İ N F O R M A T İ K A
____________________________________________________________
32
sözü sonralar Avropada “Qubernator” sözü kimi uzun illər boyu istifadə edilmişdir.
“Kibernetika” terminini ilk dəfə görkəmli fransız fiziki, alim Andre-Mari
Amper (1775-1836) “Elmin fəlsəfəsi haqqında təcrübə” (1834-1843) əsərində
istifadə etmişdir. Uzun illər boyu söz unudulmuş və 1948-ci ildə Norbert Viner
(1894-1964) tərəfindən təklif edilmişdir. Alim bu sahəni 1954-cü ildə çap etdirdiyi
“Kibernetika və cəmiyyət” əsərində ətraflı tədqiq etmişdir.
Kibernetikanın daha çox fəlsəfi baxımdan araşdırılması fransız alimi Lui
Kuffinyala məxsusdur (bu 1956-cı ilə təsadüf edir).
Platon
A.M. Amper
Sistem fəaliyyət göstərdikdə onun elementləri arasında qarşılıqlı əlaqə
yaranır. Əgər bu əlaqə zamandan asılı olmazsa, onda sistemin elementləri
arasındakı əlaqə statistik əlaqə adlanır. Əgər sistemin elementləri arasındakı
əlaqə zamandan asılı olaraq dəyişirsə, onda belə əlaqə dinamik əlaqə adlanır. Bir
halda ki, statik sistemlər zamana nəzərən öz vəziyyətini dəyişmir, deməli onlarda
idarəetmə qanunları fəaliyyət göstərmir. Elə buna görə də kibernetika statik
sistemləri öz tədqiqat obyektinə daxil etmir, yalnız dinamik sistemlərdə gedən
proseslərin idarə olunması prinsiplərini öyrənməklə məşqul olur.
Kibernetik tədqiqatlarda sistem olmadıqda idarəetmədən söhbət gedə
bilməz. Ona görə də idarəetmə hər hansı mürəkkəb sistemin əsas xassəsi hesab
olunur.
İ N F O R M A T İ K A
____________________________________________________________ 33
Sistemləri iki əlamətə: fəaliyyət şərtlərinə görə və mürəkkəblik dərəcəsinə
görə təsnifləşdirmək olar.
Fəaliyyət şərtlərinə görə sistemlər determinə olunmuş (müəyyən) sistemə
və ehtimallı sistemə ayrılır.
Determinə olunmuş sistemlərdə onun elementləri və bu elementlər
arasındakı qarşılıqlı əlaqələr qabaqcadan müəyyən olunmuş qaydada mövcud olur.
Bu növ sistemlərin tədqiqatı zamanı heç bir qeyri-müəyyənlik olmur. Belə halda
sistemin özünü necə aparacağı əvvəlcədən məlumdur.
Ehtimallı sistemlərdə elementlər və onlar arasındakı əlaqələrin dəyişməsi
ehtimal xarakterlidir, yəni müxtəlif vəziyyətlərdə bu sistemlərin özlərini necə
aparacağı barədə əvvəlcədən fikir söyləmək çətindir. Odur ki, bu növ sistemlər
idarəetmə baxımından xüsusi maraq doğurur və praktikada bunlara daha çox
təsadüf edilir.
Mürəkkəblik dərəcəsinə görə sistemlər sadə, mürəkkəb və çox mürəkkəb
sistemlərə bölünür.
Sadə sistemlər qarşılıqlı əlaqədə fəaliyyət göstərən az sayda elementlərdən
ibarət olub, şaxələnməyən quruluşa malikdir. Bu cür sistemlər və onlardakı
dəyişikliklər asanlıqla təsvir oluna bilər.
Mürəkkəb sistemlər qarşılıqlı əlaqədə fəaliyyət göstərən çoxsaylı
elementlərdən ibarət olub, şaxələnən quruluşa malikdir və daha mürəkkəb
funksiyaları yerinə yetirir. Hər hansı bir elementin və ya əlaqənin dəyişilməsi
sistemin bir çox elementlərinin dəyişilməsinə səbəb olur.
Çox mürəkkəb sistemlər elə sistemlərdir ki, onların vəziyyətini bu və ya
başqa səbəblərə görə tam şərh etmək mümkün olmur. Buna ölkənin
iqtisadiyyatını, fermerlərin fəaliyyətini və insan beynini misal göstərmək olar.
Sistemlər fasiləsiz (analoq sistem) və diskret (impuls) olur. Sistemin
fəaliyyət göstərdiyi müddət ərzində giriş siqnallarının təsiri fasiləsiz olarsa, onda
belə sistemə fasiləsiz sistem deyilir. Giriş siqnallarının təsiri ara bir olarsa, onda
belə sistemə diskret sistem deyilir.
Sistemin elementlərini öyrənən və onlar arasında əlaqəni formalaşdıran
zaman, adətən sistemin “girişi” və “çıxışı” anlayışlarından istifadə edilir.
Sistemin girişi vasitəsilə xarici aləmdən (başqa elementlər vasitəsilə)
sistemə, çıxışı vasitəsi ilə isə xarici aləmə (başqa elementlərə) təsir edilir.
Sistemin elementində xarici təsiri xarakterizə edən kəmiyyət giriş kəmiyyəti
(vəziyyəti), çıxışın vəziyyətini əks etdirən kəmiyyət isə çıxış kəmiyyəti adlanır.
Məsələn, istehsal prosesini davam etdirmək üçün müəssisə giriş vasitəsilə xarici
aləmdən maddi ehtiyatlar - xammal, yanacaq, yarımfabrikatlar, avadanlıq və s.
alır, çıxışı vasitəsilə isə istehsal etdiyi məhsulu özündən kənarlaşdırır (xarici aləmə
təsir edir).
Qeyd etmək lazımdır ki, uzun müddət sistemin girişi (daxil olan xammalın,
avadanlığın miqdarı, çeşidi, müddəti) və çıxışı (satılacaq malın haraya, hansı
qaydada və nə zaman satılması və s.) dəqiq müəyyən edilmirdi. Kibernetika
elminin nailiyyətləri əsasında bu məsələ artıq müəyyən edilmək üzrədir.
|