İnformatika


Mövqeyli və mövqeysiz say sistemləri



Yüklə 0,74 Mb.
səhifə3/4
tarix20.11.2023
ölçüsü0,74 Mb.
#164330
1   2   3   4
informatika

3. Mövqeyli və mövqeysiz say sistemləri

Mövqeysiz say sistemlərində rəqəmlər ədədin yazılışındaki yerindən (tutduğu mövqedən) asılı olmayaraq həmişə eyni bir ədədi ifadə edir. Bu gün də istifadə olunan roma say sistemi mövqesiz say sistemidir. Bu say sistemində rəqəmlər latın əlifbasının hərfləri ilə işarə edilir. Çoxrəqəmli ədədlər rum rəqəmləri ilə cədvəldə verilən latin hərfləri vasitəsilə yazılır. Rum rəqəmlərinin yazılışında və oxunuşunda aşağıdakı qaydalar gözlənilməlidir:

1.Ədədlərin yazılışında eyni rəqəm bir-birinin ardınca üç dəfədən çox yazıla bilməz.

2.Ədədləri oxumaq üçün hərflərin ifadə etdiyi ədədlər toplanılır və ya çıxılır.

3.Ədədlərin yazılışında V,D və L rəqəmləri təkrarlana bilməz.

İstifadə etdiyimiz onluq say sistemi Mövqeyli say sistemidir. Mövqeyli say sistemlərində ədədlər sağdan sola mərtəbələrə bölünür,ədədin rəqəmləri yazıldığı mərtəbədən asılı olaraq qiymətini dəyişir. Onluq say sistemində hər bir mərtəbənin on vahidi özündən yüksək növbəti mərtəbənin bir vahidini əmələ gətirir.

Kompüterə ikilik say sistemi daha uyğun gəlir.

İkilik say sistemində iki rəqəmdən (0 və 1) istifadə olunur.

4. Komputerin proqram təminatı

Kompüterin proqram təminatı kompüter sisteminin ayrılmaz bir hissəsi olub, kompüterin texniki təminatının məntiqi davamını təşkil edir. Kompüterin konkret tətbiq sahəsi onun proqram təminatı ilə müəyyən olunur. Komputerdə olan bütün proqramlarışərti olaraq üç sinifə ayırmaq olar: 1.Sistem proqramları 2.Tətbiqi proqramlar 3.Proqramlaşdırma alətləri

Sistem proqramları. Sistem proqramları kompüterin resurslarını– mərkəzi prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür. Onlar bütün istifadəçilər üçün nəzərdə tutulmuş proqramladır. Kompüterin sistem proqramları elə hazırlanır ki, tətbiqi proqramlar səmərəli işləyə bilsin. Sistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer tutur, sistem proqram təminatının əsasını əməliyyat sistemi təşkil edir. O, fərdi komputerlərin vacib elementlərindən biridir. 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin