İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə237/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   233   234   235   236   237   238   239   240   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 356 ____________________________ 

Korporativ şəbəkənin təhlükəsizliyinin idarə edilməsi
təhlükəsizliyin qlobal siyasəti (TQS) səviyyəsində həyata 
keçirilməlidir. Bura korporativ şəbəkə obyektləri arasında 
qarşılıqlı təsirin təhlükəsizlik baxımından dəstəklənməsi 
qanunları, korporativ şəbəkələr ilə xarici obyektlər 
arasında əlaqənin təhlükəsizliyi daxildir; 

Şirkətin biznes-prosesi təhlükəsizliyin qlobal siyasətinə 
uyğun olmalıdır. Bunun üçün obyektlərin təhlükəsizliyi və 
tələb olunan təhlükəsizlik şirkətin quruluşuna və 
biznesinə uyğun təşkil olunmalıdır; 

Ayrı-ayrı müdafiə vasitələri üçün lokal təhlükəsizlik 
siyasəti (LTS) formalaşdırılmalıdır. LTS-in translyasiyası 
təhlükəsizliyin qlobal siyasəti qaydalarına və müdafiə 
olunan şəbəkənin topologiyasına uyğun avtomatik yerinə 
yetirilməlidir. 
Mərkəzləşdirilimiş korporativ informasiya sistemləri 
təhlükəsizliyinin idarə edilməsinin metodologiyası müasir 
təhlükəsizlik texnologiyasını ətraflı əks etdirdiyi üçün bu 
metodologiyanı və onun bəzi aspektlərini ətraflı nəzərdən 
keçirək.
 
TƏHLÜKƏSİZLİYİN İDARƏEDİLMƏSİNİN QLOBAL 
KONSEPSİYASI 
Mərkəzləşdirilimiş korporativ informasiya sistemləri 
təhlükəsizliyinin idarə edilməsinin əsasında təhlükəsizliyin idarə 
ediməsinin qlobal konsepsiyasi GSM (Global Security 
Management) dayanır. Təhlükəsizliyin idarə edilməsinin qlobal 
konsepsiyasi kompleks idarəetmə sisteminin və müəssisənin 
informasiya resurslarının müdafiəsinin qurulmasını aşağıdakı 
xüsusiyyətlərə uyğun həyata keçirilməsinə imkan verir: 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 357 ____________________________ 

Müəssisənin təhlükəsizlik siyasəti bazasında bütün 
mövcud vasitələrin müdafiəsinin idarə edilməsini, 
tamlığın 
təmin 
edilməsini, 
müəssisənin 
bütün 
resurslarının müdafiə olunması üçün bir-birinə zidd 
olmayan qaydalar toplumunun tamlığını (təhlükəsizlik 
siyasəti obyektlərini) və müxtəlif istehsalçıların təqdim 
etdiyi təhlükəsizlik vasitələrinin müdafiə siyasətinin 
razılaşdırılma ilə yerinə yetirilməsini; 

Müəssisənin vahid kataloqdan istifadə etməklə bütün 
informasiya resurslarının müəyyən edilməsini, resursların 
qeyd olunmasını şəxsi vasitələrin köməyilə, həmçinin 
digər müəssisələrin kataloqlarından (o cümlədən LDAP 
protokolları da daxil olmaqla) birbaşa istifadə etməklə 
aktuallaşdırılmasını; 

Təhlükəsizlik siyasətini (Policy-based) əsas tutmaqla 
informasiyanın müdafiə vasitələrinin lokal idarə 
edilməsinin mərkəzləşdirilməsini; 

LAS autentifikasiya (istehlakçının seçiminə uyğun) 
mühitində əlavə lokal vasitələrdən istifadə imkanından 
bəhrələnib PKCS#11 
token
indən istifadə etməklə 
müəssisənin siyasətinə uyğun obyektlərin ciddi 
autentifikasiya edilməsini və PKI aşıq açarlarının 
infrastrukturunu; 

Müəssisənin kataloqda (və ya kataloqun bir hissəsində) 
qeyd olunmuş müəyyən resurslarına əlçatanlıq imkanının 
genişlədirilməsi, 
müəssisə 
resurslarına 
əlçatanlıq 
qaydalarının seçilməsinin idarə edilməsini, təhlükəsizılik 
siyasəti elementlərinin dolayı yolla müəyyən edilməsinə 
əlçatanlıq qaydalarının (credentials) təyin edilməsini; 

Auditin, təhlükəsiliyin monitoringinin, həyacan siqnalının 
təhtəlhesablığının təmin edilməsini; 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin