İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 358 ____________________________
Ümumi
idarəetmə
sistemlərinin
təhlükəsizlik
sistemlərinin infrastrukturundan (PKI, LAS, IDS) istifadə
etməklə inteqrasiyasını.
AÇIQLAMA : Elektron təhlükəsizlik sualları indiki
zamanda dünyada əsas məsələlərdən biri kimi diqqət
mərkəzindədir. İndiyə kimi onun həll edilməsi üçün çoxlu
sayda üsullar təklif olunmuşdur.
Token bunlardan biridir.
Token dedikdə istifadəçinin informasiya təhlükəsizliyini təmin
edən qurğu başa düşülür. Qurğu öz sahibinin
identifikasiyasını həyata keçirməklə yanaşı ona müdafiə
edilən, uzaqda yerləşdirilmiş əlçatanlıqlı müxtəlif informasiya
növlərindən istifadə etməsinə imkan verir. Token parolun
yerinə istifadə oluna bilər. Adətən onlar çoxda böyük ölçüyə
malik deyillər, rahat çibdə gəzdirilə bilirlər. Müasir tokenlər
kriptoqrafik açarların (məsələn, elektron imzaların, biometrik
verilənlərin) saxlanılmasına imkan verir. Tokenlərin xarici
görünüşü müxtəlif ola bilir: bəzilərində ancaq ekran,
bəzilərində miniatür klaviatura, bəzilərində xırda düymələr və
s. vardır. Tokenlər RFID funksiyası ilə, USB yuvaları və
interfeys ilə təhciz olunurlar. Onları müxtəlif şirkətlər:
məsələn, “E Token” və “Ru Token” və s. istehsal edir.
Tokenlərin istifadəsində iki problem mövcuddur: istifadəçi
onları ya itirir, ya da ki, oğurladır. Bu problemin həlli onların
asılqanlarla istehsal olunmasında qisməndə olsa aradan
qaldırılmışdır.
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 359 ____________________________
Müxtəlif görüntülü tokenlər
Hazırkı idarəetmə konsepsiyası çərçivəsində təhlükəsizlik
siyasətinə söykənən idarəetmə - PBM (Policy based
management) – idarəetmə qaydaları toplusunu realizasiya
olunması ilə müəyyən olunur. Bu da öz növbəsində
müəssisənin bütün biznes-obyektlərini əhatə etməklə bir-birinə
zidd olmayan idarəetmə qaydalarının formalaşdırılmasına
təminat verir.
PBM
prinsiplərini
rəhbər
tutaraq
müəssisənin
təhlükəsizliyinin idarəedilməsi təhlükəsizliyin idarəediməsinin
qlobal konsepsiyasina (GSM) əsaslanan idarəetmə sisteminə
yönəldilmişdir və aşağıdakı tələbləri ödəməlidir:
Müəssisənin təhlükəsizlik siyasəti özündə məntiqi və
semantik əlaqəni əks etdirir, bu əlaqə verilənlərin vahid
strukturu ilə təhlil və redaktə edilir;
Müəssisənin təhlükəsizlik siyasəti müdafiənin bütün
səviyyələri
konteksində
müəssisənin
informasiya
resurslarının təhlükəsizlik siyasətinə və şəbəkə
təhlükəsizlik siyasətinə tam yanaşmada müəyyən
olunur;