İ N F O R M A T İ K A
____________________________________________________________ 257
Əməliyyat sistemi səhvən yazılmış müxtəlif sözlərin altından müxtəlif rəngli
(qırmızı, yaşıl və s.) xətt çəkməklə verdiyi xəbərdarlıqlardan əlavə avtomatik
olaraq sözlərdə buraxılmış səhvləri düzəldə, səhvən kiçik hərflə başlamış cümlənin
baş hərfini böyük hərfə dəyişə, “” işarələrini «» işarələri ilə əvəz edə, defisi tireyə
çevirə bilər və s.
Yazılış qaydasının yoxlanması rejimini qoşub-açmaq imkanı vardır. Bunun
üçün (Рецензирование-Resenziya vermək) qoşmasından (Правописание-
Düzgün yazılış) əmri seçilməlidir. İş masasına açılan dialoq pəncərəsində yazılış
qaydasının yoxlanmasına aid parametrlər toplanmışdır (şəkil 46.).
Sənədin səviyyəli tərtibatı üçün (Рецензирование-Resenziya vermək)
qoşmasından
(Тезаурус-Tezaurus) əmrini seçməklə əmrin müxtəlif imkanlarından
istifadə etmək olar.
Dostları ilə paylaş: