İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə181/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 269 ____________________________ 
aeroportlarda, 
tələbə 
şəhərciklərində, 
kitabxanalarda, 
mağazalarda, biznes-mərkəzlərdə və s. yerlərdə yaradılır. 
AÇIQLAMA
:
Wi-Fi (Wireless Fidelity – ingiliscədən 
tərcümədə “naqilsiz keyfiyyət” anlamını verir) adı ilə 
dünyada məşhur olan lokal naqilsiz şəbəkənin yaradılma 
texnologiyasına 1980-cı illərin sonunda başlanılmışdır. Wi-Fi 
naqılsız şəbəkəsi IEEE 802.11 standartı bazasına əsaslanaraq 
hazırlanmış Wi-Fi Alliance satış markasıdır. 
Wi-Fi lokal naqilsiz şəbəkə 1991-ci ildə Niderlandiyanın 
Niveqeyn şəhərində NCR Corporation/AT&T tərəfindən 
yaradılmışdır. Hazırlanmış şəbəkə ilk dəfə kassa aparatları 
sisteminə 
qulluq 
üçün 
nəzərdə tutulmuşdu.
Wi-Fi 
şəbəkəsinin yaradıcısı Vik 
Heyz (Vic Hayes) rəhbərlik 
etdiyi qrupun köməkliyi ilə 
IEEE 802.11b, IEEE 802.11a 
və 
IEEE 
802.11g 
standartlarının hazırlanma-
sında fəal iştirak etmişdir.
IEEE 802.11n standartı 
11 sentyabr 2009-cu ildə 
təsdiq edildi. Standartdan 
istifadə etməklə verilənlərin 
ötürülmə 
sürəti 
əvvəlki 
standartlarla 
müqayisədə 
(maksimal 
sürət 
54 
Mbit/saniyəyə bərabər idi) 
dörd dəfə artırıldı. 2011-


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 270 ____________________________ 
2013-cü illərdə yeni standart yaradıldı və həmin standartın 
(IEEE 802.11ac standartı nəzərdə tutulur) tam qəbulu 2014-
cü ilə planlaşdırıldı. Yeni standartda informasiyanın ötürülmə 
sürəti Qiqabit/saniyələrlə ölçülməsi nəzərdə tutuldu. 
Wi-Fi lokal naqilsiz şəbəkədə fiziki mühit kimi 
radiotezlikli və ya infraqırmızı diapozona malik mühiddən 
istifadə edilir. 
Əlçatanlıq nöqtəsinin servislərinin toplama identifikatoru – 
SSID (Service Set Identifier) vardır. SSID 32 bitlik sətirdir, 
naqilsiz şəbəkədə ad kimi istifadə olunur, onun köməyilə 
şəbəkənin bütün düyünləri assosiasiya olunur. SSID 
identifikatoru işçi stansiyanın şəbəkəyə qoşulması üçün 
yararlıdır.
İşçi stansiyaları əlçatanlıq nöqtərləri ilə birləşdirmək üçün 
hər iki sistem eyni SSID-yə malik olmalıdır. Əgər işçi stansiya 
lazım olan SSID-yə malik deyilsə, onda o, əlçatanlıq nöqtəsi ilə 
birləşə bilmir, şəbəkəyə qoşulmaq imkanından məhrum olur. 
Naqilli və naqilsiz şəbəkələrin bir-birindən əsas fərqi 
naqilsiz şəbəkənin sonuncu nöqtələri arasında nəzarət 
edilməyən sahələrin olmasıdır. Bu fərq hücum edənə 
(bədniyyətli insana) imkan verir ki, bilavasitə naqilsiz struktura 
yaxın yerləşən sahələrə ardıcıl hücumlar etsin (belə hücumları 
naqilli şəbəkələr mühitində yerinə yetirmək mümkün deyil). 
Lokal naqilsiz şəbəkədən istifadə edəndə təhlükəsizlik 
hücumları hiss ediləcək dərəcədə çoxalır (şəkil 16.). 
Aşağıda naqilsiz şəbəkə təhlükələri və onlar arasında əsas 
əlaqələr verilmişdir. 

Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin