Tətbiqi proqramlar. İnsan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələlərini həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. İndiki zamanda fərdi komputerlər üçün yüz minlərlə tətbiqi proqramlar işlənib hazırlanmışdır. Onlardan ən çox istifadə olunanlar bunlardır: mətn redaktorları,nəşriyyat sistemləri,qrafik redaktorlar vs.
Proqramlaşdırma alətləri. Bu sinfə aid olan proqramlar sistem və tətbiqi proqram təminatını yaratmaq üçün nəzərdə tutulmuşdur. Proqram təminatının hazırlanması üçün Basic, C++, Pascal və b. Proqramlaşdırma dillərindən istifadə olunur. Dünyanın bir çox təhsil müəssisələrində uşaqlara proqramlaşdırmanın əssaslarını öyrətmək üçün LOGO dilindən istifadə olunur.