4)Təşkilati-iqtisadi idarəetmə sisteminin informasiya əsasları İqtisadiyyatın idarə edilməsi qarşısında duran vəzifələr müasir hesablama texnikası vasitələri tətbiq edilmədən yerinə yetirilə bilməz. İdarəetmə informasiyasının dönmədən artan həcmi öz növbəsində müvafiq işçilərin informasiya yükünün artmasına səbəb olur və işlənmənin avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsinin zəruri edir. İstehsalın ıdarə edilməsi prosesində dövr edən informasiyanın öyrənilməsi onun tədqiqinin ümumi metodlarına əsaslanır.Bu zaman informasiya üç aspekdə tədqiq edilir.Praqmatik,semantik,sintaksis
İnformasiyaya praqmatik aspektdə baxıldıqda, idarəetmə prosesində qərarların qəbulu üçün informasiyanın praktiki cəhətdən nə qədər faydalı və qiymətli olması müəyyən edilir.
İstehsalın avtomatlaşdırılmış idarə edilməsi sistemlərin yaradılması zamanı informasiyanın praqmatik aspekdə öyrənilməsi istehlakçılar üçün informasiyanın zərurilik və kafilik dərəcəsini, faydalı informasiyanın həcmini ,faydasız sənədlər külliyatının miqdarını və.s müəyyənləşdirməyə imkan verir.İnformasiya həcmini ,işlənmə,saxlanma,verilmə tezliklərini və.s bilməklə informasiyanın işlənməsinin texniki vasitələrini hesablamaq olar.İnformasiya semantik (mənaca) tədqiq edildikdə idarəetmə obyektinin vəziyyətini əks etdirən informasiyanın məzmununu açmağa və işarələr arasında olan münasibətlərin və ölçü vahidlərinin mənaca öyrənilməsinə imkan yaranır.İnformasiyaya semantik baxış iqtisadi göstəricilərin, obyektlərin təsnifatına. qarşılıqlı kodlaşdırma sistemlərinin yaradılmasına və beləliklə də, idarəetmədə baş verən hadisələrin, faktların, proseslərin və.s tam öyrənilməsinə imkan verir.İnformasiyaya sintaksis aspektdə baxıldıqda onun məzmunu,mənası və istifadəedilmə xüsusiyyətindən asılı olmayaraq sistemdə işarələr arasında olan münasibətlər kəmiyyətcə müəyyənləşdirilir. İnformasiyanın kəmiyyətcə qiymətləndirilməsi onun maşında işlənməsi texnologiyasının səmərəli seçilməsi və layihələndirilməsinə, maşın daşıyıcılarının, onların maketlərinin səmərəli qurulmasına imkan verir.