İngilis dilində



Yüklə 3.39 Mb.
Pdf просмотр
səhifə1/17
tarix22.05.2017
ölçüsü3.39 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

 
Hamlet Isaxanlı 
 

 
İngilis dilində  .........................................................................  102 
Rus dilində  .............................................................................  105 
Avropa və Şərq dillərində ......................................................  111 
Prof. Hamlet İsaxanlı haqqında məqalələrin əlifba 
göstəriciləri .............................................................................  112 
Azərbaycan dilində ................................................................  112 
İngilis dilində  .........................................................................  121 
Rus dilində  .............................................................................  122 
Avropa və Şərq dillərində  .....................................................  124 
 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 

 
XƏZƏR UNİVERSİTƏSİ 
KİTABXANA İNFORMASİYA MƏRKƏZİ 
 
 
 
 
HAMLET İSAXANLI  
 
 
 
 
ALİM 
 
QURUCU 
 
ŞAİR 
 
 
 
 
BİBLİOQRAFİYA  
 
 
 
 
 
Xəzər Universitəsi Nəşriyyatı 
B a k ı - 2 0 1 0  
 

 
Hamlet Isaxanlı 
 

 
Redaksiya heyəti: 
Tatyana Zaytseva, Ph.D.  
İsaxan İsaxanlı, Ph.D. 
 
 
 
Lyudmila Sotova 
 
Tərtibçi:  
 
Səbinə Əlimərdanova 
 
Tərcüməçilər:   
Eldar Şahgəldiyev, Ph.D. 
Hafiz Əliyev 
 
Korrektor:                   Martha Lawry 
 
Dizayn:                        Rafiq Əbdülrəhimov 
 
Kompyuter işi:           Zakir Yusifoğlu 
 
 
 
Hamlet İsaxanlı: Biblioqrafiya. Alim, Qurucu, Şair. 
Bakı: Xəzər Universitəsi nəşriyyatı, 2010, 247 səh. 
ISBN 978-9952-20-048-5 
 
1. Hamlet Abdulla oğlu İsaxanlı (İsayev) – 1948. – 
Biblioqrafiya. 2. Riyaziyyatçı – Biblioqrafiya. 3. Qurucu – 
Biblioqrafiya. 4. Şair – Biblioqrafiya. 
016.378-dc22 
 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 

 
İçindəkilər
 
 
Tərtibçidən .............................................................................  
 
Hamlet Abdulla oğlu İsaxanlı (İsayev) ...............................  7 
Riyaziyyat................................................................................  8 
Humanitar və sosial elmlər üzrə tədqiqatları. Poetik və      
bədii-publisistik yaradıcılığı ..................................................  10 
Təhsil islahatları......................................................................  13 
Xəzər Universitəsi (təsis və prinsiplər) .................................  15 
Xəzər Universitəsi (inkişaf)....................................................  17 
İctimai və elmi-təşkilati iş  .....................................................  21 
Şəxsiyyət .................................................................................  23 
Nəsil və ailə  ............................................................................  24 
Hamlet İsaxanlının həyat və fəaliyyəti haqqında 
əsərlər ......................................................................................  26 
Prof. Hamlet İsaxanlının əsərlərinin biblioqrafiyası ........  28 
Əsərlərin xronologiyası..........................................................  28 
Elmi rəhbəri və ya elmi məsləhətçisi olduğu şəxslər və 
dissertasiyalar.........................................................................  66 
2010 ildə çapa qəbul edilmiş kitab və məqalələr...............  69 
Hamlet İsaxanlı - Elm və sənət məclisi.№ 11-20 
Hamlet İsaxanlı - Elm və sənət məclisi.№ 21-30 
Hamlet İsaxanlı - Elm və sənət məclisi.№ 31-40 
Prof. Hamlet İsaxanlı aşağıda sadalanan jurnaların     
təsisçisi, redaktoru və ya redaksiya heyətinin üzvüdür....  72 
Prof. Hamlet İsaxanlı haqqında əsərlərin  
biblioqrafiyası........................................................................  74 
Əsərlərin xronologiyası..........................................................  74 
Prof. Hamlet İsaxanlının çap olunmuş əsərlərinin və 
redaktoru olduğu əsərlərin əlifba göstəriciləri ..................  92 
Azərbaycan dilində.................................................................  92 

 
Hamlet Isaxanlı 
 

 
Riyaziyyat 
 
Hamlet  İsaxanlı  1965-ci  ildə  orta  məktəbi  qızıl  medalla 
bitirib, Azərbaycan (İndiki Bakı) Dövlət Universitetinin mexa-
nika-riyaziyyat fakültəsinə  qəbul olundu  və  1970-ci  ildə oranı 
fərqlənmə  diplomu ilə  bitirdi.  Həmin il o,  (1970-73-cü  illərdə) 
Azərbaycan  Elmlər  Akademiyasının  Riyaziyyat  və  Mexanika 
institutu  tərəfindən  M.V.  Lomonosov  adına  Moskva  Dövlət 
Universitetinin  mexanika-riyaziyyat fakültəsinə  aspiranturada 
oxumağa  göndərildi  və  1973-cü  ildə  “Operator  dəstələrin 
spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda disserta-
siya  işini  müdafiə  edərək,  fizika-riyaziyyat  elmləri  namizədi 
(PhD) alimlik dərəcəsi aldı.  
1973-1983-cü illər ərzində Hamlet İsaxanlı Moskva və Ba-
kıda,  Lomonosov  adına  Moskva  Dövlət  Universitetində,  SSRİ 
Elmlər  Akademiyasının  V.İ.  Steklov  adına  Riyaziyyat  İnstitu-
tunda,  Azərbaycan  Elmlər  Akademiyası  Riyaziyyat  və  Mexa-
nika  İnstitutunda,  Azərbaycan  Dövlət  Universitetində  çalışdı, 
elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul oldu. Sonra 
Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Dövlət 
Neft  Akademiyası)  və  Leninqrad  (indiki  Sankt  Peterburq) 
Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq 
professor və kafedra müdiri kimi fəaliyyət göstərdi. 
Onun Hamlet İsayev imzası ilə Sovet İttifaqı, Amerika Bir-
ləşmiş Ştatları, Böyük Britaniya, Kanada və Almaniya kimi öl-
kələrin  riyaziyyat  üzrə  nüfuzlu  elmi  jurnallarda  və  məcmuə-
lərdə dərc olunan elmi-tədqiqat əsərləri müəllifinə geniş şöhrət 
gətirdi.  O,  1983-cü  ildə  Moskvada  Sovet  Elmlər  Akademiyası 
V.İ.  Steklov  adına  Riyaziyyat  İnstitutunda  “Çoxparametrli 
spektral nəzəriyyənin bəzi məsələləri” mövzusunda dissertasi-
ya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alim-
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 

 
Tərtibçidən 
 
Bu  biblioqrafiya Azərbaycan  Universitetləri  Rektorlar  Şu-
rasının  həmsədri,  Azərbaycan  Özəl  Universitetlər  Assosia-
siyasının  Prezidenti,  Azərbaycan  Respublikası  Prezidenti  ya-
nında  Təhsil  Komissiyasının  üzvü,  Yusif  Məmmədəliyev,  Sə-
məd Vurğun və “Qızıl Qələm” mükafatları laureatı, Xəzər Uni-
versitetinin təsisçisi və hazırki rektoru, fizika-riyaziyyat elmlə-
ri  doktoru,  professor  Hamlet  İsaxanlının  1973-2009-ci  illərdə 
yazdığı əsərlərini əhatə edir. 
Kitaba  həmçinin  Hamlet  İsaxanlının  37  il ərzində yazdığı 
elmi və publisistik yazıları, ölkədaxili və beynəlxalq konfrans-
lardakı  tezisləri,  redaktoru  olduğu  əsərlər,  tərcümələri,  rəh-
bərlik  etdiyi  namizədlik  və  doktorluq  dissertasiyaları  haq-
qında məlumatlar daxil edilmişdir. 
Hamlet  İsaxanlının  elmi,  publisistik  və  poetik  irsinin  bir 
hissəsi özünün təsis etdiyi “Xəzər Xəbər” jurnalında dərc edil-
mişdir. 
Xarakterindən  və  məzmunundan  asılı  olmayaraq  kitaba 
daxil edilmiş bütün materiallar dərc edildiyi dildə və xronoloji 
ardıcıllıqla  verilmişdir.  Kitabdan  istifadəni  asanlaşdırmaq 
məqsədi  ilə  kitabın  sonunda  alimin  yazdığı,  eləcə  də  onun 
haqqında yazılmış yazıların əlifba göstəriciləri verilmişdir. 
Biblioqrafiyada  Hamlet  İsaxanlının  müxtəlif  kitab,  qəzet 
və jurnallarda dərc olunmuş yazılarının tam siyahısını təqdim 
etmək  mümkün  olmayıb.  Bu,  xüsusilə  müəllifin  riyaziyyatla 
əlaqədar olmayan əsərlərinə aiddir. Bununla belə, hazırkı bib-
lioqrafiya müəllifin bizə məlum olan bütün məşhur əsərlərini, 
eləcə  də  artıq  dərc  olunmaq  üçün  təqdim  olunmuş  yazılarını 
özündə əks etdirır. 

 
Hamlet Isaxanlı 
 

 
  
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 

 
“Hər gün, hər saat  
mükəmməlliyə doğru ” 
 
Hamlet İsaxanlı 
 
 
 
 
 
                   
 
 
 
 
Hamlet Abdulla oğlu İsaxanlı (İsayev) 
 
 
Hamlet  Abdulla  oğlu  İsaxanlı  (İsayev)  1948-ci  il  mart 
ayının 1-də Gürcüstan Respublikasında, Qardabani rayonunun 
Kosalı kəndində anadan olmuşdur.  
İsaxanlı  soyadı  onun  poetik  yaradıcılığında  və  humanitar  və 
sosial  elmlər  sahəsində  yazdığı  əsərlərində  işlətdiyi  soyaddır.  Onun 
bütün riyazi əsərləri İsayev soyadı ilə çap olunmuşdur. Hal-hazırda 
o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxalı kimi tanınır. 
Hamlet  İsaxanlı çox  geniş  və  müxtəlif sahələrdə fəaliyyət 
göstərir; onları tam olmasa da sadalayaq – Riyaziyyat, humani-
tar  və  sosial  elmlərin  bir  çox  sahələrində  görülmüş  elmi-
tədqiqat işləri, poetik və digər bədii-publisistik yaradıcılıq, tər-
cüməçi,  maarifçi,  universitə  təsisçisi,  məktəb  (ibtidai,  ümumi 
orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xa-
dim... 
 
 

 
Hamlet Isaxanlı 
 
12 
 
mütəxəssislərin,  qərarverənlərin  və  ümumiyyətlə,  ictimaiyyə-
tin diqqət mərkəzindədir. 
Çox  geniş  maraq  dairəsinə sahib  olan  Hamlet  İsaxanlı öz 
yazılarında  həmçinin  poeziya  və  fəlsəfə,  beynəlxalq  münasi-
bətlər,  tarix,  jurnalistika  və  digər  sahələrin  problemlərini  də 
araşdırır. 
Böyük həvəs və ehtirasla, güc və enerji ilə elmi araşdırma-
lar aparan və quruculuq işləri ilə məşğul olan Hamlet İsaxanlı, 
eyni  zamanda  istedadlı,  görkəmli  şair  kimi  də  həm  Azərbay-
canda,  həm  onun  hüdudlarından  çox-çox  kənarda  çox  tanınır 
və  sevilir.  Azərbaycanda,  Rusiyada,  İranda,  Gürcüstanda  şeir 
kitabları nəşr olunmuş və böyük rəğbət görmüşdür, Çində və 
Türkiyədə şeir kitabları çapa hazırlanmışdır. Üstəlik, o özü də 
məşhur şairlərin əsərlərini ruscadan, ingiliscədən və fransızca-
dan Azərbaycan dilinə ustalıqla tərcümə etmiş, oxucu və mü-
təxəssislərin rəğbətini qazanmışdır; V.A. Jukovskiy, F. Baratın-
skiy,  F.İ.  Tyutçev,  A.Fet,  S.  Yesenin,  N.S.  Qumilev,  A.  Axma-
tova,  A.  Axundova,  G.  Bayron,  Ü.Bleyk,  R.  Herrik,  G.  De 
Nerval kimi şairlər bu sıradandır.  
Hamlet İsaxanlının şeirləri musiqi ilə dolu, ürəyəyatan və 
könülləri ehtizaza gətirəndir. Məhz buna görə də onun şeirləri 
Azərbaycan  bəstəkarlarının  diqqətini  cəlb  edib.  Çoxsaylı  lirik 
və  epik  şeirləri  və  poemaları  əsasında  gözəl  mahnılar  yazılmış 
və  musiqili  tamaşalar  hazırlanmışdır.  Şairin  “Xəzər  Universi-
təm” şeirinə görkəmli bəstəkarlar, xalq artistləri Ramiz Mustafa-
yev və Vasif Adıgözəlov musiqi-himn yazmış, «Xəzərimin sora-
ğında» şeirinə Ramiz Mustafayev, «Hicran» şerinə Vagif Gəray-
zadə,  “Yaşamağa  nə  var  ki?!”  şeirinə  Lütfiyar  İmanov,  «Səni 
sevdim çox sadəcə», «Gözəldir», «Lalə», «İnciçiçəyi», «Külək və 
qız», «Tək qalmaq istəyirəm», «Tez gəlin», «Dünyam» şeirlərinə 
Nailəxanım  İsayeva,  «Baş  açmadım  bu  dünyadan»  və  «Bakı» 
şeirlərinə  Elza  Seyidcahan,  «Görüş  yerimiz»  şeirinə  Cahangir 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 

 
lik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Ko-
mitəsi tərəfindən professor adına layiq görüldü.  
Hamlet  İsayev  yüksək  tədqiqatçı  gücünə,  dərin  və  geniş 
riyazi mədəniyyətə malik alim kimi tanındı və hörmət qazan-
dı.  O,  riyaziyyat  və  tətbiqi  elmlərin öz-özünə qoşma olmayan 
operatorlar  nəzəriyyəsi,  çoxparametrli  spektral  nəzəriyyə, 
birgə  spektrlər  nəzəriyyəsi,  diferensial  tənliklər,  ədədi  oblast-
lar,  iqtisadiyyatın  riyazi  modelləri  kimi  müxtəlif  sahələrində 
dərin  nəticələr  almış  alimdir.  Hamlet  İsayev  müasir  çoxpara-
metrli  spektral  nəzəriyyənin  yaradıcılarından  biri  hesab  olu-
nur.  O,  riyaziyyatın  riyazi fizikadan  qaynaqlanan  bu  çox  mü-
hüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı 
idi.  
Hamlet İsayev Moskva riyaziyat məktəbinin nümayəndəsi 
olmaqla  yanaşı  Birləşmiş  Ştatlar,  Böyük  Britaniya,  Almaniya, 
Kanada,...  elmi  məktəblərin  də uğurlarından  bəhrələndi.  Hələ 
Sovet  “Dəmir  Pərdə”  dövründə  o,  çətinliklərə  baxmayaraq, 
qərb  ölkələri  yalnız  məsafədən,  qiyabi  olaraq  deyil,  dəvətli 
professor  kimi  çalışaraq  da  kəşf  edir,  öyrənirdi.  Sonralar  da 
Avropa,  Amerika  və  Asiyada  yerləşən  müxtəlif  elmi  mərkəz-
lər, akademiya və universitələr onu mühazirələr oxumağa, bir-
gə tədqiqatlar aparmağa, nüfuzlu elmi konfranslarda çıxışa də-
vət etdilər. O da, öz növbəsində xarici həmkarlarını mühazirə-
lər oxumaq və əlaqələri daha da inkişaf etdirmək üçün Moskva 
və Bakıya dəvət etdi. Göründüyü kimi, artıq Sovet dövründə, 
o, beynəlxalq elmi şəbəkə qurmağa nail olmuşdu. 
Hamlet  İsayevin  riyaziyyat  üzrə  tədqiqatlarını  Sovet 
Elmlər  Akademiyası  üzvləri  N.N.  Boqolyubov,  V.S.  Vladimi-
rov,  S.M.  Nikolskiy,  Lenin  mükafatı  laureatları  B.M.  Levitan, 
V.B. Lidskiy, eləcə də A.Q. Kostyuçenko, A.A. Dezin, V.A. Sa-
dovniçiy  (hal-hazırda  Lomonosov  adına  Moskva  Dövlət  Uni-
versitetinin  rektoru),  professor  F.  Atkinson  (Toronto  Univer-

 
Hamlet Isaxanlı 
 
10 
 
sity),  professor  P.J.  Browne  (University  of  Calgary)  və  digər 
görkəmli riyaziyyatçılar yüksək qiymətləndirdilər.  
Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət 
Heyəti  tərəfindən  “ilin  ən  yaxşı  elmi  işləri”  siyahısına  daxil 
edildi.  
 
 
 
 
  
 
 
 
 
 
 
 
Hamlet  İsaxanlı  geniş  sahələrdə  tədqiqat  aparan  və  sanballı 
əsərlər yazan elm və sənət adamıdır; riyaziyyat xaricində də o, 
öz tədqiqat üfüqlərinin genişliyi ilə diqqət çəkir. Elm, təhsil və 
mədəniyyət tarixi, təhsil siyasəti, tərcümə nəzəriyyəsi və tarixi, 
dil  və  ədəbiyyat, və  digər  sahələrdə yüzlərlə  məqalə,  monoq-
rafiya və dərsliklərin müəllifidir.  
Hamlet  İsaxanlının  “Xəzərin  sorağında”  əsəri  həm  Azər-
baycan  daxilində,  həm  də  beynəlxalq  aləmdə  çox  tanındı  və 
oxundu. Çox maraqlı nəql yazı üslubu, yeni ali məktəbin yara-
dılması dövrünə xas olan siyasi və mədəni mühitin, şəxsi və psi-
xoloji məqamların orijinal təsviri, hadisələrin və dövrün sənəd-
ləşdirilmiş  təhlili  bu  kitabı  dəyər-qiymətini  çox  artırır.  Kitabın 
girişində müəllif qeyd edir – “Xəzər universitəsinin yaradılması 
və  inkişafı  ilə  bağlı  gerçəklər  xatirimdə  silinməz  izlər  burax-
 Humanitar və sosial elmlər              
üzrə tədqiqatları.   Poetik və     
bədii-publisistik yaradıcılığı  
 
 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
11 
 
mışdır.  Hadisələri  düşüncəmin  süzgəcindən  keçirərək  olduğu 
kimi tam səmimiyyətlə oxuculara çatdırmaq iddiasındayam”. 
Hamlet  İsaxanlının  tərcümə  məsələləri  dil,  siyasət  və  lü-
ğətçilik işinin təşkili sahəsində xidmətləri xüsusi qeyd edilmə-
yə  layiqdir.  “Poetik  tərcümə  və  mədəniyyətlərarası  ünsiyyət. 
Məhdud  çərçivələr içində xoş  ahəng  və  gözəllik axtarışı”  adlı 
irihəcmli məqaləsi (çox güman ki, hazırlanmaqda olan kitabın 
bir  variantı)  geniş  tərcümə  yolunda  baş  verən  Şərq-Qərb  ün-
siyyətinin  tarixi  və  təhlilinə,  Azərbaycan  türkcəsinə  və  Azər-
baycan türkcəsindən tərcümələrə, poetik tərcümə məsələlərinə 
həsr olunmuş bu əsər yaradıcı tərcümə ilə məşğul olanlar üçün 
mütəxəssislərdən  birinin  qeyd  etdiyi  kimi  “əvəzedilməzdir, 
stolüstü kitabdır, istinad qaynağıdır”.  
Hamlet İsaxanlı 6 cildli “Xəzər İngiliscə-Azərbaycanca Bö-
yük Lüğət”in müəlliflərindən biri və həm redaktorudur. Bu iş 
əsasən  başa  çatdırılmış,  onun  üç
 
cildi  çap  olunmuş,  digərləri 
çapa  hazırlanmaqdadır.  Bu  lüğət,  heç  şübhəsiz,  Azərbaycan 
elmi və mədəniyyətinin ən sanballı uğurlarından biridir.  
Hamlet İsaxanlının iki həmkarı ilə bərabər yazdığı və ün-
siyyət  metoduna  söykənən  «Xaricilər  üçün  Azərbaycan  dili» 
dərsliyi əcnəbilərin  və  müəllimlərin çox  müraciət  etdikləri  bir 
qaynaqdır. 
Hamlet  İsaxanlı  təhsilin  çox  müxtəlif  məsələləri, təhsil si-
yasəti, təhsilin tarixi və fəlsəfəsi sahələrində fəaliyyət göstərən 
ən nüfuzlu alim, maarifçi, yazıçı-publisisit və ictimai xadimlər 
sırasındadır.  Onun  “On  Education  System  in  Transition 
Ecenomy. A View From Azerbaijan” (“Keçid iqtisadiyyatında-
kı  təhsil  sistemi.  Azərbaycandan  baxış”)  və  “Müasir  dünyada 
ali  təhsil  sistemində  nələr  baş  verir”  və  “2008-2012-ci  illərdə 
Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üz-
rə Dövlət Proqramı” necə olsa yaxşıdır?” adlı kitabları və çox-
saylı  məqalələri,  hesabatları  və  müsahibələri  bir qayda olaraq 

 
Hamlet Isaxanlı 
 
16 
 
ma metodu seçildi, müasir idarəetmə üsulları tətbiq edildi, çox 
geniş  və  səmərəli  beynəlxalq  əlaqələr  quruldu,  ən  səviyyəli 
yerli  və xarici  mütəxəssislər  işə cəlb  edildi,  tapşırıq-rüşvət  vi-
rusunun  əmələ  gəlməməsi  üçün  böyük  iş  aparıldı,  ümumiy-
yətlə, ciddi və keyfiyyətli təhsil bu universitetin həyat prinsipi-
nə çevrildi. Nəticədə Xəzər Universiteti tezliklə Azərbaycanda 
və geniş Postsovet-Yaxın Şərq məkanında ən yaxşı ali məktəb-
lərdən birinə çevrildi. 
Hamlet İsaxanlı əsas tədris dili olaraq ingiliscəni seçdi; bu 
qərar  tələbə  və  müəllimlərin  Qərb  ölkələrində  nəşr  olunmuş 
kitab və digər tədris-tədqiqat materiallarından istifadə etməsi-
ni,  tələbə  mübadiləsi  proqramlarını  və  xarici  professorların 
gəlməsini  mühüm  dərəcədə  asanlaşdırmaq,  ümumiyyətlə əta-
lətdən qurtarmaq, yeni düşüncəyə yol açmaq üçün güclü amil 
və vasitə oldu.  
Azərbaycan  ali  təhsilində  ikipilləli  bakalavr-magistr  sis-
teminin bərqərar olmasında, biliyin müasir qiymətləndirilməsi 
üsullarının  hazırlanması  və  tətbiqində  şəxsən  Hamlet  İsaxan-
lının və Xəzər Universitəsinin təcrübəsi mühüm rol oynadı. Öz 
yenilikçi  çalışmaları ilə  Hamlet İsaxanlı  sonralar Bologna  (Bo-
lonya) Prosesi adlanacaq Avropa Ali Təhsil Məkanının (Euro-
pean Higher Education Area) yaradılması ideyasını da qabaq-
ladı;  O,  Azərbaycanın  2005-ci  ildə  bu  prosesə  qoşulmasını 
hazırlayan əsas şəxslərdən biri oldu. 
 
 
 
 
 
 
 
 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
13 
 
Zülfüqarov,  «Qədim  sual»,  «Möcüzə  gecə»,  «Uşaqlıqda  qalan 
buludlar» və digər şeirlərin, həmçinin şairin fəlsəfi şeirlər silsilə-
si  əsasında  qurulmuş  “Ömür  yolu  bircə  andır”  adlı  tamaşaya 
Dilarə  Qulamova  könülaçan  musiqi  bəstələiyblər.  Hamlet  İsa-
xanlının  “Ziyarət”  poemasına  bütövlükdə  musiqi  bəstələyən 
Cavanşir Quliyev şairin on bir şeirini də mahnıya çevirmişdir. 
Bu  və  başqa  mahnılar  və  musiqili  tamaşalar  Brilliant  Dadaşo-
va,  Lütfiyar  İmanov,  Flora  Kərimova,  İlqar  Muradov,  Rəşidə 
Behbudova, Manana Caparidze, Elza Seyidcahan, Samir Cəfə-
rov, Fədayə Laçın, Azərbaycan Dövlət simfonik orkestri və xo-
ru,  “Savalan”,  «Şaron»  və  “Kristal”  qrupları  və  b.  tərəfindən 
ustalıqla ifa olunur, dinləyici və tamaşaçıların ürəyini oxşayır. 
Arif  Babayev,  Alim  Qasımov,  Nəzakət  Teymurova,  Zabit  Nə-
bizadə kimi muğam ustaları da Hamlet İsaxanlı yaradıcılığına 
müraciət etmişlər.  
Hamlet  İsaxanlının  bədii  yaradıcılığı  zəngin  və  çoxşaxə-
lidir. 
 
                                                           
 
 
                                                                        Təhsil islahatları 
 
 
 
 
 
 
Qərb ölkələrində tək elmi-tədqiqatla deyil, elm və təhsilin 
təşkili ilə, Qərb təhsil ocaqlarının müxtəlif cəhətləri ilə də ciddi 
maraqlanan Hamlet İsaxanlı 1980-ci illərin ortalarından Sovet, 
xüsusi halda Azərbaycan ali təhsil sisteminin böhran keçirdiyi-
 

 
Hamlet Isaxanlı 
 
14 
 
ni, onun məna və səbəblərini izah etməyə geniş ictimaiyyətə və 
hökumətə çatdırmağa çalışdı. O, Azərbaycan və rusdilli qəzet-
lərdə  təhsil  sisteminin  dərin  islahatlara  ehtiyacı  olduğunu, 
böhrandan  çıxmaq  və  işlahatların  hansı  istiqamətdə  getməsi 
yollarını göstərən məqalələr yazdı, radio və televiziyada çıxış-
lar etdi.  
Siyasi və iqtisadi böhran içində qovrulan, müharibə şərai-
tində  olan  ölkədə  yeni  ideyalar  yaranır  və  həyata  keçirilirdi! 
Bu işdə çox mühüm rol oynayanlardan biri də Hamlet İsaxanlı 
oldu. 
Hamlet İsaxanlı bütöv təhsil sistemində addım-addım isla-
hat  aparılmasının  vacibliyini  qeyd  etməklə  bərabər,  yeni 
dünyaya,  sürətlə  dəyişməkdə  olan,  qloballaşan  dünyaya
 
uy-
ğun yeni növ ali məktəblərin qurulmasının vacibliyini önə çək-
di. O, yeni yaradılacaq ali məktəblərin təhsil plan-proqramları; 
idarəetmə;  keyfiyyətli  tədris  və tədqiqat;  universitet-sənaye-iş 
dünyası münasibətləri; bilik iqtisadiyyatı və innovasiya; kredit 
qazanma və interaktiv tədrisə əsaslanan tələbə mərkəzli təhsil 
sistemi;  bakalavr,  magistr  və  doktor  (PhD)  dərəcələri  verən 
proqramlar və s. cəhətdən daha çox Birləşmiş Ştatlar universitə 
modelindən  bəhrələnməsini  düzgün  saydı.  Bu  fəaliyyətin  cə-
miyyətin  fəallaşması  və  demokratikləşməsi  yolunda  da  mü-
hüm rol oynayacağını qeyd etdi.  
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
15 
 

Каталог: files -> pdf


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə