lüğət fondu var.Dilin lüğət tərkibi dedikdə dilimizə daxil olan bütün sözlərin məcmu nəzərdə tutulur.Dilin lüğət tərkibinə orta hesabla hər il 2000-ə qədər söz daxil olur.Buna görədə heç birimiz bütün sözlərin mənasını biləmmirik.Dilin lüğət tərkibi özündə bütün sözləri birləşdirir.Bura hər şey daxildir,ümumişlək sözlər,istifadə dairəsinə görə məhdud olan sözləröhnəlmiş sözlər,neologizmlər,terminlər,dialekt sözlər,varvarizmlər,vulqarizmlər,alınma sözlər bütün bunlar dilin lüğət tərkibinə daxildir.Ancaq lüğət fondu isə dilin lüğət tərkibinə daxildir.Lüğət fondu hamının işlətdiyi,hamı tərəfindən anlaşılan sözlərin məcmusudur.Lüğət tərkibində sözlərin sayı daha çoxdur.Lüğət fondu lüğət tərkibinin bir hissəsidir.