patch
) ilə idarə etmə daxildir;
Paylanmış tətbiqi sistemlərdə müdafiə servisinin,
həmçinin müdafiə olunan əlavələrin və onların
resurslarının təqdim edilməsi. Bu qrupa daxil olan
əlavələr əvvəlcə tətbiqi sistem tərəfindən müdafiə servisi
vasitəsilə idarə edilmənin təmin olunması interfeysini
(API) təmin etməlidir;
Kriptovasitələrin idarə edilməsi, xüsusilə də - açarlarla
idarə etmə (açar infrastrukturu). Açar infrastrukturu
infrastruktur xidmətin tərkibində işləməlidir (müəyyən
funksiyanı yerinə yetirməlidir);
Hadisələrin protokollaşdırılması. Protokollaşma müxtəlif
qurğularda loqun aşkar olunmasının sazlanmasını, loqun
ətraflı işlənmə səviyyəsinin idarə edilməsini, hadisələrin
tərkibinin idarə edilməsini və s. yerinə yetirir;
İnformasiya
sistemlərinin
təhlükəsizlik
auditi.
Təhlükəsizlik auditi informasiya sistemlərinin cari
müdafiə vəziyyətinin obyektiv qiymətləndirilməsi, loqun
təhlili (loqun təhlili dedikdə auditin təhlükəsizliyi başa
düşülür), nizam-intizamı pozanların axtarılması, sistemdə
yaranmış “deşik”lərin tapılması və s. funksiyaların
loq
tərəfindən idarə edilməsi ilə həll olunur;
Sistemin təhlükəsizlik monitorinqi. Monitorinq qurğularda
baş verən potensial hücumların, qurğuların aktivliyi və
kontekst
təhlükəsizliyi ilə bağlı baş verən hadisələri,
real zamanda alınmış informasiyanı təmin edir;
Xüsusi müdafiə olunan əlavələrin işləməsinin təmin
edilməsi, əməliyyat üzərində nəzarətin yerinə yetirilməsi,
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 351 ____________________________
yerinə yetirilən tədbirlər (məsələn, açarın və parolun
dəyişdirilməsi, qurğuların müdafiə edilməsi, smart-
kartların buraxılışı və s.) reqlamentinin dəstəklənməsi;
Layihə qrupunun işləməsinin təmin olunması, qrup
tərəfindən
müəssisənin
şəbəkəsində
müdafiə
nöqtələrinin müəyyən edilməsi. Bura:
İstifadə edilən müdafiə vasitələrinin qeyd
olunması;
Müdafiə vasitələrinin modul tərkibinə nəzarət;
Müdafiə vasitələrinin vəziyyətinə nəzarət və s.
daxildir.
AÇIQLAMA
:
Paçt və ya yamaq (ingiliscə patch –
yamaq anlamını verir) kompüter fayllarında müəyyən
olunmuş dəyişikliklərin avtomatik yerinə yetirilməsi üçün
nəzərdə tutulmuş informasiyadır. Bir çox hallarda patçın
yerinə yetirilməsini “yamaq vurma”da adlandırırlar. Bəzi
mənbələrdə patçı və ya yeniləməni (update) proqram
təminatında və ya onun işləməsində baş vermiş
dəyişikliklərin və ya problemlərin aradan qaldırılması üçün
istifadə edilən proqram vasitələri kimi təqdim edirlər. Patçın
ölçüsü bir neçə Kbaytdan yüzlərlə Mbayta qədər ola bilər.
Patçın ölçüsünün artması yerinə yetirilən çoxlu sayda
dəyişikliklər ilə bağlıdır. Bu baxımdan “paçt” və ya “yamaq”
sözü çoxda böyük olmayan dəyişikliklərdə istifadə edilir,
amma proqramın yenilənməsində və ya dəyişilməsində
“service pack” və ya “software updates” sözündən istifadə
düzgündür.
Vaxtı ilə kompüterlərə proqramı yükləyən zaman
perfokartdan və ya kağız lentlərindən istifadə edilirdi. Odur
ki, proqram yaradıcıları patçı perfokart kimi yayırdılar, yəni
|