İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə21/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   17   18   19   20   21   22   23   24   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 19 
QEYD

Sintaksis
yunan sözü olub 
quruluş

nizam-intizam

tərkib

təqdimat
anlamını verir. 
İnformasiyaya hər hansı aspektdə baxılmasından asılı olmayaraq onun 
başlıca cəhəti qeyri-müəyyənliyi ləğv etməsidir. 
İdarəetmə prosesində əsas məsələ hər hansı mümkün vəziyyətlər 
çoxluğundan müəyyən bir vəziyyətin seçilməsi aktıdır. Seçmə isə qeyri-
müəyyənliklə (entropiya ilə) hüdudlanır və uyğun olaraq müəyyən miqdarda 
informasiya alınması ilə nəticələnir. 
Buradan aydın olur ki, informasiya ilə entropiya arasında mühüm əlaqə 
vardır. Amerikalı mühəndis, riyaziyyatçı, görkəmli alim, Klod Şennon (1916-2001) 
informasiyanı məhz bu nöqteyi-nəzərdən izah edir: “
informasiya seçmənin 
qeyri-müəyyənliyini ləğv etməklə onu müəyyənləşdirir
”. 

Klod Elvud Şennon 
Müasir informasiya nəzəriyyəsinin 
banisi, amerikalı alim Klod Şennon 
tərəfindən təklif olunmuş informasiya ölçüsü 
(sintaksis) hazırda çox geniş yayılmışdır. 
Klod Şennona görə informasiya ölçüsü baş 
vermiş və ya verəcək hadisələrin qeyri-
müəyyənliyinin ölçüsü ilə əlaqədardır.
 
Qeyri-
müəyyənliyin 
ölçüsü 
entropiya
dır. 
Sistemdə qeyri-müəyyənlik nə qədər yüksək 
olarsa, entropiya bir o qədər böyük olur. 
Lakin sistem nə qədər nizamlı və mütəşəkkil 
olarsa və onun vəziyyəti haqqında doğru 
mühakimə yürütmək imkanı böyüyərsə, 
onda entropiya bir o qədər azalır. Beləliklə
idarəetmə 
(informasiyanın 
alınması, 
saxlanması, təhlili prosesi) sistemdəki 
entropiyanı azaltmağa xidmət edir. 
Buna görə də seçmə və idarəetmə aktı həm təsadüfi, həm də məqsədyönlü 
ola bilər. İdarəetmə aktı məqsədyönlüdürsə, bu “
qərar qəbul edilməsi
” adlanır. 
İnformasiyanın sintaksis ölçüsü məsələsində ilkin, həmçinin uğurlu yanaşma Klod 
Elvud Şennona müəyəssər olmuşdur. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin