İ N F O R M A T İ K A
____________________________________________________________
208
Şəkil 9. Müəyyən edilmiş əlavələrin tam siyahısı
Bu siyahıda proqram əlavələrindən başqa, nişanlı qovluqlar da vardır. Nişanlı
qovluqlar ya proqram əlavələrini, ya da digər qovluqları saxlayır. Qovluğun adı
üzərinə mausun oxunu gətirib sol düyməni sıxdıqda qovluğun içindəkilərin siyahısı
ekrana açılır. Məsələn, 10 saylı şəkildə Accessories (Стандартные-Təhcizatlar)
qovluğuna sıxmaq nəticəsində ekrana altmenyunun açılması göstərilmişdir.
Proqram əlavəsini işə buraxmaq üçün onun adına və ya piktoqramına
sıxmaq lazımdır. Proqram əlavəsi işə düşən kimi əsas menyu avtomatik olaraq
ekranın zəmininə (arxasına) keçir.
Əsas menyuda proqram əlavələrinin siyahısından başqa digər panellər
(düzbucaqlı sahələr) də vardır.
İ N F O R M A T İ K A
____________________________________________________________ 209
Şəkil 10. Accessories (Стандартные-Təhcizatlar) qovluğuna daxil olan əmrlər
siyahısı
Proqram əlavələri siyahısının sağ tərəfində bəzi faydalı funksiyaları ekrana
çağıran əmrlər siyahısı yerləşir.
Onları ayrıca nəzərdən keçirək.
Documents (Документы-Sənədlər) - Windows 7-nin istifadəçi üçün
avtomatik
surətdə
yaratdığı
Documents
(Документы-Sənədlər)
qovluğunun içindəkiləri göstərən pəncərəni açır. Burada elektron
sənədlərinizi (mətn fayllarınızı, cədvəllərinizi) saxlaya bilərsiniz;
(Изображения-Təsvirlər) – Windows 7-nin Sizin üçün avtomatik surətdə
yaratdığı (Изображения-Təsvirlər) qovluğunun içindəkiləri göstərən
pəncərəni açır. Burada müxtəlif təsvirləri, məsələn foto şəkilləri saxlaya
bilərsiniz;
Music (Музыка-Musiqi) - Windows 7-nin Sizin üçün avtomatik surətdə
yaratdığı Music (Музыка-Musiqi) qovluğunun içindəkiləri göstərən
pəncərəni açır. Burada müxtəlif musiqi əsərləri yazılmış faylları saxlaya
bilərsiniz;
|