ISO/IEC 17799:2002 (BS 7799:2000) STANDARTLARI
Beynəlxalq ISO/IEC 17799:2002 (BS 7799:2000) standartı
“İnformasiya təhlükəsizliyi - İnformasiya texnologiyalarının
idarə edilməsi” (“Information technology – Information security
management”) informasiyanın müdafiə edilməsi sahəsində
tanınmış məşhur standartdır. Standart İngiltərə standartı BS
7799-1:1995 “İnformasiya təhlükəsizliyinin idarə edilməsinə
praktiki tövsiyyə” (“Information security management – Part
1:Code of practice for information security management”)
standartının birinci hissəsini əsas tutaraq yardılmışdır və
kompüter informasiya sistemlərinin informasiya təhlükəsizliyi
standartlarının yeni nəsilinə aiddir.
Standartın cari (növbəti) ISO/IEC 17799:2000 (BS 7788-
1:2000) versiyası müəssisələrin və təşkilatların informasiya
təhlükəsizliyinin təmin edilməsinin aşağıdakı aktual suallarını
əhatə edir:
İnformasiya təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi;
İnformasiya təhlükəsizliyinin müəyyən edilməsi və əsas
anlayışları;
Şirkətlərin informasiya təhlükəsizliyi siyasəti;
Müəssisələrdə
informasiya
təhlükəsizliyinin
təşkil
edilməsi;
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 308 ____________________________
Korporativ informasiya resurslarının (vəsaitlərinin) idarə
edilməsi və təsnifatı;
İnformasiya təhlükəsizliyi və kadr menecmenti;
Fiziki təhlükəsizlik;
Korporativ
informasiya
sistemləri
təhlükəsizliyinə
inzibatçılığın edilməsi;
Əlçatanlığın idarə edilməsi;
Korporativ
informasiya
sistemlərinin
yaradılması,
istismarı və müşayiət edilməsi baxımından təhlükəsizlik
tələblərin qoyulması;
Şirkətin informasiya təhlükəsizliyi baxımından biznes-
proseslərinin idarə edilməsi;
Şirkətin informasiya təhlükəsizliyi daxili auditi.
Standartın ikinci hissəsi BS 7799-2:2000 “İnformasiya
təhlükəsizliyinin idarə edilməsinin təsnifatı” (“İnformation
security management – Part 2: Specification for information
security management systems”) korporativ informasiya
təhlükəsizliyinin idarə etmə sisteminin funksional imkanlarını
cari standartın birinci hissəsinin tələblərinə uyğun onların
yoxlanması baxımından müəyyən edir. Bu standartın
əsasnaməsinə
uyğun
olaraq
korporativ
informasiya
sistemindəki audit proseduru da normaya salınır.
İnformasiya təhlükəsizliyinin idarə edilməsinə verilən
əlavə tövsiyələri İngiltərə standartlar institutu (BSI – British
Standards Institution) tətəfindən 1995-2003-cü illərdə
hazırlanmış təlimatlarda tapmaq mümkündür (məsələn,
“İnformasiya təhlükəsizliyinin idarəetmə problemlərinə giriş”,
“BS 7799 standartının tələblərinə uyğun sertifikatlaşdırma
imkanları” və s.
2002-ci ildə ISO 17799 (BS 7799) standartı yenidən
işlənildi və standarta yeni əlavələr edildi. Mütəxəssislərin
|