QEYD
:
Entropiya
və informasiya nəzəriyyəsi müxtəlif yanaşmalara məruz
qalmış istənilən təcrübənin (sınağın) qeyri-müəyyənlik ölçüsüdür. Entropiya ilə
bağlı sualları araşdırmaq üçün səbrli olmaq gərəkdir, çünki mürəkkəb anlayışın
bütün çalarlarını o dəqiqə başa düşmək müşkül işdir. Bu baxımdan riyazıyyat
sahəsində dövrünün böyük alimi sayılan A.Puankare qeyd etmişdi ki, entropiya
İ N F O R M A T İ K A
____________________________________________________________
20
anlayışı “
dəhşətli şəkildə abstraktdır
”.
“
Entropiya
” kəlməsini ilk dəfə 1865-ci ildə alman alimi Rudolf Klauzius elmə
əsərində istifadə etmişdir. Alimin fikirinə görə “
soyuq cisimdə olan istiliyin isti
cismə keçməsi müşkül məsələdir
”.
Yunan dilində entropiya sözü “
daxilimdə çevrilirəm
” və ya “
özümə gəlirəm
”
anlamını verir. Sonuncu kəlam avstriya alimi Ludoviq Boltsmanı çox maraqlandırır,
kəlamı təhlil edən alim 1872-ci ildə onunla bağlı əsər çap etdirir və əsərində
“entropiya” termininin izahını verir və entropiyanı əks neqentropiya adlandırır.
Görkəmli alim Norbert Vinerə görə entropiya sistemdəki xaos (qarışıqlıq),
intizamsızlıq ölçüsüdürsə, informasiyanın miqdarı isə intizamlılıq, sahmanlıq
ölçüsüdür. Bu mənada entropiyaya informasiya çatışmazlığı ölçüsü kimi baxmaq
olar. İnformasiya isə mənfi entropiya mənası daşıyır. Buna görə informasiyanı
Leon Nikolya Brillyuen “neqentropiya” (mənfi entropiya) prinsipi mövqeyində izah
edir. “Neqentropiya” prinsipi informasiya ilə entropiyanı birləşdirir və sübut edir ki,
bunları bir-birindən təcrid edərək öyrənmək mahiyyətcə düzgün deyildir.
Nobert Viner
Leon Nikolya Brillyuen
Beləliklə, idarəetmə (informasiyanın alınması, saxlanması, işlənilməsi
prosesi) sistemdəki entropiyanı azaltmağa xidmət edir. Buna görə də idarəetmə
aktı həm təsadüfi, həm də məqsədə yönəldilmiş ola bilər. Idarəetmə aktı
məqsədə yönəldilirsə, bu “
qərar qəbul edilməsi
” adlanır.
Klod Elvud Şennon yanaşmasının mahiyyətini aşağıdakı kimi şərh etmək olar.
|