İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə186/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   182   183   184   185   186   187   188   189   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 276 ____________________________ 
bütün xüsusiyyətləri əhatə edir. Nəzərə almaq lazımdır ki, 
sistemin təhlükəsizliyi effektiv nəticə verən siyasət olmadan 
yaradıla bilməz. 
Subyektlərin informasiya baxımından müdafiə maraqlarını 
müxtəlif səviyyələrdə birləşdirmək zəruridir: 

Qanunvericilik (standartlar, qanunlar, normativ aktlar və 
buna bənzərlər); 

Administrativ-təşkilatı (ümumi xarakterli fəaliyyət, 
təşkilatın rəhbərliyi tərəfindən qəbul edilənlər, insanlarla 
bağlı olan konkret təklükəsizlik tədbirləri);

Proqram-texniki tədbirlər. 
Qanunvericilik səviyyəsində tədbirlər informasiyanın 
təhlükəsizliyi 
üçün 
çox 
vacibdir. 
Bura 
informasiya 
təhlükəsizliyinə qarşı neqativ halları yaradanlara və nizam-
intizamı pozanlara qarşı cəmiyyətdə həyata keçirilən və hamı 
tərəfindən dəstəklənən kompleks tədbirlər daxildir.
İnformasiya təhlükəsizliyi – bu fəaliyyətin yeni növüdür, 
burada təkcə qadağa qoymaq və ya cəzalandırmaq, həmçinin 
öyrətmək, başa salmaq, kömək etmək və sair bu kimi 
tədbirlərin həyata keçirilməsi əsas sayılır. Cəmiyyət problemi 
başa düşməli, onun aradan qaldırılması üçün yerinə yetiriləcək 
tədbirləri dəstəkləməlidir. Dövlət belə tədbirləri optimal şəkildə 
həyata keçirir. Burada çoxlu məbləğdə maddi yatırımların 
yerinə yetirilməsi deyil, əsas məsələ intellektual səviyyənin 
yüksəldilməsidir. 
Administrativ-təşkilatı səviyyədə tədbirlər. Təşkilatın 
rəhbərliyi təhlükəsizlik rejimini dəstəkləməli və bunun həyata 
keçirilməsi üçün lazımi resurslar ayırmalıdır.
Administrativ-
təşkilatı səviyyədə tədbirlərin əsası təhlükəsizlik siyasəti və 
təşkilatı tədbirlər kompleksidir. Kompleksə insanlar tərəfindən 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin