İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


MÜƏSSİSƏNİN TƏHLÜKƏSİZLİK SİYASƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə197/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   193   194   195   196   197   198   199   200   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

MÜƏSSİSƏNİN TƏHLÜKƏSİZLİK SİYASƏTİNİN 
STRUKTURU 
Əksər təşkilatlar üçün təhlükəsizlik siyasəti sözün əsl 
mənasında vacibdir. Siyasət müəssisənin təhlükəsizliyə 
münasibətini müəyyən edir və özünəməxsus aktivlərin və 
resursların qorunmasının təşkilinə imkan yaradır. Təhlükəsizlik 
siyasəti ilə bağlı təhlükəsizlik vasitələrin və prosedurların 
müəyyən edilməsi, onların yerinə yetirdikləri rollar və
müəssisədə işləyən əməkdaşların məsuliyyəti (təhlükəsizliyə 
əməl etmə baxımından) müəyyən edilir. 
Adətən müəssisədə təhlükəsizlik siyasəti aşağıdakıları 
yerinə yetirməlidir: 

Baza təhlükəsizlik siyasətini; 

Xüsusiləşdirlmiş təhlükəsizlik siyasətini; 

Təhlükəsizlik prosedurlarını. 
Müəssisənin təhlükəsizlik siyasətinin müddəaları aşağıdakı 
sənədlərdə əks olunur: 

Təhlükəsizlik siyasətinin xülasəsi – təhlükəsizlik 
siyasətinin məqsədini və strukturunu açıqlayır, kimin 
nəyə cavab verməsini müəyyənləşdirir, edilmiş 
dəyişikləri vaxt çərçivəsində müəyyən edir. Müəssisənin 
miqyasından asılı olaraq təhlükəsizlik siyasəti az və ya 
çox bölmələrdən ibarət ola bilər; 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 294 ____________________________ 

Təhlükəsizlik baza siyasətinin izahı – qadağa qoyulmuş 
və icazə verilmiş fəaliyyətin müəyyən edilməsi, həmçinin 
təhlükəsizlik 
arxitekturasının 
həyata 
keçirilmə 
çərçivəsində idarəetmə vasitələrinin varlığı; 

Təhlükəsizliyin arxitekturası baxımından rəhbərlik – 
şəbəkənin təşkil ediməsində istifadə olunan təhlükəsizlik 
mexanizmi arxitekturasının tərkib hissəsinin həyata 
keçirilməsinin izahı (şəkil 17).
Şəkil 17. Müəssisənin təhlükəsizlik siyasətinin strukturu 
Qeyd etmək lazımdır ki, təhlükəsizlik siyasətinin əsas 
komponenti baza təhlükəsizlik siyasəti hesab edilir. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin