İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə84/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   156
nformatikanin saslari

Fayla aparan yol. Lazımi faylı tapmaq üçün müəyyən yol keçmək tələb olunur. Məsələn, C:\GAMES\CHESS\chess.exe. Bu, o deməkdir ki, şahmat proqramı vinçesterdə (C:) yerləşən oyun (GAMES) kök kataloqundakı şahmat (CHESS) kataloqundadır. Faylın adı göstərilən yola faylın bitkin adı deyilir.
Fayl sisteminin qrafik interfeysin köməyi ilə təqdim edilməsi. MS-DOS-un iyerarxik fayl sistemi (kataloq və faylları) Windows qrafik interfeysində qovluq və sənədlər sistemi kimi təsvir edilir. Lakin MS-DOS-da başlanğıcda kök kataloq, Windows-da işə İşçi stol dayanır. Bundan sonra Mənim kompüterim, Səbət, Şəbəkə əhatəsi yerləşir.
Mənim kompüterim qovluğu kompüterin resurslarını əks etdirir. Fayllar üzərində əməllər. Fayl üzərində aşağıdakı əməllər icra edilir: üzköçürmə (faylın nüsxəsi başqa kataloqa yerləşdirilir);
yerdəyişmə (faylın özü başqa kataloqa yerləşdirilir); silmə (faylın kataloqdan silinməsi);


138 çevik, sərt və ya lazer diskində
139 cəmi bir neçə yüz
addəyişmə (faylın adı dəyişdirilir).
Windows qrafik interfeysi fayllar üzərində aparılan əməlləri Drag&Drop141 meto- dundan istifadə etməklə mış vasitəsilə də icra etməyə imkan verir.
Windows qrafik interfeysi həm də MS-DOS-da işləmək imkanını saxlayır. Bunun üçün seans MS-DOS-a keçmək kifayətdir.


      1. Disklərin məntiqi quruluşu


Diskin formatlaşdırılması. İnformasiyanı diskə yazmaq üçün əvvəlcə disk format- laşdırılmalıdır. Bu isə o deməkdir ki, disk həm fiziki, həm də məntiqi quruluşa malik olmalıdır. Diskin fiziki strukturlaşdırılması onun üzərində konsentrik cığırlar açmaqdan və onları cektorlara bölməkdən ibarətdir.
Çevik diskin məntiqi quruluşu. Maqnit diskinin məntiqi quruluşu dedikdə, 512 baytlıq həcmə malik olan nömrələnmiş sektorlar məcmusu nəzərdə tutulur. Sektorlar 0-cı cığırın 1-ci sektorundan başlayaraq sonuncu cığırın son sektorunadək ardıcıl nömrələnir. Sektor – çevik diskdə ünvanlaşdırılmış minimal elementdir. Fayl sektorların tam sayına yazılır. Yəni ən kiçik fayl 1 sektor yer tutursa, ən böyük fayl da diskdəki sektorların sayı qədər yaddaş zəbt edir. Fayl sektorlara ixtiyari qaydada yazılır. Faylı adına görə tapmaq üçün diskdə xüsusi kataloq vardır ki, bu da fayllar barədə verilənlər bazası rolunu oynayır.
Fayl haqqındakı yazı faylın adından, faylın yazıldığı birinci sektorun ünvanından, faylın həcmindən və yaradıldığı tarixdən və vaxtdan ibarətdir. Faylın yerləşdiyi sektorlar barədə bitkin informasiya FAT142 deyilən xüsusi cədvəldə əks etdirilir143. Bu cədvəldə faylın yerləşdiyi sektorların nömrələri yazılır. Sonuncu nömrədən sonra faylın sonunu göstərən işarə yerləşir. Çevik diskdəki verilənlər bazasında və FAT cədvəlində kataloqlar üçün 2-ci sektordan 33-cü sektoradək yer ayrılır. 1-ci sektor əməliyyat sisteminin yükləyici yazısı üçündür. Fayllar 34-cü sektordan başlayaraq yerləşdirilir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin