İ N F O R M A T İ K A
____________________________________________________________
146
Xarici görkəminə görə Bluetooth portu infraqırmızı portdan az fərqlənir. Hər
iki qurğu müasir noutbuklara quraşdırılmışdır. İnfraqırmızı port tünd qırmızı şüşə
formasindadır. Bluetooth-un noutbuka quraşdırılmasını notbukun gövdəsindəki
xüsusi işarə təsdiqləyir.
TV-TÜNER
Qurğu kompüterdə televiziya proqramlarına baxmaq üçün istifadə olunur.
Praktiki olaraq bütün TV-tünerlər televiziya kabelinə qoşulmaqdan ötrü antena
çıxışına malikdir. Bəzi hallarda analoq videokameralardan video siqnallarının
tutulması və ya DVD-lərə informasiyanın yazılması üçün TV-tünerlərdən istifadə
edilir.
Xarici TV-tüner
Müxtəlif quruluşlu TV-tünerlər (Pinnacle, PCTV, FlyVideo, AverMedia,
Beholder) mövcuddur. İstifadəçilər daxili və xarici tünerlərdən də istifadə edirlər.
Daxili tünerlər noutbukun daxilinə birbaşa yuva vasitəsilə quraşdırılır.
Dostları ilə paylaş: