İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə295/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   291   292   293   294   295   296   297   298   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 407 
Robert Morris 
Virusların yayıldığı ərəfədə qəzet və 
jurnallarda informasiya təhlükəsizliyinə həsr 
edilmiş materiallar nəşr edilsə də, virusları 
kompüter istifadəçiləri hələ də oyuncaq
eksperiment hesab edirdi. Təhlükə o zaman 
dərk edildi ki, həmin “
oyuncaq
” özünü ağıllı 
orqanizm kimi aparmağa, yəni qarşısına 
çıxan hər şeyi yoluxdurmağa başladı. Bu, 
1988-ci il noyabrın 2-də baş verdi. Həmin 
gün Kornel universitetinin tələbəsi Robert 
Morris-oğul qurd-proqram yaradıb işə 
buraxdı. Morris qurdu “azadlıqda” artıb 
yayılan ilk şəbəkə qurdu idi. Bu, kompüterin 
bufer yaddaşını doldurub daşıran ilk qurd idi. 
Ziyanverici “qurd” təxminən saat yarım ərzində 6 minə yaxın kompüteri 
yoluxdurmuşdu. Bu hadisə cəmiyyəti şok vəziyyətinə salmışdı, viruslar şəbəkə 
boyu yayılmaqda idi. Doğrudur, əvvəlki viruslar da şəbəkə boyu gəzirdi, lakin o 
vaxtadək hər 10 kompüterdən birini sıradan çıxarmaq heç bir virusa müyəssər 
olmamışdı. Təcili olaraq sistemlərin təhlükəsizliyi tələblərinə yenidən baxıldı və 
CERT (Computer Emergency Response Team – gözlənilməz kompüter 
situasiyalarına cavab əmri) kimi institutlar yaradıldı ki, bunlar da kompüterlərin 
təhlükəsizliyi ilə məşğul olmağa və virusların ləğv edilməsi üzrə təkliflər verməyə 
başladı. 
1989-cu ildə DATACRIME virusları geniş yayılmağa başladı. Oktyabrin 12-
dən etibarən bu viruslar fayl sistemini dağıtmağa başladılar. Bu müddətə kimi isə 
onlar sadəcə olaraq çoxalırdılar. Kompüter viruslarının bu sersiyası 1989-cu ilin 
əvvəllərində Niderlandda, ABŞ-da və Yaponiyada daha geniş yayılmışdı və həmin 
ilin sentyabrında təkcə Niderlandda 100 mindən artıq kompüterə (FEHM-ə) 
yoluxmuşdu. Bu ölkədəki butün kompüterlərin təxminən 10%-ə qədərini təşkil 
edirdi. Hətta IBM firması da bu təhlükəyə reaksiya verdi və VIRSCAN adlı virus 
detektoru buraxdı. Bu detektor DATACRIME və digər viruslar üçün xarakterik olan 
sətrləri (siqnaturaları) tapa bilirdi. Siqnaturalar yığımı istifadəçi tərəfindən 
dəyişdirilə və ona əlavələr edilə bilərdi.
1989-cu ildə ilk “troyan atı” AIDS virusu meydana gəldi. Virus sərt diskdə 
olan informasiyanı əlçatmaz edirdi və ekrana təkcə “Hansısa ünvana 189 dollarlıq 
çek göndərin” ifadəsi çıxırdı. Proqramın müəllifi çeki reallaşdıranda tutulur və 
şantaj maddəsi ilə cəzalandırılır.
1989-cu ildə həm də antivirus proqram təminatına əks təsir göstərən The 
Dark Averger adlı ilk virus yaradılır. Bu virus antivirus proqramının kompüteri 
yoxladığı müddət ərzində yeni faylları yoluxdururdu. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin