İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə142/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   138   139   140   141   142   143   144   145   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 217 ____________________________ 
insan tərəfindən onun təhlil edilməsi çətinləşir (əgər düşmən 
əməliyyatlar arasında əlaqəni araşdırmaq fikirindədirsə). 
Windows əməliyyat sistemində fayrvoldan (və ya 
brandmayerdən) istifadə edilməsi 
Şəbəkələrarası ekran müxtəlif kateqoriyalara uyğun 
təsnif olunur: 
1.Nəzarət olunan verilənlər axınının əhatə edilməsindən 
asılı olaraq. 

Ənənəvi şəbəkələrarası ekran – 
şlüzə
quraşdırılmış 
(serverə ötürülən şəbəkələrarası trafik) proqramdır və ya 
bir-birinə birləşmiş şəbəkələrarası daxil olan və 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 218 ____________________________ 
göndərilən verilənlər axınını nəzarətdə saxlayan aparat 
həllidir. Belə brandmayerin əsas vəzifəsi müəsisənin 
daxili şəbəkəsinə icazəsiz daxil olmanın qarşısını 
almaqdır. 

Fərdi şəbəkələrarası ekran – istifadəçinin kompüterinə 
yazılmış proqramdır və ondan istifadə olunmasında əsas 
məqsəd qeyriqanunu yolla ancaq bu kompüterə daxil 
olmaların qarşısının alınmasıdır. 
2.OSI modelinin səviyyəsindən asılı olaraq əlçatanlığa 
nəzarət həyata keçirilir.

Şəbəkə səviyyəsində işləyənlər – süzgəcləmə əməliyyatı 
göndərənin ünvanlarına və qəbul edənin paketlərinə 
(OSI modelinin transport səviyyəsində portların 
nömrələri, administrator tərəfindən verilmiş statik 
qanunlar) əsaslanmaqla baş verir; 

Seans səviyyəsində işləyənlər - əlavələrarası seans 
işlənilir və TCP/IP xüsusiyyətlərini pozan paketlər 
şəbəkəyə buraxılmır (belə paketlər tez-tez pisniyyətli 
məqsədlər üçün istifadə edilir, onlardan istifadə etməklə 
resursların kopiyası alınır, TCP/IP protokolundan düzgün 
istifadə etmədikdə pisniyyətli insanlar “sındırma”dan 
istifadə edir, birləşmələrin qırılması və informasiyanın 
yubanaraq göndərilməsi və buna bənzərlər baş verir); 

Əlavələr səviyyəsində işləyənlər – göndərilən paketlərin 
daxilində əlavə verilənlərə əsaslanmaqla süzgəcləmə 
əməliyyatı həyata keçirilir, sazlamalara və informasiya 
siyasətinə söykənməklə xoşagəlməyən və qorxulu 
informasiyanın ötürülməsi bloklanır (qıfıllanır). 
3.Aktiv 
birləşmələrin 
izlənməsindən 
asılı 
olaraq 
aşağıdakılar yerinə yetirilir: 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin