İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 28 ____________________________
İnformasiya xarakterli dəyərli danışıqların akustik
qurğularla şüalandırılması;
Nəzarət zonasından kanara çıxan, mikrofon effektinin
hesabına informasiya xarakterli siqnalın akustik siqnaldan
elektrik siqnalına çevrilməsi, naqillər və xəttlər böyunca
yayılması (nəzarət zonası dedikdə ərazi, bina, binanın bir
hissəsi nəzərdə tutulur və bu yerlərə nəzarətdən kanar,
buraxılış vəsiqəsi olmayan şəxslərin və ya nəqliyyat
vasitələrinin daxil olması başa düşülür);
Titrəyişli akustik siqnalların mühafizə olunan sahələrə
birbaşa təsir göstərməsi;
Avtomatlaşdırılmış
sistemlərdə
istifadə
edilən
informasiyaya, həmçinin hamı tərəfindən istifadə olunan
informasiya şəbəkələrinə qeyri-qanunu daxil olma və
qeyri-qanuni münasibətin bəslənməsi;
İnformasiyanın
konfidensiallığını,
tamlığını
və
əlçatanlığını, texniki vasitələrin iş qabiliyyətini, xüsusi
tətbiq
edilən
proqram
vasitələrinin,
həmçinin
informasiyanın müdafiə vasitələrinin işini pozmaq üçün
informasiya sistemlərinin proqram və ya texniki
vasitələrinə təsirin göstərilməsi;
Konfidensial informasiyanı təhlil edən texniki vasitələr
tərəfindən
informasiya
xarakterli
siqnalın
əlavə
elektromaqnit şüalanması;
Nəzarət zonasından kanara çıxan, texniki vasitələrin
köməyilə elektrik qidalanma dövrəsində və rabitə
xəttlərində təhlil olunan informasiya xarakterli siqnala
çevrilməsi;
Texniki vasitələrin tərkibinə daxil olan, müxtəlif
qeneratorların işləməsi zamanı əmələ gələn (və ya texniki
vasitələrin elementlərində yaranan parazit qenerasiyanın