Hər şeydən əvvəl qeyd edək ki, İnternetin digər informasiya servisləri kimi, Veb-in arxitekturası da ―müştəri – server‖ prinsipinə əsaslanır. Sistemin informasiya resursları Veb-serverlərdə hipermətnvə ya hipermediyaformasında saxlanır. Veb-serverin infor- masiya resursları həm öz aralarında, həm də digər serverlərdəki resurslarla hiperiqti-baslarlaəlaqələndiklərindən, qlobalinformasiyahiperməkanıyaranır. Veb-serverlərdəki informasiya resurslarının hipermətn təqdimatı (veb-səhifələr) və multimediya resursları (şəkillər, audio-video verilənlər və s.) HTML dilinə əsaslanır.
Beləliklə, Veb - bircins olmayan (hipermətn+multimediya) qlobal paylanmış infor- masiya sistemidir.
Veb-müştərilərinin proqram təminatı veb-brauzer adlanır. Veb-brauzer istifadəçiyə sorğu vermək imkanı yaratmaqla yanaşı, həm də cavabı öz kompüterinin ekranında almağa, çap etməyə, öz diskində saxlamağa, Veb-in paylanmış informasiya resursları fəzasında hiperiqtibaslar üzrə naviqasiya aparmağa şərait yaradır.
Veb-in instrumental vasitələri istifadəçi ilə veb-server arasında əks-əlaqə yarat- maqla, müəyyən proqramların serverdə icrasına nail olmaq imkanı da yaradır. Bu halda server nəticəni münasib formaya salaraq istifadəçi kompüterinin ekranına çıxarır. Bu prinsip paylanmış VB-yə telekommunikasiya vasitələri ilə müraciət zamanı geniş tətbiq edilir.
Veb-in informasiya resursları
Veb-in informasiya resursları hipermətn konsepsiyasına əsasən təşkil edilir. Bu konsepsiyanın məğzi ondan ibarətdir ki, Veb mühitində təqdim edilən sənədlər əlahiddə
və bölünməz tam deyildir. Burada informasiya resursu vahidi kimi həm bütövlükdə sənəd, həm də onun əvvəlcədən işarələnmiş fraqmentləri götürülə bilir. Bundan əlavə, veb-serverdə sənədlər və ya fraqmentlər arasındakı hiperiqtibaslar əvvəlcədən təyin edilmiş şəkildə olur. Bu qayda ilə sənədlərin mürəkkəb strukturu yaradılır. İstifadəçi istədiyi sənədə və ya fraqmentə istədiyi ardıcıllıqla baxa bilir.
Hipermətn dedikdə, bir-biri ilə hiperiqtibas adlanan məzmun əlaqələri olan sənədlər çoxluğu nəzərdə tutulur. Hipermətn elə mürəkkəbstrukturlaşdırılməşmətndirki, onun strukturu istifadəçiyə görünür. Hipermətnlə işləmək üçün veb-brauzer adlanan proqramdan istifadə edilir. Adi mətn xətti quruluşlu olduğundan, ona əvvəldən-axıra və ya axırdan-əvvələ ardıcıl baxmaq olar. Lakin hipermətn qeyri-xətti quruluşludur. Buna görə hipermətnə istənilən qaydada baxmaq mümkündür. Bu xassəsinə görə, hipermətn elektron lüğətlərin, ensiklopediyaların, dərsliklərin və s. qurulması üçün çox səmərəlidir.
Hipermətn ideyası ilk dəfə ABŞ prezidenti T. Ruzveltin elm üzrə məsləhətçisi V. Buş tərəfindən irəli sürülsə də, yalnız 20 il sonra, 1965-ci ildə amerika alimi T.Nelson tərəfindən reallaşdırıldı.