İ N F O R M A T İ K A ____________________________________________________________ 17
külliyatının miqdarını və s. müəyyənləşdirməyə imkan verir. İnformasiyanın
həcmini, təhlilini, saxlanma və ötürülmə tezliklərini və s. bilməklə onun
işlənməsinin texniki vasitələrini müəyyən etmək olar.
QEYD :
Praqmatika semiotikanın bölməsi olub əsasən istifadə olunan və
qəbul edilən hər hansı bir işarələr sisteminin həmin sistemə olan münasibətini
öyrənir. Əsas ideya Ç.Pirs (Çarlz Sanders Pirs (1839-1914) – amerika filosofu,
riyaziyyatçı, məntiqçi, praqmatizmin və semiotikanın banisi) tərəfindən irəli
sürülsədə Ç.Morris (Çarlz Uilyam Morris (1901-1979) – amerika filosofu,
semiotikanın banilərindən biri, “praqmatika” terminini ilk dəfə elmə daxil etmişdir)
tərəfindən
inkişaf
etdirilmişdir.
Praqmatikanın
ideyaları
evristik
proqramlaşdırmada, hesablama maşınında yerinə yetirilən tərcümələrdə,
informasiya-axtarış sistemlərində və s. istifadə olunur.
Çarlz Sanders Pirs
Çarlz Uilyam Morris
İnformasiya
semantik (mənaca) tədqiq edildikdə idarəetmə obyektinin
vəziyyətini əks etdirən informasiyanın məzmununu açmağa və işarələr arasında
olan münasibətlərin və ölçü vahidlərinin mənaca öyrənilməsinə imkan yaranır.
İnformasiyaya semantik baxış iqtisadi göstəricilərin, obyektlərin təsnifatının,
qarşılıqlı kodlaşdırma sistemlərinin yaradılmasının və beləliklə idarəetmədə baş
verən hadisələrin, faktların, proseslərin və s. tam öyrənilməsinə imkan verir.
İnformasiyanın miqdarının sintaksis ölçüsü verilənlərin həcmi ilə təyin
edilir. Verilənin həcmi dedikdə, xəbərdəki işarələrin sayı nəzərdə tutulur.
İ N F O R M A T İ K A ____________________________________________________________
18