İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 127 ____________________________
PAROLUN KÖMƏYİLƏ MÜDAFİƏ
AVTOMATLAŞDIRILMIŞ İNFORMASİYA
SİSTEMLƏRİNİN (AİS) TƏHLÜKƏSİZLİYİNİN TƏMİN
EDİLMƏSİNDƏ PAROLUN KÖMƏYİLƏ MÜDAFİƏNİN
ROLU
Xarici müdaxilədən yaranan pozuntulardan informasiyanın
mühafizə edilməsini (konfidensiallığını, tamlığını, autentikliyini
və buna oxşarları) kriptoqrafik üsullar (əsasəndə şifrələmə)
lazımı səviyyədə təmin edir. İnformasiya pozucuları
rabitə
kanalı ilə ötürülən informasiyanı əldə edə bilir və bəzi hallarda
isə ötürülən məlumatı modifikasiya etməklə rabitə kanalında
seans təşkil etməklə özünəməxsus informasiyanı həmin
informasiyanın yerinə ötürürlər. Nəzərə almaq lazımdır ki,
informasiya rabitə kanalı vasitəsilə
ötürülən zaman öncədən
kriptoqrafik çevrilməyə məruz qalır və kriptoqrafik protokola
uyğun ötürülür. Kriptoqrafik
protokol xüsusi olaraq
informasiyanın ötürülməsinə maneçilik edən pozuculara qarşı
nəzərdə tutulmuşdur və onun köməyilə pozucu tərəfindən
həyata keçirilən təhlükələrin qarşısının alınmasında tutarlı
səviyyədə
rol
oynayır.
Ümumiyyətlə,
informasiyanın
təhlükəsizliyinin pozulması üçün informasiya pozucuları
sistemdə dövr edən informasiya ilə qarşılıqlı
əlaqənin
yaranmasını həyata keçirməli, kriptoqtrafik alqoritm haqqında
müəyyən məlumata malik olmalı
və nəhayət, bunlardan