458) Aşağıdakı hansı əlamət infeksion mononukleozu difteriyadan fərqləndirir?
A) ərpin badamcıqlardan kənara çıxması
B) ərpin kənarının kələ-kötür olması
C) badamcıq üzərində massiv ərpin olması və asand qopması
D) ərpi qopartdıqda qanaması
E) ərpin üzərinin hamar olması
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
459) İnfeksion mononukleoz zamanı leykoformulada hansı dəyişikliklər üstünlük təşkil edir?
A) neytropeniya
B) neytrofilyoz
C) leykopeniya
D) limfositoz
E) leykositoz
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
460) İnfeksion mononukleozun ən xarakterik təzahürü nədir?
A) ürək-damar sistemində baş verən dəyişiklik
B) sinir sistemində olan dəyişikliklər
C) nefrotik sindrom
D) qanın morfoloji tərkibinin dəyişməsi
E) mədə-bağırsaq sistemində olan dəyişiklik
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
Dostları ilə paylaş: |