İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 5.01 Kb.
Pdf просмотр
səhifə1/27
tarix23.07.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   27

 
 
İNKİŞAF –  
MƏQSƏDİMİZDİR 
 
 
 
BİRİNCİ KİTAB 
————— 
 AVQUST 2003 - OKTYABR 2003 
 
 
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2009 
 


 
 
 
 
ÇIXIŞLAR * NİTQLƏR 
 
BƏYANATLAR * MÜSAHİBƏLƏR 
 
MƏKTUBLAR * MƏRUZƏLƏR 
 
MÜRACİƏTLƏR * FƏRMANLAR 
 
 
 
 
 
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2009 


 
BBK 32 
Ə 56     
             
 
 
 
 
 
 
 
 
Buraxılışına məsul 
akademik 
 
RAMİZ MEHDİYEV 
 
 
  ƏLİYEV İLHAM 
Ə 56  İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2008, 424 səh. 
 
             
    Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin oxuculara təqdim olunan 
çoxcildliyi böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edir. 
Əsası ulu öndər Heydər  Əliyev tərəfindən qoyulmuş daxili sabitlik, balanslı xarici siyasət 
kursu, iqtisadi dirçəliş    Prezident      İlham  Əliyev tərəfindən uğurla davam etdirilir. Görülən 
yüksək səviyyəli işlərin, aparılan uğurlu, daxili və xarici siyasətin böyük əhəmiyyətini dərk 
etmək üçün oxucuların ixtiyarına verilən  birinci cilddə respublikamıza gələn xarici dövlət 
xadimləri və nümayəndə heyətləri ilə yüksək səviyyəli söhbətləri, dünyanın nüfuzlu mətbuat or-
qanlarına bəyanat və müsahibələri,  BMT-nin Baş Məclisinin 58-ci sessiyasındakı çıxışı, aparıcı 
dövlətlərin başçıları və digər siyasi xadimləri ilə söhbətləri verilmişdir. 
Burada Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə aid ATƏT, Avropa 
Şurası rəhbərləri ilə görüşlərdə dövlət başçısının prinsipial mövqeyi öz əksini tapmışdır. 
Bu cildə, həmçinin müstəqil Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin Azərbaycan 
xalqına son müraciəti də daxil edilmişdir. 
 
 
 
İSBN  978-9952-8100-7-3 
 
 
 
2008
07
651
М  
0801000000
Я

)
(

 
 
 
                                                                      BBK-32 
   
 
  
  © Azərnəşr, 2008 
 
 
 
 
 
 
      

10 
 
 
AZƏRBAYCAN  XALQINA MÜRACİƏT 
 
Əziz həmvətənlər, hörmətli Azərbaycan vətəndaşları! 
Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə 
prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikası-
nın vətəndaşı, istərsə də onun rəhbəri, prezident kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər 
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu 
yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb 
vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin 
edib.  
Azərbaycan xalqı dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutub. Onun zəngin mənəvi aləmi, 
dünya mədəniyyət xəzinəsinə  bəxş etdiyi özünəməxsus töhfələr, sivil dünya dəyərlərinə yiyələnmək qabiliyyəti 
artıq hamıya məlumdur. Azərbaycanlıların öz əməyi, istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsinə get-
dikcə daha sürətlə inteqrasiya olması indi heç kimi təəccübləndirmir. 
Müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək in-
kişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplə-
rini rəhbər tutaraq Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət 
göstərir. Ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub. İndi dünyanın, regionun və bizi əhatə edən xarici 
aləmin əsas strateji və qlobal məsələləri bizim rəyimiz, mənafelərimiz nəzərə alınmadan həll edilmir. Bizi tanı-
yırlar, qəbul edirlər və əsas məsələlərdə bizimlə hesablaşırlar. 
Azərbaycanın iqtisadi həyatı yenidən qurulur, yüksək dinamizmlə dirçəlir və inkişaf edir. Ölkə iqtisa-
diyyatına daxili və xarici kapital qoyuluşu ildən-ilə artır, aqrar sahə, yeyinti və yüngül sənayesi modernləşir, 
iqtisadiyyatda qeyri-neft sektorunun payı yüksəlir, manatın sabitliyi qorunur, valyuta ehtiyatları artır, yeni-yeni 
yüksək maaşlı iş yerləri açılır. Bütün bunlar 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft və iqtisadi inkişaf 
strategiyasının nəticəsidir. Mən əminəm ki, biz belə davam etsək, qarşıdan gələn bir neçə ildə Azərbaycanda nə bir 
işsiz, nə bir kasıb insana rast gəlinəcəkdir. Maaşlar, təqaüdlər və insanların ümumi gəlirləri yüksələn sürətlə arta-
caq. Azərbaycan dövləti, iş adamlarımız təkcə ölkəmizdə deyil, xarici aləmdə  də  ən perspektivli və  gəlirli 
layihələrdə iştirak etmək, investisiya qoymaq imkanına və gücünə malik olacaqlar.  
Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhətdən güclənir. Milli ordumuz qabaqcıl təcrübə 
və texnologiyalara yiyələnir, gənclərimiz həvəslə xidmətə gedirlər.  
Bütün bunlar asan başa gəlməmişdir. Keçən dövrdə biz sizinlə birlikdə həm daxildən, həm də xaricdən qay-
naqlanan nə qədər təhlükəli irticanın, təxribatın və digər antiazərbaycan aksiyaların qarşısını almışıq, nə qədər 
çətinliklərə sinə gərmişik. Siz bunları çox yaxşı bilirsiniz. 
1988-ci ildən ermənilərin Dağlıq Qarabağda başladıqları avantürist millətçi separatizmin qarşısı 
Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi üzündən vaxtında alınmadı. 1990-1993-cü illərdə respublikamızda 
yaranmış siyasi və hakimiyyət böhranından, idarəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusu 
Azərbaycanın torpaqlarını işğal etdi, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə saldı. Daxildə 
ölkə vətəndaşları bir-birinə qarşı silahlı toqquşmaya, qarşıdurmaya təhrik edildi, dövlətimizi və dövlətçiliyimizi 
məhv etməyə, dağıtmağa nə qədər səylər göstərildi. Biz bütün bunların qarşısını aldıq. Lakin xaos və anarxiya 
dövründə Azərbaycanın pozulmuş  ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması 
problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik. 
Buna baxmayaraq, bu illərdə xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə 
bilmişik.  
İlk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların 
aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq. 
İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, 
inkişaf yoluna çıxarmışıq. 
Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik 
güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik. 
Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları 
olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və 
digər məsələləri həll etmək olar. Əminəm ki, bu məhz belə də olacaq. 
Əziz Azərbaycan vətəndaşları, əziz xalqım! 
Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil 
Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə  məlumdur, lakin mənim hələ tamam-
lanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir 

11 
 
ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Buna baxmayaraq, 2003-cü ilin 15 
oktyabrında keçiriləcək prezident seçkilərində  iştirak etmək üçün mənim də namizədliyim irəli sürülüb və 
qeydiyyata alınıb. Yüz minlərlə insan seçki kampaniyasına qoşularaq mənim təbliğatımı aparır. Fürsətdən 
istifadə edərək  bu insanlara, namizədliyimi irəli sürən və dəstəkləyən Yeni Azərbaycan Partiyasının bütün üzv-
lərinə, digər ictimai-siyasi təşkilatların nümayəndələrinə, elm, təhsil və  mədəniyyət xadimlərinə, ziyalılara və 
mənə  dəstək verən bütün Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Ümidvaram ki, tezliklə  səhhətimi 
bərpa edərək Vətənə dönəcək, xalqımla yenidən birlikdə olacağam.  İndi isə öz namizədliyimi  İlham  Əliyevin 
xeyrinə geri götürürəm. 
Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim si-
yasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intel-
lektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və  təşəbbüskar bir 
şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqı-
mızın  ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı  və xalqımızın fira-
vanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, plan-
ları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və 
gələcəyinə böyük ümidlər bəsləyirəm.  
 
Dərin hörmətlə, 
HEYDƏR ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
      1 oktyabr 2003-cü il 
 
 

12 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN NÖVBƏDƏNKƏNAR  
SESSİYASI 
 
4 avqust  2003-cü il 
 
M u r t u z   Ə l ə s g ə r o v:  Məclisin gündəliyində bir məsələ vardır. Azərbaycan Respublikasının Baş 
naziri vəzifəsinə  təyin edilməsinə razılıq verilməsi haqqında. Bu məsələ ilə  əlaqədar Azərbaycan 
Respublikasının Prezidenti zati-aliləri cənab Heydər  Əliyevin Milli Məclisə  məktubu daxil olmuşdur. 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, İlham Heydər oğlu 
Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə  təyin edilməsi üçün razılıq verilməsi məsələsini 
müzakirənizə təqdim edirəm. Cənab prezident Heydər Əliyevin məktubu 2 avqust 2003-cü ildə imzalanmışdır. 
Bildiyiniz kimi, İlham Heydər oğlu Əliyev Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə çox genişmiqyaslı 
işlər aparmışdır. 
Hər  şeydən  əvvəl demək istəyirəm ki, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, eləcə  də 
Milli Olimpiya Komitəsinin prezidenti kimi geniş  fəaliyyəti ilə yanaşı,  İlham  Əliyev Azərbaycan Respublikası 
Milli Məclisinin Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri kimi Azərbaycanın taleyi ilə bağlı, 
dövlətimizin gələcək taleyi ilə bağlı çox böyük işlər görmüşdür. Xüsusilə qeyd etmək istəyirəm ki, son illər İlham 
Əliyevin fəaliyyəti nəticəsində Dağlıq Qarabağ məsələsinin Avropa Şurasında müzakirəsi ilə bağlı Azərbaycan 
nümayəndə heyəti çox böyük uğurlar  əldə etmişdir.  Əsirlərin və girovların qaytarılması, Dağlıq Qarabağda  
narkotik maddələrin yetişdirilməsi və bundan əldə edilən gəlirlərin terror məqsədi ilə istifadə edilməsi, Dağlıq 
Qarabağda tarixi abidələrin, mədəniyyət abidələrinin dağıdılmasına dair Azərbaycan nümayəndə heyəti Avropa 
Şurasında bütövlükdə 30-dan çox sənəd yaymışdır. 
Bu sənədlər nəticəsində  və  İlham  Əliyevin təşəbbüsü ilə Avropa Şurası Ermənistanın Azərbaycana qarşı 
işğalçı siyasətini tanımış  və Ermənistanı  işğalçı dövlət kimi qəbul etmişdir. Bütün bunlar İlham  Əliyevin 
səmərəli işinin nəticəsidir. Hesab edirəm ki, bunlar, bütövlüklə digər sahələrdə İlham müəllimin apardığı işlər 
tədqirəlayiqdir. Mən xüsusilə Milli Olimpiya  Komitəsinin rəhbərliyi ilə son illər idman sahəsində əldə etdiyimiz 
nailiyyətlərin göz qabağında olduğunu qeyd etmək  istəyirəm. İdmanın elə bir sahəsi yoxdur ki, o, Azərbaycanda 
inkişaf etməsin. Respublikanın bir sıra rayonlarında olimpiya kompleksləri tikilib  istifadəyə verilmiş, bir sıra 
rayonlarda isə bu işlər davam etdirilir. 
Heydər  Əliyevin neft strategiyasının həyata keçirilməsində  İlham müəllim Dövlət Neft Şirkətinin birinci  
vitse-prezidenti kimi geniş fəaliyyət göstərir. Bu fəaliyyət ona qısa müddətdə Azərbaycan xalqı qarşısında böyük 
nüfuz qazandırmışdır. Xalqımız, bütün Azərbaycan zəhmətkeşləri, gənclər İlham müəllimə dərin rəğbət bəsləyir. 
Mən onun Baş nazir vəzifəsinə təyin olunmasına ürəkdən tərəfdaram və bu təklifi alqışlayıram. 
Bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası öz iclasını 
keçirmişdir. İslasda 10 nəfər iştirak etmişdir. Komissiya yekdilliklə bu təklifin lehinə səs vermişdir, yəni İlham 
Heydər oğlu Əliyevin Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verilməsinə öz münasibətini bildirmişdir
*

 
* * * 
Əlbəttə ki, çıxış etmək istəyən deputatlar çoxdur. Artıq 15 nəfər çıxış etmişdir. Mən hesab edirəm ki, qalan 
deputatlarımız da deyilən təkliflər və səslənən fikirlərlə tam razıdırlar. Doğrudan da İlham Əliyev elə bir səviyyəyə 
çatmışdır ki, o, Azərbaycan xalqının sevimlisinə çevrilmişdir. Ötən əsrin 80-ci illərində Heydər Əliyev Kremlin ən 
uca zirvəsinə yüksəlmişdisə, bu gün İlham  Əliyev Avropa Şurasının yüksək zirvəsini fəth edib. Bu  bizim üçün  
böyük fəxrdir. Mən hesab edirəm, İlham Əliyev siyasəti, iqtisadiyyatı, eləcə də  diplomatiya tarixini gözəl bilən 
dövlət xadimidir və buradakı çıxışlardan aydın olur ki, biz onun çoxşaxəli fəaliyyətinin bir sıra sahələrini hələ bil-
mirik. 
İnanıram ki, İlham  Əliyev Nazirlər Kabinetinin başçısı, Baş nazir kimi digər keyfiyyətlərini də nümayiş 
etdirəcəkdir. Mən  İlham  Əliyevə  uğurlar arzulayıram. Arzum budur ki, bu vəzifədə o, Azərbaycanın xoşbəxt 
gələcəyini  təmin etsin, xalqımızın böyük istəklərini yerinə yetirmək üçün dava yüksək zirvələri fəth etsin. Bu 
təklifə hamımız səs verək, İlham Əliyevi təbrik edib ona uğurlar arzulayaq. 
 
 
 
                                                 
       
*
 Müzakirələrdə deputatlardan Əli Hüseynov, Əli  Əhmədov, Sirus Təbrizli, Eldar İbrahimov, Hadi Rəcəbli, Bahar 
Muradova, Mübariz Qurbanlı, Rəbiyyət Aslanova, Anar Rzayev, Aydın Mirzəzadə, Gülçöhrə  Məmmədova, Bəxtiyar 
Əliyev,  İsmayıl Ömərov, Arif Rəhimzadə  çıxış etdilər və  İlham  Əliyevin Baş nazir vəzifəsinə  təyin edilməsi haqqında 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin parlamentə təqdim etdiyi müraciəti yekdilliklə dəstəklədilər. 

13 
 
* * * 
İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Baş naziri  vəzifəsinə təyin edilməsinə razılıq 
verilməsi haqqında  Azərbaycan Respublikası Milli Məclisinin qərarı 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-
cu bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən qərara alır: 
İlham Heydər oğlu  Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə  təyin edilməsinə razılıq 
verilsin. 
 
