İngilis dilində



Yüklə 4.63 Kb.

səhifə2/17
tarix22.05.2017
ölçüsü4.63 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   17

 
                                                                       
Azərbaycanda  təhsil  islahatı  aparılması  yolları  üzərində 
düşünməyə və yazmağa davam edən Hamlet İsaxanlı bu işdə 
əməli surətdə də ciddi iştirak etdi, tamamilə yeni tipli ali mək-
təb yaratmaq qərarına gəldi. 1990-cı ilin payızında başlanan bu 
fəaliyyət  nəticəsində  Azərbaycan  Respublikası  Nazirlər  Kabi-
netinin  1990-cı il  20  dekabr  tarixli  sərəncamı ilə hazırlıq işləri 
aparıldı və 1991-ci il 18 mart tarixli qərarla Xəzər Universitəsi 
(o zamankı adı ilə “İngilisdilli Azərbaycan Universiteti”) yara-
dıldı.  19  tələbə  və  7  müəllimlə fəaliyyətə  başlayan Xəzər  Uni-
versitəsi Azərbaycanın ilk özəl ali məktəbi olmaqla yanaşı keç-
miş Sovetlərdə də rəsmən yaradılmış ilk özəl ali məktəblərdən 
biri idi.  
Hamlet  İsaxanlı  daha  bir  mühüm  fikri  vurğuladı,  dürüst 
ifadə etdi: korrupsiyanın çox geniş yayıldığı, o cümlədən təhsil 
sisteminin canına daraşdığı bir ölkədə çox ciddi, çox təmiz işlə-
yən  keyfiyyətli  təhsil  verən  ali  məktəbin  qurulması  həyati 
vacibdir  və  mümkün  işdir.  O,  öz  get-gedə  artan  və  güclənən 
fəaliyyəti ilə keçid iqtisadiyyatına malik ölkələrin təhsil sistemi 
sahəsində  həm  nəzəri  məsələlərdə,  həm  quruculuq  işlərində 
bir lider olaraq tanındı.  
Hamlet  İsaxanlının  yaratdığı  təhsil  ocağında  onun  bila-
vasitə  rəhbərliyi  ilə  tədris  proqram-planları  Qərb  standart-
larına  uyğunlaşdırıldı,  tədris  modeli  olaraq  tələbənin  fərdi 
yolla inkişafını təmin edən “tələbə mərkəzli” çevik kredit yığ-
 
Xəzər Universitəsi 
(təsis və prinsiplər) 
 

 
Hamlet Isaxanlı 
 
20 
 
nəlxalq  layihələr  və  bölgə  ilə  bağlı  proqramlar
 
həyata  keçirir, 
ölkəmizin  və  geniş  bölgənin  elmi-iqtisadi-siyasi-mədəni  inki-
şafı üçün zəruri olan məsələlər ətrafında tədqiqatlar aparırlar. 
Hamlet İsaxanlı Xəzər Universitəsi nəzdində nəşriyyat və 
mətbəə də qurmuş, dərslik, elmi və bədii ədəbiyyatın nəşri sa-
həsində  də  uğurlu  fəaliyyət  görtərməkdədir.  Üç  elmi  jurnal 
(“Journal of Azerbaijani Studies” - “Azərbaycan Araşdırmaları 
Jurnalı”, “Khazar Journal of Mathematics” – “Xəzər Riyaziyyat 
Jurnalı”, “Azərbaycan Arxeologiyası” və üç dilli (Azərbaycan-
ca, ingiliscə və rusca) elmi-populyar “Xəzər-Xəbər” dərgisi də 
bu nəşriyyatda çap olunur. Xəzər Universitəsi nəşriyyatı həm-
çinin Azərbaycan Respublikasında İSBN və İSMN kimi beynəl-
xalq kitab və musiqi əsərlərinin standartlaşdırma-kodlaşdırma 
mərkəzidir.  
Gəncliyin  cazibə  mərkəzi  olan  Xəzər  Universitəsi  yaran-
dığı gündən həm də mədəniyyət, incəsənət və idman ocağıdır. 
Tələbələrin  idmana  olan  təbii  marağını  təmin  etmək  üçün 
Hamlet İsaxanlı Xəzər Universitəsi idman klubunu təsis etmiş, 
futbol,  basketbol,  şahmat  və  digər  sahələrdə  uğur  qazanan, 
yüksək liqada və beynəlxalq yarışlarda çıxış edən komandalar 
yaratmışdır.  
Xəzər universitəsinin Mahnı və Rəqs ansamblı öz peşəkar-
lığı və məlahəti ilə Azərbaycanda və xaricdə - Qafqazda, Avro-
pada, Yaxın Şərqdə səhnəyə çıxmalarından asılı olmadan ürək-
ləri fəth edirlər. 
1998-ci  ildə  Hamlet  İsaxanlı  Xəzər  Universiteti  nəzdində 
“Dünya” məktəbini yaratdı. Üç yaşdan başlayaraq orta məktə-
bi  bitirənə  qədər  uşaq  və  gənclərin  təlim-təhsil-tərbiyəsi  ilə 
məşğul  olan  bu  məktəb  ciddi  uğurlar  qazanmış,  ölkədə  ən 
sevilən,  arzu  olunan  təhsil  ocağı  kimi  tanınmışdır.  Bu  müasir 
və orijinal məktəbi qurmaqla Hamlet İsaxanlı tək ali təhsil sa-
həsində  deyil,  orta  təhsil  sistemində  də  öz  beynəlxalq  yarışa 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
17 
 
     
                                     
 
                                                           Xəzər Universitəsi (inkişaf) 
 
 
 
 
 
       Hamlet İsaxanlı Xəzər Universitetində humanitar və sosial 
sahələrlə yanaşı təbiət elmləri, mühəndislik və tətbiqi elmlər, o 
cümlədən  informasiya  texnologiyası  və  kompüter  mühəndis-
liyi, neft mühəndisliyi, iqtisadiyyat və menecment, həyat haq-
qında  elmlər  üzrə  departamentlərin  təşkil  olunması  kimi  ağır 
işə də böyük həvəslə girişdi.  
Hələ  Xəzər  Universiteti  yaradıldığı  dövrdə  Hamlet  İsa-
xanlı  “qloballaşan  dünyada  əyalət  təhsili  və  əyalət  elmi  yox-
dur,  yalnız  beynəlxalq  əməkdaşlıq  vasitəsi  ilə  irəli  getmək, 
uğur qazanmaq olar”  deyirdi.  O,  bu fikrini  uğurla  həyata  ke-
çirməyə  başladı.  Əvvəlcə  UCLA  (University  of  California  at 
Los-Angeles), sonra Harvard, Princeton, Columbia University, 
Purdue  University  (İndiana),  Georgia  State  University  (Atlan-
ta), George Mason University, South Connecticut State Univer-
sity,  California  State  University,  East  Carolina  University, 
American University (washington D.C.) və s. Birləşmiş Ştatlar 
və  Kanada  universitetləri  ilə  əməkdaşlıq  proqramları  qurdu, 
elmi  araşdırmaları,  müəllim  -  tədqiqatçıların  gedib-gəlməsini, 
tələbə  mübadiləsini,  akademik  və  yardımçı  sahələr  üzrə  mər-
kəzlərin  qurulmasını,  universitənin  idarəolunma  sistemini  in-
kişaf etdirdi. Qərbi Avropa universitələri ilə geniş əməkdaşlıq 
programları da faydalı oldu, xüsusilə Böyük Britaniya, Nider-
land, İtaliya, Fransa, İspaniya, Norveç, İsveç, Yunanıstan, Por-
 

 
Hamlet Isaxanlı 
 
18 
 
təgiz,  Macarıstan,  Bolqarıstan,  Türkiyə,...  təhsil  ocaqları  ilə 
məhsuldar əlaqələr quruldu;  bu programların çoxunda əmək-
daşlığa cəlb olunan ölkə  universitələrinin  sayı üçdən  başlayıb 
yeddiyə çatırdı. Dünyanın üçüncü güc mərkəzi – Uzaq Şərq də 
unudulmadı, yeni 21-ci yüzillikdə Yaponiya, Çin, Koreya, Ma-
layzia və Hindistan kimi ölkələrlə əlaqələr, birgə tədqiqat layi-
hələri və tələbə mübadiləsi inkişaf etdirildi.  
Dünyanın  çox-çox  ölkəsindən,  o  cümlədən  də  Asiyadan, 
Afrikadan,  Avropa  və  Amerikadan  gələn  tələbələr,  gənc  və 
təcrübəli alimlər uyğun olaraq oxuyur, tədqiqat aparır və dərs 
deyir, Xəzər Universitəsinin xoş və işgüzar mühitinin üzvi his-
səsinə çevrilirlər. Müxtəlifliyə, fərqliliyə hörmət, qayğı və dost-
luq  Xəzər  universitəsinə  xas  olan  dərindən  işlənmiş  təhsil-tə-
lim-tərbiyə  modelinin  və  təşkilati  mədəniyyətin  tərkib  his-
səsidirlər; burada milli və bəşəri dəyərlər bir-birinə qovuşur. 
Хəzər Universitetinin məzunları ölkəmizdə və bütün qitə-
lərdə  yüksək  maaşlı  nüfuzlu  vəzifələrdə  çalışır,  yüzlərlə  tələ-
bəsi  dünyanın  müxtəlif  qabaqcıl ali  məktəblərində  təhsillərini 
davam  etdirir.  Nəinki  məzunlar,  hətta  yuxarı  kurs  tələbələri-
nin də böyük əksəriyyəti işləyir. Ali məktəbin əsl gücü və nü-
fuzu bu deyilmi?  
Hamlet İsaxanlının işləyib həyata keçirdiyi yeni beynəlxalq 
üçbucaq  əməkdaşlıq  modeli  universitetlə  iş  dünyasının  əlaqələri 
baxımından irəliyə atılmış çox mühüm addım oldu. Üçbucağın 
bir təpəsində Xəzər Universiteti, ikinci təpəsində sənaye-iş dün-
yasında fəaliyyət göstərən şirkət, korporasiya (BP Exploration, 
StatoilHydro kimi), üçüncü təpədə isə inkişaf etmiş ölkələrdən 
(məsələn, Böyük Britaniya və ya Norveçdən) bir ali təhsil, elm 
ocağı yerləşir. Bu model üçtərəfli qaynaqlardan səmərəli istifa-
də etməklə tədris və elmi araşdırmaların təşkilinə və kadr ha-
zırlığı  məsələlərinin  vaxtında  və  keyfiyyətli  həllinə  kömək 
edir,  ümumiyyətlə  götürdükdə  isə,  bütün  iştirakçılar  üçün 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
19 
 
fayda gətirə bilən əməkdaşlıq proqramlarına örnək göstərilmə-
yə layiqdir. 
Xəzər  Universitəsinin  ildən-ilə  böyüyən,  genişlənən  və 
güclənən kampus-binalarında tələbə, elmi işçi-müəllim və ida-
rəetmə-xidmət heyəti effektiv fəaliyyət göstərir; tələbənin oxu-
ması  üçün  burada  hər  cür  şərait  mövcuddur.  Özəl  universitə 
kitabxanalarının  ən  böyüyü  olmaqla  bərabər  öz  fondunun 
rəngbərəngliyi və ingilisdilli qaynaqlarının vacibliyi və həcmi-
nə görə ölkədə ən seçilmiş kitabxanalardandır. Xarici mütəxəs-
sislərin rəyinə əsasən bu kitabxana öz kompüterləşmiş katalo-
qu,  internetə  bağlı  məlumat  bazasına  çıxışı  (access  to  online 
databases), xüsusi xidmətləri, ölkədə ilk elektron arxiv sistemi, 
xidmət mədəniyyəti və s. baxımından Azərbaycan üçün model 
kitabxanadır.  
Müxtəlif laboratoriyalar, muzeylər, elmi-tədqiqat mərkəz-
ləri, həmçinin çox gözəl tamaşalar, konsertlər, görüşlər və kon-
fransların  keçirildiyi  “Dünya”  konsert-konfrans  salonu  Xəzər 
Universitəsinin  elmi-mədəni  mühitini  zənginləşdirir.  Klassik-
lərimizin və müasir elm, siyasət və sənət adamlarımızın həyat 
və  yaradıcılıqlarına  həsr  olunmuş  yaddaqalan  təqdimatlar  və 
elmi  toplantılar,  görkəmli  alimlər,  ədəbiyyat  və  incəsənət  xa-
dimlərimizin  iştirakı  ilə  keçirilmiş  unudulmaz  görüşlər,  milli 
və  beynəlxalq  rəqslər,  muğam  və  klassik  musiqi  gecələri  və 
Hamlet İsaxanlının fəal iştirakı ilə təşkil olunan bənzər tədbir-
lər  bu  ali  təhsil  ocağını,  sözün  həqiqi  mənasında,  ziyalıların, 
gənclərin və ümumiyyətlə ictimaiyyətin böyük həvəslə üz tut-
duğu ziyarətgaha çevirmişdir.  
Fakültə və akademik departmentlərlə (kafedralarla) yanaşı 
Xəzər  Universitəsi  nəzdində fəaliyyət göstərən  Təhsil  Siyasəti 
İnstitutu,  Siyasət  İnstitutu,  Tərcümə  Araşdırmalar  Mərkəzi, 
Lüğət  və  Ensiklopediya  Mərkəzi,  İqtisadi  və  Biznes  Araşdır-
malar  və  Treyninq  Mərkəzi  və  digər  mərkəzlər  bir  sıra  bey-

 
Hamlet Isaxanlı 
 
24 
 
yətinə  və  təşkilati  istedada  malik  nadir  bir  şəxsdir.  Başqaları-
nın uğurlarına sevinmək qabiliyyəti, dərdlərinə və qayğılarına 
şərikolma xüsusiyyəti göz qabağındadır. 
Onun  riyaziyyat,  fizika,  astronomiya,  tarix,  beynəlxalq 
münasibətlər, dilçilik, ədəbiyyat, mədəniyyət və təhsilə aid bi-
likləri, orijinal düşüncə tərzi və mülahizələri bu sahələrin mü-
təxəssisləri də daxil olmaqla onunla təmasda olan hər kəsi hey-
ran edir.  
O, ciddi və eyni zamanda mehriban, çox sadə, təvazökar, 
dürüst  və səmimidir.  Qarşısına  qoyduğu  məqsədə  nail olmaq 
üçün  düzgün,  doğru  yol  seçir  və  yolundan  dönmür.  Səbirlə, 
ötəri işlərə baş qoşmadan, düşünə-düşünə, addım-addım, eyni 
zamanda inadla, inamla irəliləyir. 
Ona  hörmət  edirlər, onu  lider  kimi qəbul  edirlər,  onu  se-
virlər.  
 
 
                                                                                       
                                                                                       
Nəsil və ailə  
 
 
 
 
 
 
Hamlet İsaxanlı məşhur Hacıbayramlılar nəslindəndir. Ba-
bası İsaxan Hacıbayramlı – Qaçaq İsaxan (1897-1930) 20-ci illərin 
sonu və 30-cu ildə Gürcüstan və Ermənistan ərazilərində sovet 
rejiminə  qarşı  silahlı  üsyan  edib.  Stalin  və  Beriyanın  İsaxan 
hərəkatından  çəkindikləri  və  ona  qarşı  gizli  casus  şəbəkəsi 
qurub güclü ordu göndərdikləri dərc olunmuş elmi mənbələr-
 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
21 
 
girə  bilən  ikidilli  -  azərbaycanca  və  ingiliscə  təhsil  verə  bilən 
təhsil ocağı modelini formalaşdırmağa çalışır. O, ən kiçik yaş-
dan  doktor  və  professor  olana  qədər  bir  təhsil  şəbəkəsi  qur-
maqla ömürboyu təhsil düşüncəsini də həyata keçirir. 
 
 
 
 
İctimai və elmi-təşkilati iş 
 
 
 
 
 
 
Hamlet İsaxanlı riyaziyyat və təbiət elmləri ilə humanitar 
və  sosial  elmlər  mədəniyyətininin  hər  ikisini  özündə  ehtiva 
etmiş qeyri-adi, az rast gəlinən çoxbilgin insanlardandır. 
Görkəmli alim, yaradıcı insan və cazibədar, xarizmatik li-
der kimi geniş tanınan və qəbul edilən Hamlet İsaxanlı bir alim 
və  ictimai  xadimin  ifadəsinə  görə  Azərbaycanda  “oazis 
yaradıcısı”dır,  zəka  sahiblərini,  ziyalıları,  elm  və  incəsənət 
adamlarını,  həmçinin  beynəlxalq  ictimaiyyəti  cəzb  edən  şəxs-
dir. Hamlet İsaxanlı öz fəaliyyəti, alimliyi, yaradıcılığı və lider-
liyi ilə böyük beynəlxalq əməkdaşlığa nail olmuş, insan poten-
sialının açılması və davamlı inkişaf problemlərinə öz töfhəsini 
vermişdir.  
Onun rəhbərliyi altında dissertasiya müdafiə etmiş alimlər 
indi  Birləşmiş  Ştatlarda,  Avropada,  Rusiyada,  İsraildə,  Türki-
yədə, İranda və digər ölkələrdə işləyirlər. 
Hamlet İsaxanlının gərgin işi sayəsində inkişaf etmiş xarici 
ölkələrdə  təhsil  tədqiqat  aparmaq  və  təcrübə  keçmək  üçün 

 
Hamlet Isaxanlı 
 
22 
 
xeyli  alim  və  müəllim  göndəbrilib.  Eyni  zamanda  xarici ölkə-
lərdən  Azərbaycana  müxtəlif  sahələr  üzrə  alim  və  müəllimlər 
dəvət  edilib.  Bununla  yanaşı  o,  yüzlərlər  azərbaycanlı  tələbə-
ləri nüfuzlu xarici ölkə ali məktəblərində təhsil almağa göndə-
rib.  O,  xarici  ölkələrdən  Azərbaycana  humanitar  yardımlar 
edilməsi,  xarici  ölkələrdə  Azərbaycan  lobbisinin  yaradılması 
sahəsində  də  xeyli işlər  görüb  və  bu sahədə  uğurla  çalışmaq-
dadır. Onun xarici mütəxəssislərin diqqətini Azərbaycan prob-
lemləri  ilə  bağlı  məsələlərə  cəlb  etmək  istiqamətində  xeyli 
uğurları vardır.  
Hamlet  İsaxanlı  bir  sıra  nüfuzlu  beynəlxalq  təşkilatların, 
assosiasiyaların,  akademiyaların  üzvü  və  ya  idarə  heyətinin 
üzvü olmuş, müxtəlif qitələrdə, cürbəcür ölkələrdə beynəlxalq 
layihələr  və  toplantıların  iştirakçısı  və  təşkilatçısı  kimi  fəaliy-
yət göstərmişdir.  O,  UNESCO,  NATO, UNDP, Avropa  Şurası 
kimi  beynəlxalq  qurumların  keçirdiyi  konfranslarda  aparığı 
məruzələrlə çıxış etmiş, layihələrdə çalışmışdır. Elmi-tədqiqat, 
təhsil  və  mədəniyyətə  verdiyi  töhfələrə  görə  fəxri  adlara  və 
mükafatlara layiq görülmüşdür. O, Azərbaycan Prezidenti ya-
nında Təhsil Komissiyasının üzvü kimi də elm və təhsil sahə-
sində gedən islahatların hazırlanmasında və həyata keçirilmə-
sində fəal iştirak edir. 
Onun rəhbərlik etdiyi “Elm və Sənət Məclisi” Azərbaycan 
ziyalılarının, çox  müxtəlif  sahələrdə fəaliyyət göstərən  elm  və 
sənət adamlarının, yaradıcı gənclərin sevə-sevə bir yerə toplaş-
dığı, canlı və qızğın müzakirələr apardığı bir zəka mərkəzidir; 
bu  toplantılarda  Azərbaycanlılarla  yanaşı  müxtəlif  ölkələrdən 
dəvət edilmiş alimlər və sənət adamları da çıxış edirlər. Bütün 
bu çıxış və müzakirələr əvvəlcə hər biri ayrı-ayrılıqda “Xəzər-
Xəbər” dərgisində, sonra isə Xəzər
 
Universitəsi nəşriyyatı tərə-
findən kitab şəklində çap olunur.  
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
23 
 
Hamlet İsaxanlı çox məhsuldar və zəhmətkeş redaktordur, 
o, təbiət elmləri və humanitar-sosial sahələr üzrə bir sıra elmi-
tədqiqat  jurnallarının,  populyar  dərgilərin,  konfrans  material-
larının, dərslik və monoqrafiyaların, ensiklopediya və lüğətlə-
rin,  tarix,  kütləvi  infomasiya  vasitələri,  poeziya,  bədii  nəsr 
əsərləri  və s. sahələr  üzrə  müxtəlif  dillərdən  azərbaycan  türk-
cəsinə və tərsinə tərcümələrin redaktorudur. 
Hamlet İsaxanlı elmi-tədqiqat işi aparan tələbələrinə qarşı 
qayğıkeş  elmi  rəhbərdir,  onların  dünyagörüşünü  və  sezgi-in-
tuisiya gücünü artırmağa, ağır zəhmət çəkə bilənləri elmi təd-
qiqatın ön xəttinə aparmağa çalışır. Onun rəhbərliyi altında el-
mi  iş  görən  və  dissertasiya  müdafiə  etmiş  olanlar  indi  ABŞ, 
Avropa,  Rusiya,  İsrail,  Türkiyə, İran  və  başqa ölkələrdə çalış-
maqdadırlar. 
«Hər gün, hər saat mükəmməlliyə doğru!» - Xəzər Univer-
sitəsinin  fəaliyyəti  barədə  bir  çıxışından  götürülmüş  bu  qısa 
cümlə,  böyük  ehtimalla  Hamlet  İsaxanlının  həyat  devizi,  əsas 
iş qayəsi kimi öz əksini tapmışdır.  
 
                                                                            
 
 
Şəxsiyyət  
 
 
 
 
 
Hamlet  İsaxanlı  kəskin  və  nəhəng  zəkası,  zəngin  ensik-
lopedik biliyi, geniş dünyagörüşü, iti elmi düşüncəsi, zərif sə-
nət  duyğusu  və  poetik  hissi,  möhkəm  iradəsi  və  xeyrxahlıq, 
nikbinlik  və  insanpərvərliyi  ilə  seçilən,  güclü  liderlik  qabiliy-
 

 
Hamlet Isaxanlı 
 
28 
 
Prof. Hamlet İsaxanlının əsərlərinin biblioqrafiyası 
 
Əsərlərin xronologiyası 
 
1973 
 
1.  Линейная  факторизация  полиномиальных  опера-
торных пучков // Математические заметки. – 1973. – Т. 
13, вып. 4. – с. 551-559. 
2.  Некоторые  вопросы  спектральной  теории  опера-
торных  пучков:  автореферат  диссертации  на  соиска-
ние  ученой  степени  канд.  физ.-мат.  наук:  01.01.01.  – 
Москва-Баку, 1973. – 19 с. 
3.  Некоторые  вопросы  спектральной  теории  опера-
торных пучков:  диссертация  на соискание  ученой  сте-
пени  канд.  физ.-мат.  наук:  01.01.01.  – Москва-Баку,  1973. 
– 111 с. 
4.  О некоторых пучках операторов, близких к самосо-
пряженным:  Тезисы  докладов  научной  конференции 
аспирантов АН Азербайджанской ССР. – 1973. 
5.  О  полноте  некоторой  части  собственных и присое-
диненных  векторов  полиномиальных  операторных 
пучков  //  Успехи  математических  наук.  –  1973.  –  Т.  28, 
вып. 1. – с. 241-242. 
 
1974 
 
6.  Böyük alim, həqiqi insan // Sovet Gürcüstanı. – 1974.  
7.  К  теории  самосопряженных  голоморфных  опера-
тор-функций  //  Успехи  математических  наук.  –  1974.  – 
Т. 29, вып. 3. – с. 201-202. 
 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
25 
 
dən və arxiv materiallarından yaxşı məlumdur. Sovet ordusu-
nu ciddi itkilərə uğratmış İsaxan öz igidliyi və cəngavərliyi ilə 
nəsillərin yaddaşına yazılıb. 
Əfsanələşmiş  Qaçaq  İsaxan  haqqında  aşıqlar  mahnılar 
qoşmuş, dastan yaratmışlar, Azərbaycan və Gürcüstanda onun 
100 illiyi böyük təntənə ilə keçirilmişdir.  
Hamletin nənəsi Zeynəb uşaqları və qohum-əqrabaları ilə 
2 il Qazaxıstan və Qırğızıstana sürgün edilmişdir.  
Atası Abdulla İsaxan oğlu Isayev (1926-1972) məktəbdə ri-
yaziyyat müəllimi işləmiş, anası Pərixanım Aslan qızı İsayeva 
evdar qadındır.  
Qardaşları Gürcüstanda doğma evlərində, digərləri Azər-
baycanda – Bakıda yaşayırlar. 
Həyat  yoldaşı  Nailə  xanım İsayeva  Qubada  anadan olub, 
Rus  dili  və  Ədəbiyyatı  İnstitutunu  bitirib,  həmçinin  musiqi 
təhsili  var,  mahnılar  bəstələyir.  Hazırda  Xəzər  universitəsi 
nəzdindəki “Dünya” məktəbinin direktordur.  
Dörd övladı var. Böyük qızı Aygün orta məktəbi qızıl me-
dalla  bitirib,  riyaziyyat  üzrə  ali  təhsil,  menecment  və  biznes 
idarəçiliyi  üzrə  magistr  təhsili  alıb.  O, öz  həyat yoldaşı  və iki 
oğlu ilə İngiltərədə yaşayır.  
İkinci qızı Zeynəb orta məktəbi gümüş medalla bitirib, ali 
tibb və ixtisaslaşmış dermatoloq həkim təhsili alıb. Türkiyədə, 
İstanbluda işləyir. Hal-harızda Londonda işləyir.  
Üçüncu  qizı  Aytən  biznes  idarəçiliyi  üzrə  magistr  təhsili 
alıb, mühasibət və audit üzrə ali peşəkar (CPA – certified pub-
lic accountant) mütəxəssisdir. Şahmat üzrə Azərbaycan yığma 
komandasının üzvü olub. 
Kiçik qızı Ülkər psixoloqdur, koqnitiv neyroelm üzrə ma-
gistatura bitirib. Hal-hazırda Xəzər universitəsində işləyir.  
 

 
Hamlet Isaxanlı 
 
26 
 
Hamlet İsaxanlının həyat və fəaliyyəti haqqında əsərlər 
 
Hamlet  İsaxanlının  çoxcəhətli  fəaliyyəti  müxtəlif  müəllif-
lər tərəfindən yazılmış elmi, bədii və publisistik yazılarda, mə-
qalə və kitablarda, sənət əsərlərində öz geniş əksini tapmışdır.  
Fuad Tanrıverdiyevin 1997-cu ildə nəşr olunmuş «Hamlet 
İsaxanlı: alim və qurucu ömrü» kitabında alimin həyat və fəa-
liyyəti  hərtərəfli  araşdırılmışdır.  Knyaz  Aslan  və  və  Vahid 
Ömərlinin 2005-ci ildə azərbaycan və rus dillərində dərc olun-
muş “Bu dünyaya nə gətirdim?” kitabında Hamlet İsaxanlının 
elmi  və  bədii-publisistik  yaradıcılığının,  ictimai  fəaliyyətinin 
və təşkilati işlərinin qısa təsviri ilə yanaşı, tanınmış elm, sənət 
və  mədəniyyət  xadimlərinin  onun  haqqında  deyilmiş  fikirləri 
də  verilmişdir.  Bunlarla  yanaşı  Azərbaycanda,  ABŞ,  Kanada, 
Rusiya,  Türkiyə,  Gürcüstan, İran,  Hindistan, Çin,  Estoniya və 
başqa ölkələrdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində 
çox saylı məqalələr yazıb dərc etdirmişlər.  
Bir çox  monoqrafiya  və  elmi  məqalələrdə  Hamlet  İsaxan-
lının (İsayevin) əsərlərinə istinad edilmiş, onun elmi fəaliyyəti 
layiqincə  qiymətləndirilmişdir,  bu  əsərlərin  bir  qismi  onun 
yaradıcılığına  dayanaraq yazılmışdır.  Qərbdə  və Şərqdə,  inki-
şaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  çoxsaylı  radio  və 
televiziya  verilişlərinin,  qəzet  və  jurnalların  qonağı  olmuş, 
müsahibələr vermişdir...  
Şairlərdən  Nəriman  Həsənzadə,  Hüseyn  Kürdoğlu,  Mü-
zəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Hamlet İsa-
xanlı  şəxsiyyətinə  xüsusi  şeirlər  həsr  etmişlər.  Onun  bədii ya-
radıcılığı  haqqında  Azərbaycanda  Camal  Mustafayev,  Manaf 
Süleymanov,  Mövlud  Süleymanlı,  Mirabbas  Qasımov,  Vidadi 
Babanlı,  Nəriman  Həsənzadə,  Zəlimxan  Yaqub,  Kamran  Nə-
zirli, Xəlil Məcidoğlu, Aydınxan və digər müəlliflər, Türkiyədə 
Mətin Turan, Çində Van Dzen Bo, Rusiyada Lyudmila Lovro-
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
27 
 
va,  İran,  Gürcüstan  və  digər  ölkələrdə  müxtəlif  elm  və  sənət 
adamları dəyərli məqalələr yazıb dərc etdirmişlər. 
Bunlarla yanaşı rəssamlıq, xalçaçılıq və mozaikaya dair sə-
nət nümunələrində Hamlet İsaxanlının obrazı yaradılmışdır. 
 

 
Hamlet Isaxanlı 
 
32 
 
25.  Об  одном  классе  многопараметрических  спект-
: files -> pdf


1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə