İ N F O R M A T İ K A ____________________________________________________________ 37
edilməsi və əks etdirilməsi vasitələri də daxildir. Adi informasiya sistemlərindən
fərqli olaraq avtomatlaşdırılmış iqtisadi informasiya sistemləri yalnız bir məqsəd
və müəyyən predmet sahəsi üçün deyil, müəyyən predmet sahəsi çərçivəsində
istifadəçilərin müxtəlif məqsədlər üçün informasiyaya olan tələbatının
ödənilməsinə xidmət edir.
Son
dövrlərdə
iqtisadi
informasiya
sistemlərinin
mütərəqqi
avtomatlaşdırılması və kompüter texnikası vasitələrinin yaradılması, həmçinin
tətbiqi, konsepsiya sistemlərini strateji informasiya mənbələrinə çevirməklə,
bütün sahələrdə və idarəetmə səviyyələrində istifadə olunur. Məhz bunun
sayəsində idarəetmə heyəti zəruri informasiyanı vaxtında əldə edə bilir, müəssisə
(firma) və təşkilatlar qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi, onların
fəaliyyətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla
yanaşı, yeni məhsullar istehsalının və xidmət növlərinin mənimsənilməsi, əlverişli
satış bazarlarının və layiqli partnyorların tapılmasını, məhsulların və xidmətlərin
dəyərinin aşağı salınmasını və s. təmin edir.
Avtomatlaşdırma vasitələri və yeni texnologiyaların tətbiqinə əsaslanan
informasiya sistemləri iqtisadi informasiyanın işlənməsi və idarəetmə
məsələlərinin həllini insan-kompüter sistemləri kimi qəbul edir. Belə informasiya
sistemlərinin fəaliyyəti ilə bağlı daha dolğun təsəvvür əldə edilməsi üçün
kompüterdə həll edilən problemlərin və gedən təşkilati proseslərin mahiyyətini
olduğu kimi dərk etmək lazımdır. Belə sistemlərin fəaliyyəti nəticəsində düzgün
idarəetmə qərarlarının hazırlanmasının təmin edilməsi üçün aşağıdakılar nəzərə
alınmalıdır:
həll edilən idarəetmə məsələlərinin strukturlaşdırılması;
müəssisə (firma) və təşkilatın qərarlar qəbul edilməsi lazım gələn
idarəetmə iyerarxiyasının səviyyəsi;
həll edilən idarəetmə məsələsinin hansı funksional sferaya aid olması;
tətbiq edilən informasiya texnologiyasının növü.