Dim intЧислоAs İnteger, strСтрока AsString.
Proqramın icrası gedişində qiyməti dəyişməyən dəyişənə sabit deyilir. Bu, belə elan edilir: Const ИмяКонстанты [As Тип] = ЗначениеКонстанты.
Hesabi, sətri və məntiqi ifadələr. Mənimsətmə
Dəyişənlərdən hesabi, sətri və məntiqi ifadələr yaratmaq mümkündür.
Hesabi ifadələr. Hesabi ifadələrin tərkibinə ədədi dəyişənlərlə yanaşı, həm də bilavasitə ədədlər daxil ola bilər. Dəyişənlər və ədədlər üzərində müxtəlif hesabi əməllər, həmçinin funksiyaların köməyi ilə ifadə edilmiş riyazi əməllər icra edilir. Hesabi ifadələrin
103ədədi dəyişənlər üzərində hesabi əməllər, məntiqi dəyişənlər üzərində məntiqi əməllər və s.
hesablanması ardıcıllığı məlum qayda üzrə, mötərizə daxilində qüvvətə yüksəltmə, vurma, bölmə, toplama və cıxma ardıcıllığı ilə aparılır.
Sətriifadələr.Sətri ifadələrin tərkibinə sətri dəyişənlər, sətrlər və sətri funksiyalar daxil olur. Dırnaq arasında verilmiş ixtiyari simvollar ardıcıllığı sətr adlanır. Məsələn,
―informatika‖, ―2000‖, ―2+2‖.
Sətri dəyişənlər və sərtlər üzərində konkatenasiya104 əməli icra edilir. Konkatenasiya əməli ―+‖ işarəsi ilə təsvir edilir və bunun nəticəsində iki sətir bir sətrə çevrilir.
Məntiqi ifadələr. Məntiqi ifadələrin tərkibinə, məntiqi dəyişənlərlə yanaşı, ədədlər, bir-biri ilə müqayisə edilən105 ədədi və sətri dəyişənlər daxil ola bilər.
Məntiqi ifadələr yalnız iki qiymət ala bilir: ―doğru‖ və ―yalan‖. Məsələn: 5>3 – doğru; 2*2=5 – yalan.
Məntiqi ifadələrin elementləri üzərində məntiqi vurma (And) və məntiqi toplama (Or) əməlləri aşağıdakı kimi icra edilir:
(5>3) And (2*2=5) – yalan (5>3) Or (2*2=5) – doğru
Dəyişənlərə qiymətlərin mənimsədilməsi. Dəyişənin qiymətini mənimsətməoperato- runun köməyi ilə daxil etmək mümkündür. Bu operatorun sintaksisi aşağıdakı kimidir:
[Let] DəyişəninAdı = İfadə
Adətən Let açar sözü yazılmır. Bu sözü = işarəsi əvəz edir.
İndi bu deyilənlərdən istifadə edərək, müxtəlif dəyişənlər üzərində müxtəlif əməllər icra edən ―Dəyişənlər‖ layihəsi tərtib etməyə çalışaq.
Yeni layihə yaratmalı. Qrafik interfeys yaratmaq üçün forma (frm1) üzərində əmr düyməsi (cmd1) yerləşdirməli. Fərz edək ki, proqramda arqument kimi iştirak edən dəyişənlər tam ədədlərdir: (intA) və (intB). Nəticələr mənfi olmayan tam dəyişən: bytC, birqat dəqiqlikli həqiqi dəyişən: sngD və ikiqat dəqiqlikli həqiqi dəyişəndir: dblE.
2. Proqramda istifadə edilmək üçün dəyişənləri elan etməli: Dim intA, intB Asİnteger, bytC As Byte, sngD As Single, dblE As Double. Bundan sonra hadisəvi prosedur hazırlanmalıdır. Bunun üçün obyekt olaraq cmd1 düyməsi, hadisə olaraq düymənin basılması – Click() seçməli.
104 sətri birləşdirmə
105 >, <, =, >=, <= və s.
3. cmd1düyməsinidalbadal2dəfəbasmaqlaProqramkodupəncərəsindəaşağıdakı hadisəvi proseduruhazırlamalı:
Subcmd1_Click()
End Sub
İndi A ədədini B-yə bölən alqoritmi reallaşdıran proqram modulunu işləyib hazırlamaq lazımdır:
intA və intB parametrlərinə konkret qiymətlər verməli;
Bölmənin nəticəsini bytC, sngD və dblE dəyişənlərinə mənimsətməli;
Nəticələri, yəni, bytC, sngD və dblE dəyişənlərinin qiymətlərini formada çap etməli.
Proqram kodu pəncərəsində ilk hadisəvi proseduru aşağıdakı şəkildə tərtib etməli: