İ N F O R M A T İ K A
____________________________________________________________ 339
Şəkil 135. View (Вид-Görünüş) düyməsindən istifadə nəticəsində ekrana açılmış
rejimlər toplusu
Proqram istifadəçiyə verilənlərin əks olunması üçün filtrlərdən
(süzgəclərdən) istifadə etməyə imkan verir. Bu funksional imkan əsasən
istifadəçinin böyük həcmə malik informasiya ilə işlədiyi zaman yardımçıdır. Əgər
istifadəçi hər hansı bir şərt süzgəcindən istifadə etmək istəyirsə, onda o, mausun
oxunu hazırladığı cədvəlin uyğun sütununun üzərinə gətirib sol düyməni sıxmalı
və ekrana açılmış kontekst (dinamik) menyudan (Текстовые фильтры-Mətn
süzgəcləri) altmenyusunu seçməlidir. Altmenyu özündə bir neçə əmri -
süzgəclərin düzülüşünü və istifadə edilmə ardıcıllığının istiqamətini birləşdirir.
Verilənlər bazasına öncədən quraşdırılmış süzgəci ləğv etmək lazım gəldikdə,
istifadəçi ekrana açılmış dinamik menyudan (Снять фильтр-Süzgəci ləğv et)
əmrini seçməlidir.
VERİLƏNLƏRİN İMPORT VƏ EKSPORT EDİLMƏSİ
Öndə qeyd olundu ki, Microsoft Access əməliyyat sisteminin yaradılmış
verilənlər bazasını import və ya eksport etmək imkanı vardır. Məsələn, verilənlərin
Excel elektron cədvəlinə import edilməsi üçün (Внешные данные-Xarici
İ N F O R M A T İ K A
____________________________________________________________
340
verilənlər) qoşmasındakı (Импорт-İmport) sahəsindəki Excel düyməsini sıxmaq
lazımdır. Nəticədə iş masasına 136 saylı şəkildə verilmiş dialoq pəncərəsi açılacaq.
Şəkil 136. (Импорт-İmport) sahəsindəki Excel düyməsinin sıxılması ilə açılmış
Excel pəncərəsi
Pəncərədəki File name (Имя файлa-Faylın adı) sahəsi verilənlərin import
ediləcək fayla yolunu göstərir. Bu məqsədlə sahənin sağ tərəfindəki (Обзор-
Baxış) düyməsini sıxmalı və Windows ənənəsinə uyğun olaraq import ediləcək
fayla yolu müəyyənləşdirmək lazımdır.
Microsoft Access 2007 əməliyyat sistemi istifadəçiyə import ediləcək
verilənin import olunma üsulunu seçmək imkanı da verir.
Bu məqsədlə 136 saylı pəncərədə verilmiş düyməcikləri ((Импортировать
данные источника в новую таблицу в текущей базе данных-Cari verilənlər
bazasındakı verilənləri yeni cədvələ import etmək) düyməciyi, (Добавить копию
записей в конец таблицы-Qeydiyyatların surətinin cədvəlin sonuna əlavə
edilməsi) düyməciyi və (Создать связанную таблицу для связи с источником
данных-Mənbə verilənləri ilə əlaqə yaradacaq cədvəlin yaradılması) düyməciyi
nəzərdə tutulur) növbə ilə aktivləşdirmək lazımdır. Beləliklə, import ediləcək faylın
import olunma üsulu secildikdən sonra OK düyməsini sıxmaq lazımdır. Bununla
yanaşı Access proqramının köməkliyi ilə eksport olunacaq fayllarında eksport
olunma üsullarını seçmək mümkündür.
|