İnsayderlər
tərəfindən həyata
keçirilən təhlükələr daha qorxuludur.
4.
Əmələgəlmə təbiəti baxımından: təbii (obyektiv) və
sünii (subyektiv).
Təbii təhlükələr - insandan asili olmayaraq
AİS-nə və onun elementlərinə obyektiv fiziki proseslərin və təbii
fəlakətlərin baş verməsi nəticəsində təsir göstərən
təhlükələrdir.
Süni təhlükələr – insanın fəaliyyəti nəticəsində
baş vermiş təhlükələrdir. Belə təhlükələrə düşünülməmiş,
məqsədsiz və təsadüfi təhlükələri, AİS-nin layihələndirilməsində
baş vermiş səhvləri, proqram təminatında nəzərə alınmayan
səhvləri, iş prosesi zamanı işçi personal tərəfindən buraxılmış
səhvləri və nəhayət, bədəməlli şəxslərin məqsədyönlü həyata
keçirdiyi təhlükələri və buna bənzərləri aid etmək olar.
AÇIQLAMA
:
İnsayder (ingiliscə insider) informasiya
bazasına daxil olmaq imkanı olan, geniş kütlə tərəfindən o
qədər də tanınmayan, müəyyən mütəxəssislər tərəfindən
yaradılmış qrupun üzvlərindən biridir. Termin əsasən gizli
saxlanan
informasiya
ilə
bağlıdır,
çünki
qiymətli
informasiyadan istifadə edə bilən şəxs ancaq bu qrupun
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 19 ____________________________
üzvü olmalıdır, yəni insayder olmalıdır. Bir çox hallarda
insayderi müəssisədən kənarda çalışan mütəxəssis ilə
müqayisə
edirlər.
Mütəxəssis
müəssisədaxili
və
müəssisəxarici informasiyalara malik olduğu halda, insaydr
şirkətdə “informasiyanı ilk eşidən” sayılır. ABŞ-da insayder
şirkətin direktoru, şirkət aksioneri, şirkətin məsul qulluqçuları
və nəhayət şirkətin aksiyasının 10%-dən çoxuna rəhbəhlik
edənlər sayılırlar. İnsayder işə qəbul olunan zaman
götürdüyü öhdəçilik ondan ibarətdir ki, o, şirkətin
marağlarını öz maraqlarindan mütləq şəkildə üstün
tutmalıdır. Şərti pozan insayder ciddi cəzalandırılır. Əgər
insayder informasiyanın alqı-satqısı ilə məşğul olursa, o,
aksionerlər qarşısında götürdüyü öhdəliklıləri pozmuş sayılır,
işdən qovulur.
Müxtəlif ədəbiyyatlarda verilmiş təhlükələrin (insan
tərəfindən törənilmiş - qərəzsiz, bilmərəkdən, diqqətsizlikdən
və ya səhlənkarlıqdan, pislik fikrində olmadan) siyahısını
nəzərdən keçirək:
1.Bilmərəkdən edilmiş hərəkətlər nətəcəsində sistemin
hissələrlə və ya tam şəkildə işləməkdən imtina etməsinə,
aparat hissəsinin dağıdılmasına, proqram təminatının
zədələnməsinə, informasiya resurslarının xarab olmasına səbəb
olur. Bu syahıya avadanlığın düşünülməmiş şəkildə
dağıdılmasını, mühim informasiyanı özündə saxlayan faylların
korlanmasını, istifadə olunan proqramların sistemdən
kənarlaşdırılmasını və sairəni də əlavə etmək mümkündür;
2.Qurğuların və proqramın işləmə rejiminin dəyişdirilməsi
və ya qanunsuz olaraq avadanlığın şəbəkədən ayrılması;
3.İnformasiya daşıyıcılarına düşünülmədən xətərin
yetirilməsi;
|