MURTUZ ƏLƏSGƏROV 
Azərbaycan Respublikası Milli Məclisinin sədri 
 
Bakı şəhəri, 4 avqust 2003-cü il 

14 
 
 
NAZİRLƏR KABİNETİNDƏ  
AZƏRBAYCAN RESPUBLİKASININ  
YENİ TƏYİN OLUNMUŞ BAŞ NAZİRİ  
İLHAM ƏLİYEVİN HÖKUMƏT ÜZVLƏRİNƏ  
TƏQDİM OLUNMASI MƏRASİMİNDƏ ÇIXIŞ 
 
4 avqust 2003-cü il 
 
R a m i z   M e h d i y e v (Prezidentin İcra Aparatının rəhbəri): Siz hamınız bu gün çox mühüm ictimai-
siyasi hadisənin  şahidi olmusunuz. Artıq məlumdur ki, bu gün Milli Məclisin iclası keçirilmişdir və hörmətli 
cənab Prezidentin təqdimatı  əsasında Milli Məclis hörmətli  İlham  Əliyevin Azərbaycan Respublikasının Baş 
naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi məsələsinə baxmışdır. 
Onu qeyd etmək istəyirəm ki, Milli Məclisin iclası çox gözəl keçdi və çıxış edən bütün deputatlar hörmətli 
İlham müəllim haqqında çox dəyərli fikirlər söylədilər. Hamının yekdil bir fikri oldu ki, cənab prezident Heydər 
Əliyev çox müdrik bir qərar qəbul edərək,  İlham  Əliyevi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə 
tövsiyə edibdir.  
Respublikamızın ictimaiyyəti, dövlət adamları  və eləcə  də ölkədən kənarda  İlham  Əliyev haqqında, onun 
şəxsi keyfiyyətləri, xidmətləri, dövlətçiliyə münasibəti barədə çox geniş  məlumata malikdirlər.  İlham  Əliyev 
dərin intellektə malik, dövlətçiliklə bağlı bir şəxsiyyətdir.  İlham  Əliyevin Azərbaycan xalqı qarşısında böyük 
xidmətləri vardır. Bu xidmətləri Azərbaycan cəmiyyəti, ictimaiyyəti, xarici ölkələrdə də çox yaxşı bilirlər və onu 
müasir bir siyasətçi kimi qəbul edirlər.  
Cənab İlham Əliyevin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, 
səkkiz il deputat kimi gördüyü işlərlə yanaşı, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro 
üzvü vəzifəsindəki fəaliyyəti də Azərbaycan cəmiyyətində və xarici dövlətlərdə çox yüksək qiymətləndirilir.  
Bir neçə müddət idi cəmiyyətdə fikir mübadiləsi aparılırdı, söhbətlər gəzirdi, insanlar narahat idi. Demək 
olar, bütün xalqımız cənab Prezidentin xəstəliyi ilə bağlı narahatlıq keçirirdi. Bütün xalqımız düşünürdü ki, 
cənab Prezidentin 34 illik fəaliyyəti nəticəsində Azərbaycanda  əldə olunmuş  uğurları, bu xətti kim davam 
etdirəcək, nə cür olacaq, Azərbaycanın taleyi kimlə bağlı olacaqdır? Bu gün cənab Prezident artıq öz 
fərmanlarını imzalayıbdır. Deyə bilərəm ki, bu gün saat 4-də Ankaradan təyyarə gəldi və həmin fərmanlar bizə 
təqdim olundu. Biz bunu artıq cəmiyyətə, ictimaiyyətə çatdırmışıq. İndi də sizə bildirmək istəyirəm. 
Demək istəyirəm ki, bu, cəmiyyətdə çox böyük sevinclə qarşılanmışdır. Sizə açıq deyim ki, bu gün Prezident 
Aparatına dövlət adamlarından, adi insanlar içərisindən yüzlərlə telefon zəngi olubdur. Mənə  zəng olubdur, 
bizim Aparatın başqa işçilərinə, şöbə müdirlərinə zənglər olubdur. İnsanlar öz sevincini, razılığını bildirir və 
cənab Prezidentə bir daha dərin hörmət və  təşəkkürlərini bildirirlər ki, çox ağıllı, müdrik bir qərar qəbul 
edibdir. Ona görə biz cənab Prezidentə cansağlığı arzu edirik. Arzu edirik ki, o, müalicəsini başa çatdırıb 
tezliklə ölkəyə qayıtsın, prezident seçkilərində iştirak etsin.  
Xalq artıq cənab Prezidentin seçkilərdə iştirakı  ilə bağlı öz münasibətini bildiribdir. 
Çoxsaylı mitinqlərdə, iclaslarda, görüşlərdə xalq öz fikrini bildiribdir. Cənab Prezident, demək olar ki, 
yenidən ölkənin başçısı seçilibdir. Formal tərəfi qalıb, oktyabrın 15-də seçki keçiriləcək və heç şübhə yoxdur ki, 
cənab Prezident növbəti beş il üçün də dövlətin başçısı seçiləcəkdir. 
Sənədlərin göndərilməsi ilə bağlı  mənə Ankaradan zəng oldu. Mənə  məlumat verdilər ki, cənab Prezident 
parlamentin bugünkü iclasına televiziya vasitəsilə baxıb, onu çox yüksək qiymətləndiribdir. O insanlar ki, 
dövlətçilik mövqeyindən öz münasibətini bildirib, İlham  Əliyev haqqında söylənilən fikirləri bəyəniblər – 
möhtərəm Prezident onlara öz razılığını, təşəkkürünü bildiribdir.Qeyd edibdir ki, parlamentin iclası bir daha 
onu  təsdiq etdi ki, o, düzgün qərar qəbul edibdir. 
Ona görə icazə verin, belə bir mühüm hadisə ilə bağlı sizin  hamınızı təbrik edim. İlk növbədə hörmətli İlham  
müəllimi təbrik edim, ona cansağlığı arzulayım. Biz hamımız əminik ki, İlham Əliyev öz yeni vəzifəsində cənab 
Prezidentin xəttini bundan sonra da davam etdirəcəkdir. Deyə bilərəm ki, o, indiyədək cənab Prezidentin 
tapşırıqları, göstərişləri əsasında bütün  vəzifələrin öhdəsindən çox ləyaqətlə gəlmişdir. 
Heç  şübhə yoxdur, o, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinin öhdəsindən də layiqincə 
gələcək, cənab Prezidentin etimadını, bizim xalqımızın etimadını doğruldacaqdır. Bu vəzifədə, bu işdə ona 
böyük-böyük uğurlar arzulayırıq. 
Mən inanıram ki, bu gün burada iştirak edən dövlət və hökumət adamları hörmətli İlham müəllimin ətrafında 
birləşəcəklər və Nazirlər Kabinetinin qarşısında Prezident tərəfindən qoyulan bütün vəzifələrin öhdəsindən 
canla-başla gələcəklər. Əsas məsələ odur ki, bundan sonra da öz vəzifəmizə çox ciddi və məsuliyyətlə yanaşaq, 
cənab Prezident tərəfindən bizə göstərilən hörməti və etimadı doğruldaq. Təşəkkür edirəm. 

15 
 
A r t u r  R a s i z a d ə (Baş nazirin birinci müavini): Hörmətli cənab Baş nazir! 
Hörmətli hökumət üzvləri! 
Azərbaycan prezidenti möhtərəm Heydər  Əliyevin Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci 
vitse-prezidenti İlham Əliyevin Baş nazir təyin olunması haqqında fərmanını çox düzgün və müdrik qərar hesab 
edirəm. Bu təyinat Nazirlər Kabinetinin daha məhsuldar işləməsinə, möhtərəm prezidentimizin respublika 
hökuməti  qarşısında qoyduğu vəzifələrin uğurla həyata keçirilməsinə səbəb olacaqdır. 
Hamımız İlham Əliyevi təcrübəli siyasətçi, iqtisadiyyatı dərindən bilən dövlət adamı kimi tanıyırıq. Biz İlham 
Əliyevin ətrafında sıx birləşməli, daha məsuliyyətlə və əzmlə işləməliyik. 
İcazə verin, hamınızın adından hörmətli  İlham  Əliyevi ürəkdən təbrik edim, Heydər  Əliyev siyasi xəttinin 
davamçısı kimi fəaliyyətində ona uğurlar arzulayım. 
 
* * * 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə