İnanmaya bilərsiniz, ancaq belədir…



Yüklə 5,98 Kb.
Pdf görüntüsü
tarix17.04.2017
ölçüsü5,98 Kb.
#14303

İnanmaya bilərsiniz, ancaq belədir… 

 

Tibb elminə aid statistikanın yaddaşında ağlasığmaz görünən hadisələr də var. İnsan orqanizmi 



dəyişkən, plastik olduğundan qəbul olunmuş standartlardan tam fərqli faktlara da rast gəlmək 

mümkündür. Həmin faktlardan bir neçəsi «med.az» saytında təqdim olunmuşdur. 

· 1980-ci ildə ABŞ-ın Corciya ştatında xəstəxanaya müraciət edən Uill Consda insan bədəni 

üçün  ən yüksək temperatur - 46,5 S qeydə alınıb. 24 gündən sonra o, xəstəxanadan evə 

buraxılmışdı. 

· İnsan üçün ən aşağı temperatur 1994-cü il fevralın 23-də Kanadada Recayn şəhərində qeydə 

alınıb.  İki yaşlı Karli Kozolofski qapının çırpılması  nəticəsində 6 saat mənfi 22 dərəcə soyuqda 

qalıb. O, tapılanda bədənin temperaturu 14,2-yə düşmüşdü... 

· Kompulsiv davranışları ilə diqqət çəkən qadının qarnından 2533 əşya tapılıb. Bunların arasında 

947 ingilis sancağı da olub. Qadın isə sadəcə qarnında «yüngül sancıdan» şikayət edirdi... 

· Nevroloji sarsıntıdan əziyyət çəkən daha bir qadının qarnından isə 2,35 kq ağırlığında tük yığını 

çıxarılıb. Bu, insan qarnından çıxarılan ən ağır əşya kimi tibb tarixinə düşüb. 

· Bəzi xəstələr udduğu dərman preparatlarının sayına görə rekordsmen sayılırlar. Bunlardan biri 

də zimbabveli K.Kilnerdir. O, 21 il ərzində 565939 həb qəbul etmişdi. İynə vurdurmaq birinciliyi isə 

böyük britaniyalı Samuel Deyvidsona məxsusdur. O, ömrü boyu 78900 insulta qarşı iynə 

vurdurmuşdu... 

· ABŞ-lı Çarlz Yensen 1954-1994-cü illər  ərzində 970 əməliyyatdan keçib. Ən uzunmüddətli 

əməliyyat isə 96 saat ərzində yumurtalıqdan kistanın götürülməsi olub. Bu zaman pasiyentin çəkisi 

280 kq-dan 140-a düşmüşdü... 

· Bir neçə il öncə norveçli balıqçı Yan Revsdal dekabr ayında Bergan rayonunda gəmidən suya 

yıxılmışdı. Nəticədə onun bədəninin temperaturu 24 dərəcəyə düşmüş, ürəyi isə 4 saatlığına 

dayanmışdı. Bu, tam sağalma ilə nəticələnən ən uzun ürək dayanmasıdır. 



 

 

Yüklə 5,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin