İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə132/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   156
nformatikanin saslari

Verilən modelləri


İxtiyari verilənlər bazasının idarə edilməsi sistemləri (VBİS) müəyyən verilən modeli ilə işləyir. Verilən modeli dedikdə, verilənlərin strukturlaşdırılması qaydaları çoxluğu nəzərdə tutulur. Əgər VBİS bir neçə modellə işləyirsə, bu, multimodelli sistem adlanır.
Verilən modeli bir tərəfdən, predmet oblastının verilən bazasında təzahür vasitəsidir və buna görə də o, özünü metainformasiya kimi təqdim edir. Digər tərəfdən, verilənlərin VBİS tərəfindən idarə edilməsi mexanizmi kimi çıxış edir. Müasir anlamda verilən modeli predmet oblastının modelləşdirilməsi instrumentidir. Halbuki əvvəllər bu anlayış yalnız verilənlərin quruluşunu təsvir edirdi. İlk verilən modelləri qraf modelləri idi. Bunlar ya şəbəkə, ya da iyerarxik (ağacşəkilli) quruluşları ifadə edirdilər. Hal-hazırda relyasiyalı (iqtibaslı) modellər daha geniş tətbiq edilir.

190
Qraf modellərinin ən mühüm komponenti naviqasiya (axtarış) aparatıdır. Naviqasiya aparatı üzərində manipulyasiya (dəyişdirmə) əməli aparılacaq verilənləri (bunlara cari verilən deyilir) identifikasiya etmək (adlandırmaq) və idarəni struktur üzrə həmin verilənlərə yönəltmək üçündür. CODASİL şəbəkə modelində naviqasiya aparatı kifayət qədər mürəkkəbdir. Bu modeldə aşağıdakı tipik əməllər icra edilir:



Verilmiş məlumat yığımının növbəti yazısına keçilməsi; Carı yazıların emal üçün götürülməsi;
Cari yazıların dəyişdirilməsi (təzələnməsi, əvəzlənməsi və s.); Yazının VB-də yadda saxlanması;
Yazının yığıma əlavə edilməsi; Yazının yığımdan silinməsi;
Cari yazının VB-dən silinməsi və s.
Bu əməllər iyerarxik modellərdə də icra edilir.
1970-ci illərdən geniş tətbiq edilən relyasiyalı modellər cədvəllər çoxluğu şəklində qurulur.
Sözügedən modellərin xarakterik xüsusiyyəti verilənə sərbəst mücərrəd obyekt kimi baxılmasıdır. Yəni, verilənin məzmunu və əlaqələri VB-dən kənarda qalır. 1970-ci illərdən semantik modellərin yaradılmasına başlanıldı. Bu modellər verilənin məzmunu və əlaqələrini də VB-yə daxil etməyi nəzərdə tuturdu. Lakin bunlar geniş tətbiq tapmadı. 1980-ci illərin sonunda obyekt-istinad proqramlaşdırmasının uğur qazanması ilə verilənlərin obyekt modelləri meydana çıxdı. 1993-cü ildə ilk obyekt modeli ODMG-93 (Objekt Data Management Group) yaradıldı və ODMG 3.0 versiyası 2000-ci ildə ən yaxşı model kimi bəyənildi. Müasir kommersiya VBİS-lərinin əksəriyyətində obyekt- relyasiya modellərindən istifadə edilir. Bu modellər 1999-cu ildə təklif edilmiş SQL dilinin yeni versiyası əsasında yaradılmışdır.
Obyekt modellərinin mərkəzi anlayışı obyektdir. Obyekt müəyyən vəziyyətdə olandır. Obyektin vəziyyəti atributlar çoxluğu ilə təyin edilir. Obyekt bir vəziyyətdən digər vəziyyətə keçməklə müəyyən davranış nümayiş etdirəndir. Obyektin davranışı əməllər sırası ilə təyin edilir. Obyekt fərdidir və özünəməxsus identifikatorla ifadə edilir. Obyektin vəziyyəti dəyişsə də identifikatoru dəyişmir.
Hal-hazırda çoxölçülü modellər də geniş tətbiq edilir. Bu modellərdə verilən çoxölçülüdür. Yəni, bir əsas rekvizitə əlamət rekvizitləri zənciri qoşulur.
Bunlarla yanaşı, mahiyyət-əlaqə modelləri də vardır ki, bunlar da avtomatlaşdırılmış layihələşdirmə sistemləri mühitində geniş istifadə edilir.



      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin