İ N F O R M A T İ K A ____________________________________________________________ 27
Göstəricilər əsas və əlamət rekvizitlərinin məntiqi məcmusudur. Göstəricilər
iqtisadi prosesləri və əməliyyatları keyfiyyət və kəmiyyət baxımından xarakterizə
etməklə, onlar haqqında təsəvvür yaradır.
Göstərici bir əsas rekvizitə və bir neçə əlamət rekvizitinə malik ola bilər.
İqtisadi proseslərin təsvirində və xarakterizə olunmasında göstərici müstəsna rola
malik olduğuna görə, onu iqtisadi informasiyanın əsas quruluş vahidi hesab
etmək olar.
Göstəricilər xarakterizə etdikləri iqtisadi proseslərin müxtəlifliyi üzündən
müxtəlif və çox saylıdır. Bu isə onların bir sıra əlamətlər üzrə təsnifləşdirilməsini
tələb edir. Müxtəlif əlamətlər üzrə təsnifat aşağıdakı kimidir:
obyektin informasiya sisteminə münasibətinə görə: giriş və çıxış
göstəriciləri;
daxil olma mənbəyinə görə: daxili və xarici;
indikasiyaya görə: hərf, rəqəm və hərf-rəqəm;
stabilliyə görə: dəyişkən və daimi;
əks olunma qaydasına görə: mütləq və nisbi;
işin təşkilinə görə: emal edilən və emal edilməyən.
Göstəricilərin qaydaya salınmış məcmusu xəbərləri əmələ gətirir. Müxtəlif
məzmuna malik eyni formalı xəbərlər birləşərək informasiyanın yeni quruluş
vahidini - massivi yaradır.
İnformasiya sistemi öz tərkibində müstəqil quruluş vahidləri kimi idarəetmə
obyektinin funksiyalarına və quruluşuna uyğun olaraq bir sıra informasiya
altsistemlərini birləşdirir. İnformasiya altsistemlərinin hər biri müəyyən
informasiya massivlərindən ibarətdir və onların tərkibi altsistemdə həll edilən
məsələlərdən asılıdır. Kompüterlərdə informasiyanın quruluşu tətbiq edilən xüsusi
qaydalardan asılıdır, bu da yeni informasiya vahidlərinin baytlar, maşın sözləri,
sahə və i.a. yaranmasına səbəb olmuşdur.
İnformasiyanın təşkili avtomatlaşdırılmış sistemlərin tələbləri nəzərə
alınmaqla müxtəlif prinsiplər və qaydalar əsasında yerinə yetirilir. Bu isə öz
növbəsində informasiyanın yeni quruluşunun meydana gəlməsinə səbəb olur və
nəticədə məlumat bazaları, informasiya fondu, məlumatlar kataloqu və lüğəti
adlandırılan yeni quruluş vahidləri təşəkkül tapır. Avtomatlaşdırılmış sistemlərdə
tətbiq olunan proqramlaşdırma dillərindən asılı olaraq informasiyanın müvafiq
quruluş vahidləri olan fayllar, cədvəllər yaranır.
Massivlər müxtəlif əlamətlərə görə birləşdikdə informasiya axını yaranır.
İnformasiya axınları isə birləşib informasiya sistemlərini təşkil edir.
İdarəetmə fəaliyyətinin müxtəlif sahələrində informasiyanın özünəməxsus
quruluş vahidlərindən istifadə edilməsi nəzərdə tutulur. Buna misal olaraq
mühasibat və statistika hesabatlarını, istehsal tapşırıqları formalarını, uçot
sənədlərini və s. göstərmək olar.
Müasir dövrdə iqtisadi informasiyanın əks etdirilməsində maşın qrafikasının
rolu da xeyli artmışdır. İstifadəçi ilə fərdi kompüter arasında ünsiyyətin dialoq