İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə39/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 60 ____________________________ 
M
ı 
= E (M, K) 
M
=
 
D (M
ı
, K) 
Burada E – şifrələmə funksiyasıdır (encrypt), D - isə 
deşifrələmə funksiyasıdır (decrypt), hər iki funksiya bir yerdə K 
açarından istifadə edir. 
Tarixə nəzər salsaq görərik ki, şifrələmə birinci 
yaranmışdır. Bununla yanaşı XX əsrin ortalarına kimi bu üsul 
şifrələmənin yeganə üsulu sayılırdı. Simmetrik alqoritm indiki 
zamanda geniş istifadə olunur.
Simmetrik alqoritm üç sinifə bölünür: 
1. Dayaqlıq alqoritmi;
2.Başqasının yerinə qoyulma alqoritmi; 
3.Həm dayaqlıq, həm də ki, başqasının yerinə qoyulma 
alqoritmi (EHM-da informasiyanın mühafizə edilməsi üçün 
müasir dövrdə hazırlanan bütün 
alqoritmlər
praktiki olaraq bu 
sinifə aiddirlər). 
AÇIQLAMA
:
Alqoritm anlayışı informatikanın mərkəzi 
anlayışıdır. Alqoritm sözü IX əsrdə yaşamış özbək 
riyaziyyatçısı əbu Abdulla Məhəmməd ibn Musa əl-Xörəzmin 
adı ilə bağlıdır. 
Alimin yaşadığı Xörezm şəhəri Amu-Dərya çayı sahilində 
yerləşir. Alim öz əsərində hind riyaziyyatını ətraflı şərh 
etmişdi. Üç yüz il sonra (1120-ci ildə) alimin əsəri latın dilinə 
tərcümə edilir. Kitabı avropa alimləri “Alqoritmi de numero 
İndorum” (“Hind hesablamaları üçün alqoritm”) adlandırırlar. 
Kitab uzun illər ilk dərslik kimi Avropanınn elm və tədris 
müəssisələrində geniş şəkildə istifadə olunur. Bu ərəfədə 
hind rəqəmlərindən ərəb ölkələrində də istifadə etməyə 
başlayırlar. 
Məhəmməd əl-Xörezminin riyazı məsələləri tənliklərin 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 61 ____________________________ 
köməkliyi ilə həll etmək üçün yazdığı kitab təxminən 850-ci 
ildə çap olunmuşdu. Alim kitabı “Kitabi əl-Cəbr” 
adlandırmışdı. Kitab bu sahəni araşdıran elmin Cəbr 
adlandırılmasının təməlini qoyur. 
Özbək riyaziyyatçısı əbu Abdulla Məhəmməd ibn Musa əl-Xörəzmi, 
yzdığı əsərdən bir parça

Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin