İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə30/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   26   27   28   29   30   31   32   33   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
28 
rejimi tətbiq edilən zaman informasiyanın menyu-sütun, menyu-sətir, ekran 
cədvəli adlanan yeni quruluş vahidləri də meydana gəlmişdir. 
Dialoq rejimi insanın informasiya ilə iş prosesini imitasiya edir, lakin bu 
zaman əməliyyatlar avtomatlaşdırılmış üsulla həyata keçirilir. 
İqtisadi informasiyanın avtomatlaşdırılmış təhlili sistemləri yaradılarkən 
iqtisadi informasiyanın insanın imkanlarına uyğun quruluşundan maşın 
quruluşuna və əksinə keçirilməsinin səmərəliliyini təmin edilməsi son dərəcə 
vacibdir.
 
MÜXTƏLİF ƏLAMƏTLƏRƏ GÖRƏ İQTİSADİ 
İNFORMASİYANIN TƏSNİFATI 
 
İqtisadi informasiyanın mürəkkəbliyi və müxtəlifliyi, onun tətbiqi zamanı 
təsnifləşdirməni zəruri edir. İnformasiyanın təsnifləşdirilməsi və qruplaşdırılması 
böyük əhəmiyyətə malikdir. Təhlil sahəsindən və məqsədindən asılı olaraq iqtisadi 
informasiya müxtəlif əlamətlər üzrə təsnifləşdirilə bilər. 
İdarəetmə prosesində informasiyanın iki baxımdan təsnifləşdirilməsi daha 
məqsədəuyğun hesab olunur: funksional (idarəetmə funksiyalarına aidiyyatı) və 
texnoloji (avtomatlaşdırılmış işlənmə tələbləri). 
Funksional baxımdan təsnifləşdirilən informasiya obyektin fəaliyyət 
məqsədini və məsələlərini əks etdirir. Təcrübə göstərir ki, funksional baxımdan 
təsnifləşdirilmiş informasiyanın funksiyaları müxtəlifdir. Buna görə də iqtisadi 
informasiyanın idarəetmə funksiyalarına görə təsnifləşdirilməsinin xüsusi 
əhəmiyyəti vardır. 
İdarəetmə funksiyalarına aidiyyat əlaməti üzrə təsnifat aşağıdakı kimidir: 

idarəetmə elementləri üzrə: normativ-arayış, plan uçot və s. 

istehsal ünsürləri (elementləri) üzrə: əmək cisimləri, əmək vasitələri, 
əmək, hazır məhsul; 

istehsal səviyyələri üzrə: müəssisənin quruluş bölmələri, birliklər, 
müəssisələr, sahələr, şirkətlər, nazirliklər, baş idarələr, xalq təsərrüfatı 
sahələri və s. 
Bazar münasibətlərinin təşəkkülü şəraitində iqtisadiyyatın idarə edilməsində 
baş verən ciddi dəyişikliklər göstərilən əlamətin dəqiqləşdirilməsini tələb edir. Bu 
sahədə vahid bir fikir olmasa da iqtisadi informasiya əsasən iki böyük qrupa – 
idarəetmə obyektinin gələcək vəziyyətini göstərən plan informasiyasına və onun 
faktiki vəziyyətini göstərən uçot informasiyası növlərinə ayrılır.
Bunlardan birincisi idarəedici orqan tərəfindən obyektə göndərilir. İkincisi isə 
bunlar arasında əks rabitə funksiyasını yerinə yetirir. Yalnız hər iki informasiya 
növündən birgə istifadə etməklə idarəetmə məsələlərinin düzgün həlli təmin 
olunur. Planlaşdırma və uçotla yanaşı, digər idarəetmə funksiyalarının həyata 
keçirilməsi üçün onların özünə məxsus informasiya növlərindən istifadə edilir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin