İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə218/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   214   215   216   217   218   219   220   221   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 303 
 
FƏSİL XIII. MICROSOFT POWERPOINT 2007 
Microsoft PowerPoint proqramı elektron təqdimatların hazırlanması üçün 
geniş yayılmış proqramlardan biridir. Bu baxımdan da bu bölmədə istifadəçi 
proqramin sonuncu versiyası - Microsoft PowerPoint 2007 ilə tanış olacaq. 
Dərslikdə istifadəçiyə Microsoft PowerPoint 2007 proqramının əsas 
funksiyaları aydınlaşdırılacaq. Bu dərsliyin əsas məqsədidir. 
MICROSOFT POWERPOINT 2007 PROQRAMI 
İLƏ İLKİN TANIŞLIQ 
Microsoft PowerPoint 2007 proqramından istifadəyə başlamaq üçün öncə 
Start (Пуск-Başla) menyusunu, sonra isə açılmış altmenyudan Proqrams 
(Программы-Proqramlar) əmrini seçmək lazımdır. İş masasina kompüterə 
yüklənmiş proqramlar siyahısı açılacaqdır. Buradan Microsoft Office əmrini, 
açılmış altmenyudan isə Microsoft Office PowerPoint 2007 əmrini seçməklə 
proqramı işə sala bilərsiniz. 
Beləliklə, seçim nəticəsində iş masasına Microsoft PowerPoint 2007 
proqramının əsas pəncərəsi açılacaqdır (şəkil 99.). 
Şəkil 99. Microsoft PowerPoint 2007 proqramının interfeysi 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
304 
99 saylı şəkildə proqramın əsas işçi interfeysi göstərilir. Pəncərənin yuxarı 
hissəsində Microsoft Office 2007 paketinin digər əlavələrində olduğu kimi 
qoşmalardan ibarət lent yerləşir. Lent üzərindəki qoşmalardan istifadə etməklə 
proqramın funksiyalarını yerinə yetirmək mümkündür.
Lentin üst tərəfində Shortcut (Панель быстрого доступа - Qısa Yol 
Düymələri), ondan solda isə Button “Office” (Кнопка “Office” – “Office” 
Düymələri) yerləşir. İstifadəçi Shortcut (Панель быстрого доступа - Qısa Yol 
Düymələri) üzərinə mausun oxunu gətirən kimi panel üzərində müəyyən 
funksiyaları yerinə yetirə biləcək əmrlər və onlara uyğun panellər iş masası 
üzərinə açılır. Bu istifadəçiyə lent üzərində yerləşmiş düymələr haqında o dəqiqə 
məlumatlanmağa şərait yaradır. 
İnterfeysin sol tərəfindəki sahədə Outline (Структура-Quruluş) və Slids 
(Слайды-Slaydlar) qoşmaları yerləşir. Slids (Слайды-Slaydlar) qoşmasında bütün 
slaydların siyahısı verilir. Hər bir slayd ekranda necə görünürsə, o şəkildə də 
istifadəçiyə təqdim olunur. Outline (Структура-Quruluş) qoşmasında təqdimatın 
strukturu əks olunur. Burada hər bir təqdimat özünəməxsus başlıq ilə 
nömrələnmiş şəkildə iş masasında göstərilir. İstifadəçi qoşmaları dəyişdirməklə 
ona lazım olan əlverişli təqdimatın ekranda əks olunmasını seçə bilər. 
İstifadəçi 99 saylı şəkildə göstərilmiş dialoq pəncərəsini masüstünə açdıqda 
ancaq bir təqdimatı, daha doğrusu susmaya görə iş masasına açılmış təqdimatın 
sərlövhəsini görəcəkdir. 
İnterfeysin mərkəzi hissəsində iş sahəsi yerləşir. İş sahəsində yaradılmış 
slaydlar formatlaşdırılır və redaktə olunur. Yaradılmış slaydı redaktə etmək üçün 
mausun oxunu onun Outline (Структура-Quruluş) və ya Slids (Слайды-Slaydlar) 
qoşmaları üzərinə gətirib sol düyməni sıxmaq kifayətdir. 
Yaradılacaq hər slaydın özünə uyğun adı və başlığı olmalıdır. 
Əgər istifadəçi mausun oxunu iş sahəsinin mərkəzinə gətirib sağ düyməni 
sıxarsa, bu zaman iş masasına kontekst (dinamik) menyu açılacaqdır. Açılmış 
kontekst menyuda əsas menyunun təkrarlanan bəzi əmrləri və alətlər panelinin 
düymələri əks olunur. Bununla yanaşı istifadəçi kontekst menyunu Outline 
(Структура-Quruluş) və Slids (Слайды-Slaydlar) qoşmalarından istifadə etməklə 
də iş masasına aça bilər. Göstərilən hər iki vəziyyət yerinə yetirilən cari iş 
rejimindən asılıdır. 
İstifadəçi təqdimatı əl ilə, həmçinin proqramın tərtibatçıları tərəfindən 
təqdim olunan ülgülər vasitəsi ilə yarad bilər. 
Dərslikdə hər iki üsul müəyyən nümunələr ilə aydınlaşdırılır. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin