İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 37 ____________________________
“
Narıncı kitab” ən böyük baza standartıdır. Standartda
əsas anlayışlar,
təhlükəsizlik servisi, informasiya sistemlərinin
təsnifat üsulları və informasiya sistemlərinə təhlükəsizlik
baxımından tələblər irəli sürülür.
X.800 təqdimatı əsasən şəbəkə konfiqurasiyasının
müdafiə edilməsi suallarını özündə əks etdirir.
Standart
təhlükəsizliyin servislər toplusunun və istifadə mexanizminin
inkişafı mərhələlərini təqdim edir.
“
İnformasiya
texnologiyalarının
təhlükəsizliyinin
qiymətləndirilməsinin ümumi kriteriləri” özündə 11 sinif, 66 ailə
və 135 funksional təşkiledicini birləşdirir.
Siniflər aşağıdakı adları əks etdirirlər:
Birinci qrup təhlükəsizliyin elementar servisini müəyyən
edir:
1.FAU – audit, təhlükəsizlik (servisə
edilən tələblər,
protokollaşdırma və audit);
2.FIA – identifikasiya və autentifikasiya;
3.FRU – resurslardan istifadə (imtinaya etibarlılığın təmin
olunması);
İkinci qrup elementar bazaya əsaslanaraq servisin
törəməsini müəyyən edir:
4.FCO – rabitə (göndərənin-qəbul edənin kommunikasiya
təhlükəsizliyi);
5.FPR – qeyri-məcburi;
6.FDR – istifadəçiyə aid verilənlərin mühafizəsi;
7.FPT – qiymətləndirmə
obyektinin təhlükəsizlik
funksiyasının mühafizəsi;
Üçüncü qrup qiymətləndirmə obyektinin infrastrukturunu
müəyyən edir:
8.FCS – kriptoqrafik dəstək (kriptoaçarların
və kripto-
əməliyyatların idarə edilməsinə xidmət edir);