İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə44/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 67 ____________________________ 
Vətən Müharibəsində (1941-1945-ci illərdə) geniş istifadə 
edilirdi. 
Çoxhərfli şifrələmə

Dayaqlıq şifrələnməsində qeyd olundu ki, şifrələmə 
zamanı ilkin məlumatın hər bir simvolu deyil, simvollar qrupu 
şifrələnir. Nəzərə almaq lazımdır ki, bu zaman şifrələnəcək 
simvollar qrupu başqa bir qrupun simvolları ilə şifrələnir. Belə 
şifrələnmə çoxhərfli şifrələmə adlanır. Çoxhərfli şifrələməni 
aydınlaşdırmaq üçün Pleyfeyer şifrələnməsini araşdıraq. 
Şifrələmə zamanı şifrələmə vahidi kimi 
biqrammadan (hərf 
cütlüyü) istifadə edilir ki, burada da bir hərf cütlüyü digər hərf 
cütlüyü ilə əvəz olunur. 
Şifrələmə ingilis əlifbası üçün nəzərdə tutulmuşdur. Açar 
kimi istifadə edilən kod cümləsi (ibarəsi) 5x5 kvadrat çərçivənin 
birinci hücrəsinə yazılır (təkrarlanan hərflər buraxılır). Sonra isə 
çərçivənin birinci hicrəsinə yazılmış hərflərdən başqa yerdə 
qalan bütün hərflər kvadratın çərçivəsinə əlifba sirası ilə yazılır 
(daha doğrusu çərçivə doldurulur). Nəzərə almaq lazımdır ki, I 
və J hərfləri eyni hərf kimi qəbul olunur. 
Çərçivəni açar sözü olan MONARCHY sözü ilə dolduraq. 
MONAR 
CHY3D 
EFCIK 
LPOST 
UVWXX
Şəkil 8. Pleyfeyer şifrələnməsi üçün kod çərçivəsi


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 68 ____________________________ 
İlkin mətn biqramma bölünür. Əgər açıq mətndə iki eyni 
hərf bir biqramm əmələ gətirirsə, onda onlar arasında X 
simvolu qoyulur (məsələn, BALLOON BALXLOON kimi 
şifrələnir). 
Əgər biqramm bir sətirdən (sütundan) ibarətdirsə, onda 
dövrü yerdəyişməni nəzərə almaqla onlar birinci (aşağıdakı) 
qonşu sətir ilə yerlərini dəyişirlər. Nümunədə OR NM kimi, OP 
isə HV kimi şifrələnir. 
Əgər biqrammın hərfləri müxtəlif sətirlərdə və sütunlarda 
yerləşirlərsə, onda hər bir hərf cütlüyü sətirin və sütunun 
kəsişdiyi hücrədə yerləşən ikinci hərf ilə əvəz olunur. Məsələn, 
BE CI kimi, OS isə AP kimi şifrələnir. 
Deməli, INFORMATION sözü GAPHMORSFAAW kmi 
şifrələnəcək. 
Carı şifrə ilkin mətnin statistik xüsusiyyətini saxlayır, yəni 
tezlik biqramm cədvəlini dil üçün qurmaq olur və bu zaman 
şifrələnmiş mətnin biqramm tezliyini təhlil etmək mümkün olur. 
Digər tərəfdən ingilis dilində 26 hərfin olduğunu nəzərə alsaq, 
onda biqramm 26
2
= 676 olacaq. Bu baxımdan məsələ 
mürəkkəbləşir, şifrələnən mətnin həcminin artması nəticəsində 
çəkilən zəhmət uçuruma gedir. 
Digər maraqlı çoxhərfli şifrələməyə nümunə kimi 
Hill 
şifrini göstərmək olar. Şifrə m əmsallı m xətti bərabərliklərdən 
ibarətdir. Şifrə açiq mətnin hər bir 
m hərfini şifrələnmiş m hərfi 
ilə əvəz edir. Məsələn, m=3 olduqda aşağıdakı bərabərlik 
sistemini əldə edirik (burada n - əlifbanın gücüdür). 
C
1
= (k
11
p
1
+k
12
p
2
+k
13
p
3
) mod n 
C
2
= (k
21
p
1
+k
22
p
2
+k
23
p
3
) mod n 
C
3
= (k
32
p
1
+k
32
p
2
+k
33
p
3
) mod n



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin