İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz biRİNCİ Kİtab



Yüklə 2.75 Kb.

səhifə1/24
tarix22.05.2017
ölçüsü2.75 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   24

 
 
 
İNKİŞAF –  
MƏQSƏDİMİZDİR 
 
 
OTUZ BİRİNCİ KİTAB 
————— 
İYUN 2008 - AVQUST 2008 
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2016 

 2 
 
 
 
ÇIXIŞLAR * NİTQLƏR 
 
BƏYANATLAR * MÜSAHİBƏLƏR 
 
MƏKTUBLAR * MƏRUZƏLƏR 
 
MÜRACİƏTLƏR  
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2016 
 

 

BBK 32 
Ə 56              
                                  Buraxılışına məsul 
akademik 
 
        RAMİZ MEHDİYEV 
 
ƏLİYEV İLHAM 
Ə 56   İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2016, 392 səh. 
 
 Azərbaycan    Respublikasının  Prezidenti  İlham  Əliyevin 
oxuculara təqdim olunan «İnkişaf – məqsədimizdir» çoxcildliyinin  
bu  cildində  dövlət  başçısının    xarici  ölkələrə  rəsmi  səfərləri, 
Azərbaycana gələn dövlət və hökumət başçıları ilə görüşəri, çıxış 
və nitqləri öz əksini tapmışdır.  
Bakıya  rəsmi  səfərə  gəlmiş  Rusiya  prezidenti  Dmitri  Med-
vedev,  Ukrayna  prezidenti  Viktor  Yuşşenko  ilə  keçirdiyi  görüş-
lərə, danışıqlara, həmçinin MDB ölkələri dövlət başçılarının Sankt-
Peterburqda, GUAM ölkələri dövlət başçılarının Batumidə keçirilən 
zirvə  görüşləri  və  Bakı-Tbilisi-Qars  dəmir  yolunun  Türkiyə 
hissəsinin təməlqoyma mərasimində iştirakına dair material toplan-
mışdır. 
Bu  cilddə,  eyni  zamanda  ölkəmizə  gəlmiş  mədəniyyət  xa-
dimləri,  bir  sıra  beynəlxalq  təşkilatların  nümayəndələri  ilə 
görüşləri,  kütləvi  informasiya  vasitələrinə  verdiyi  müsahibələri 
dərc olunmuşdur.   
 
İSBN  978-9952-8100-7-3 
 
32
-
ББК
     
          
          
2016
651(07)
М
0801000000
Я
  


 
© Azərnəşr, 2016

 4 
 
 
 
 
BÖYÜK BRİTANİYANIN TİCARƏT VƏ 
İNVESTİSİYALAR NAZİRİ  DİQBİ CONS  
İLƏ GÖRÜŞ  
 
Prezident sarayı  
 
4 iyun 2008-ci il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyu-
nun  4-də  Böyük  Britaniyanın  Ticarət  və  İnvestisiyalar  naziri 
Diqbi Consu qəbul etmişdir. 
Görüşdə  Azərbaycanla  Böyük  Britaniya  arasında  ikitərəfli 
münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğur-
la  inkişaf  etdiyi  bildirildi,  Britaniya  şirkətlərinin  uzun  illərdir 
Azərbaycan  iqtisadiyyatının  müxtəlif  sahələrində  səmərəli 
fəaliyyət göstərdiyi vurğulandı. Söhbət zamanı Bakıda keçirilən 
XV  Beynəlxalq  Xəzər  neft-qaz  sərgi  və  konfransının  əhə-
miyyətinə toxunuldu və bildirildi ki, bu tədbir regional və bey-
nəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyətə malikdir. 
 
 
 

 

 
 
 
 
İRANIN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ 
ƏLİRZA ŞEYX ƏTTARIN BAŞÇILIQ ETDİYİ 
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ  
 
Prezident sarayı  
 
5 iyun 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
iyunun  5-də  İran  İslam  Respublikası  Xarici  İşlər  nazirinin 
müavini Əlirza Şeyx Əttarın başçılıq etdiyi nümayəndə heyətini 
qəbul etmişdir. 
Görüşdə  Azərbaycanla  İran  arasında  ikitərəfli  əlaqələrin 
uğurla  inkişaf  etdiyi  bildirildi,  bu  əlaqələrin  bundan  sonra  da 
genişlənəcəyinə  əminlik  ifadə  olundu.  Söhbət  zamanı  ölkələri-
miz  arasında  münasibətlərin  perspektivlərinə  dair  fikir  müba-
diləsi aparıldı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 6 
 
 
 
«STATOYL HYDRO» ŞİRKƏTİNİN BAŞ İCRAÇI 
DİREKTORU HELGE LİNQİN BAŞÇILIQ ETDİYİ 
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ  
 
Prezident sarayı  
 
5 iyun 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
iyunun 5-də Norveçin «Statoyl Hydro» şirkətinin Baş icraçı di-
rektoru  Helge  Linqin  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul 
etmişdir. 
Görüşdə  Azərbaycanla  Norveçin  Statoyl  şirkəti  arasında 
uzun illər davam edən səmərəli əməkdaşlıqdan danışıldı. Bakı-
da  keçirilən  XV  neft-qaz  sərgisinin  əhəmiyyəti,  onun  enerji 
sahəsində  beynəlxalq  əməkdaşlığın  genişlənməsinə  xidmət 
etdiyi  vurğulandı.  Söhbət  zamanı  Statoyl  şirkəti  ilə  əmək-
daşlığın perspektivləri barədə də fikir mübadiləsi aparıldı. 
 
 
 
 
 
 
 

 

 
 
 
İNTEL ŞİRKƏTİNİN PREZİDENTİ  
KREYQ BARETİN BAŞÇILIQ ETDİYİ 
NÜMAYƏNDƏ HEYƏTİ  İLƏ GÖRÜŞ  
 
Prezident sarayı 
 
5 iyun 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
iyunun  5-də  Prezident  sarayında  İntel  şirkətinin  prezidenti 
Kreyq  Baretin  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul  et-
mişdir. 
Kreyq  Baret  rəhbərlik  etdiyi  şirkətlə  Azərbaycanın  müvafiq 
qurumları  arasında  rabitə  və  informasiya  texnologiyalarının 
sahəsində  əməkdaşlıq  üçün  yaxşı  perspektivlərin  olduğunu  söy-
lədi.  Qonaq  səfərinin  Azərbaycanda  informasiya  texnologiyala-
rının inkişafı istiqamətində görülən işlərlə və bu sahənin perspek-
tivləri ilə yaxından tanış olmaq üçün yaxşı imkanlar yaratdığını 
bildirdi. 
Prezident  İlham  Əliyev  ölkəmizdə  informasiya  texnologi-
yaları  sahəsinin  inkişaf  etdirilməsinin  Azərbaycanın  ümumi 
iqtisadi  inkişafının  prioritet  sahələrindən  biri  olduğunu  vur-
ğuladı.  Bu  baxımdan  Azərbaycanın  İntel  şirkəti  ilə  əmək-
daşlığının gələcək perspektivlərinin müzakirə olunmasının əhə-
miyyətli olduğunu  bildirdi. 
 
 

 8 
 
 
 
RUSİYA FEDERASİYASININ PREZİDENTİ 
ZATİ-ALİLƏRİ 
CƏNAB DMİTRİ MEDVEDEVƏ 
 
Hörmətli Dmitri Anatolyeviç! 
Rusiyanın  dövlət  bayramı  –  Rusiya  günü  münasibətilə 
Sizi  və  bütün  Rusiya  xalqını  Azərbaycan  xalqı  adından  və 
şəxsən öz adımdan ürəkdən təbrik edirəm. 
Çox  şadam  ki,  müasir  Rusiya  demokratik  dəyişikliklərin 
həyata  keçirilməsi,  qanunçuluq  normalarının  və  hüquqi  qay-
danın  bərqərar  olması,  iqtisadi  və  sosial  tərəqqi,  ölkənin 
beynəlxalq  birlikdə  rolunun  və  nüfuzunun  daha  da  möhkəm-
lənməsi yolunda uğurla irəliləyir. 
Əminəm  ki,  birgə  səylərimiz  ənənəvi  dostluq  və  mehriban 
qonşuluq  münasibətlərinin  genişlənməsinə  və  dərinləşməsinə, 
hərtərəfli  əməkdaşlığın  sürətli  inkişafının  təmin  edilməsinə, 
xalqlarımızın  və  dövlətlərimizin  mənafeyi  naminə,  Qafqazda 
sülh  və  təhlükəsizlik  naminə  Azərbaycan  ilə  Rusiya  arasında 
strateji tərəfdaşlığın möhkəmlənməsinə yönələcəkdir. 
Hörmətli  Dmitri  Anatolyeviç,  Sizə  möhkəm  cansağlığı  və 
dövləti  fəaliyyətinizdə  uğurlar,  dost  Rusiya  xalqına  sülh  və 
firavanlıq arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 5 iyun 2008-ci il 

 

 
 
 
RUSİYA FEDERASİYASI HÖKUMƏTİNİN SƏDRİ 
ZATİ-ALİLƏRİ 
CƏNAB VLADİMİR PUTİNƏ 
 
Hörmətli Vladimir Vladimiroviç! 
Rusiyanın dövlət bayramı – Rusiya günü münasibətilə ən 
səmimi təbriklərimi qəbul edin. 
Azərbaycan  ilə  Rusiya  arasında  tarixən  yaranmış  dostluq, 
mehriban  qonşuluq  və  əməkdaşlıq  münasibətləri  bu  gün 
keyfiyyətcə  yeni  xarakter  kəsb  etmiş,  strateji  tərəfdaşlıq 
səviyyəsinə çatmışdır. 
Əminəm  ki,  bizim  aramızda  yaranmış  konstruktiv  dialoq, 
qarşılıqlı  anlaşma  və  etimad  şəraiti  bundan  sonra  da 
ölkələrimizin  və  xalqlarımızın  tərəqqisi  naminə,  regionda 
sülhün  və  sabitliyin  təmin  edilməsi  məqsədilə  çoxşaxəli  Azər-
baycan–Rusiya  qarşılıqlı  əlaqələrinin  hərtərəfli  inkişafına 
kömək edəcəkdir. 
Hörmətli  Vladimir  Vladimiroviç,  Sizə  möhkəm  cansağlığı 
və  uğurlar,  dost  Rusiya  xalqına  sülh  və  əmin-amanlıq  ar-
zulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 5 iyun 2008-ci il 
 
 
 
 

 10 
 
 
 
PORTUQALİYA RESPUBLİKASININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB ANİBAL KAVAKU SİLVAYA 
 
Hörmətli cənab Prezident! 
Milli  bayramınız  –  Portuqaliya  günü  münasibətilə  Sizə  və 
Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan 
xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. 
Əminəm  ki,  Azərbaycan–Portuqaliya  münasibətləri  xalqla-
rımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və 
əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir. 
Bu  xoş  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar, 
dost Portuqaliya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 5 iyun 2008-ci il 
 
 
 
 
 
 
 
 

 
11 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ    
PREZİDENTİ İLHAM ƏLİYEVİN  
SANKT-PETERBURQA SƏFƏRİ 
 
5 iyun 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
iyunun  5-də  MDB-nin  üzvü  olan  ölkələrin  dövlət  başçılarının 
qeyri-rəsmi  zirvə  görüşündə  iştirak  etmək  üçün  Rusiyanın 
Sankt-Peterburq şəhərinə yola düşmüşdür. 
Azərbaycan prezidentini Heydər Əliyev Beynəlxalq Aeropor-
tunda  Baş  nazir  Artur  Rasizadə,  Prezidentin  İcra  Aparatının 
rəhbəri  Ramiz  Mehdiyev,  Bakı  Şəhər  İcra  Hakimiyyətinin 
başçısı Hacıbala Abutalıbov yola saldılar. 
 
                                   * * * 
 Azərbaycan  dövlətinin  başçısını  və  onun  xanımını  hava 
limanında  Sankt-Peterburqun  vitse-qubernatoru  Aleksandr 
Vaxmistrov və digər rəsmi şəxslər qarşıladılar. 
Prezident  İlham  Əliyev  hava  limanından  «Konstantinov» 
sarayı  kompleksində  onun  üçün  ayrılmış  iqamətgaha  yola 
düşdü. 
 
 
 

 12 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  
RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEV İLƏ  
GÖRÜŞÜ 
 
Sankt-Peterburq,  «Konstantinov» sarayı
 
 
6 iyun 2008-ci il 
 
D m i t r i   M e d v e d e v:  Hörmətli İlham Heydər oğlu, 
Peterburqda  yenidən  görüşməyimizə  şadam.  Bizim  görüşlərimiz 
üçün  kifayət  qədər  əsas,  çoxlu  maraqlı  layihələr  var,  hətta  əmtəə 
dövriyyəsinin  özündə  də  bir  sıra  göstəricilər  yaxşılaşır.  Bunlar 
bəlkə  də  formal  şeylərdir,  lakin  Rusiya  ilə  Azərbaycan  arasında 
ikitərəfli  münasibətlər  baxımından  onlar  da  vacibdir.  İndi  Sizinlə 
görüşümüz  qısa  olacaq,  lakin  ümid  edirəm  ki,  tezliklə  biz 
görüşəcəyik. İyulun əvvəllərində mən sizin ölkəyə, Bakıya qonaq 
gələ bilərəm və orada biz öz əlaqələrimizlə bağlı bütün məsələlər 
barədə ətraflı söhbət edərik. 
Azərbaycan  prezidenti  İlham  Əliyev  rusiyalı  həmkarına 
təşəkkür edərək dedi: 
–  Hörmətli  Dmitri  Anatolyeviç,  görüşümüzə  çox  şadam. 
Sizin  prezidentliyinizin  ilk  ilində  Azərbaycana  rəsmi  səfərə 
gəlmək  barədə  bizim  dəvətimizi  qəbul  etdiyinizə  görə  də 
şadam.  Bu  bizim  ikitərəfli  münasibətlərimizin  çox  mühüm 
göstəricisidir.  Ümid  edirəm  ki,  münasibətlərimiz  əvvəllərdə 
olduğu  kimi,  bundan  sonra  da  səmərəli  olacaqdır.  Biz  bu 
istiqamətdə fəal işləyəcəyik. Ölkələrimiz arasında münasibətlər 
tərəfdaşlıq münasibətləri kimi səciyyələnir, dinamik və müsbət 
şəkildə  inkişaf  edir.  Bizim  əlaqələrimizin  formatı  çox  geniş, 
gündəlikdəki  məsələlər  əhatəlidir.  Çox  şadam  ki,  biz  yüksək 
sürətlə  irəliyə  doğru  gedirik,  regionda  fəal  qarşılıqlı  əlaqə 
saxlayırıq,  ikitərəfli  münasibətlərimizdə  böyük  tərəqqi 
müşahidə olunur. Bu bizi çox sevindirir. 

 
13 
 
 
 
MDB ÖLKƏLƏRİ DÖVLƏT BAŞÇILARININ  
QEYRİ-RƏSMİ GÖRÜŞÜ  
 
Sankt-Peterburq,  «Konstantinov» sarayı
 
 
6 iyun 2008-ci il 
 
İyunun  6-da  Sankt-Peterburq  yaxınlığında  –  Strelnadakı 
«Konstantinov»  sarayında  XII  Peterburq  Beynəlxalq  İqtisadi 
forumu  çərçivəsində  MDB  ölkələri  dövlət  başçılarının  qeyri-
rəsmi görüşü keçirilmişdir. Azərbaycan prezidenti İlham Əliyev 
görüşdə iştirak etmişdir. 
Dövlət  başçılarının  qeyri-rəsmi  görüşlərinin  keçirilməsi 
Birliyin  təcrübəsində  bir  ənənəyə  çevrilmişdir.  İlk  belə  görüş 
2000-ci il  avqustun 18-də Yaltada olmuşdu. O  vaxtdan  bəri  9 
qeyri-rəsmi  görüş  keçirilmişdir.  Belə  görüşlərin  formal  gündə-
liyi olmur və onlarda hər hansı məsələlərə dair qərarlar qəbul 
edilməsi  nəzərdə  tutulmur.  Yalnız  təxirə  salınması  mümkün 
olmayan məsələlər istisna təşkil edir. 
Budəfəki  qeyri-rəsmi  görüş  2008-ci  ildə  sayca  ikincidir. 
Fevralın 22-də Moskvada keçirilmiş görüşdə olduğu kimi, indiki 
görüşdə  də  MDB-nin  üzvü  olan  bütün  ölkələrin  prezidentləri 
iştirak etmişlər. 
Sankt-Peterburq  görüşünün  təşəbbüsçüsü  Rusiya  Fede-
rasiyasıdır. 
Görüş  başlanmazdan  əvvəl  dövlət  başçıları  xatirə  şəkli 
çəkdirmişlər. 
Açılışda  çıxış  edən  Birliyin  sədri,  Qırğızıstan  prezidenti 
Kurmanbek Bakiyev Rusiya və Ermənistanın dövlət başçılarını 
prezident vəzifəsinə seçilmələri münasibətilə təbrik etmişdir. 
Rusiya  dövlətinin  başçısı  Dmitri  Medvedev  görüşdə  çıxış 
edərək,  MDB  çərçivəsində  təhlükəsizliyin  təmin  edilməsini, 

 14 
humanitar  sahədə  əməkdaşlığı  yüksək  qiymətləndirmiş  və 
iqtisadi  əlaqələrin  genişləndirilməsinin  perspektivləri  barədə 
fikirlərini bölüşmüşdür. 
MDB  İcraiyyə  Komitəsinin  sədri,  Birliyin  icraçı  katibi 
Sergey  Lebedev  sammitdə  Birliyin  iqtisadi  inkişaf  strategi-
yasının  formalaşdırılması,  nəqliyyat  sahəsində  əməkdaşlığın 
möhkəmləndirilməsi  və  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi 
üzrə iş haqqında məruzə ilə çıxış etmişdir. 
Görüşdə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq və qar-
şılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi 
aparılmışdır. 
 
 
 
 
 
 
 

 
15 
 
 
 
AZƏRBAYCAN VƏ  ERMƏNİSTAN    
PREZİDENTLƏRİNİN GÖRÜŞÜ 
 
Sankt-Peterburq 
 
6 iyun 2008-ci il 
 
İyunun  6-da  Sankt-Peterburqda  Azərbaycan  prezidenti 
İlham  Əliyevin  və  Ermənistan  prezidenti  Serj  Sarkisyanın  gö-
rüşü olmuşdur. 
Görüşdə  ATƏT-in  Dağlıq  Qarabağ  münaqişəsi  üzrə  Minsk 
qrupunun həmsədrləri də iştirak etmişlər. 
Görüşün yekunlarına əsasən iki ölkənin Xarici işlər nazirləri 
–  Elmar  Məmmədyarov  və  Edvard  Nalbandyan  mətbuat 
konfransı  keçirmişlər.  Xarici  işlər  nazirləri  Azərbaycan  və 
Ermənistan prezidentlərinin ilk görüşünü müsbət və konstruktiv 
hadisə kimi qiymətləndirmişlər. 
Bildirildi  ki,  prezidentlər  tərəflərin  mövqeləri  ilə  tanış  ol-
muş,  Xarici  işlər  nazirlərinə  danışıqlar  prosesinin  davam  et-
dirilməsi üçün Minsk qrupu ilə əməkdaşlıq etmək barədə təlimat 
vermişlər. 
Elmar  Məmmədyarov  onu  da  vurğulamışdır  ki,  Minsk  qru-
punun  vasitəçilik  fəaliyyətinin  davam  etdirilməsi  arzusu  ifadə 
olunmuşdur. O bildirmişdir ki, hazırda prezidentlərin və Xarici 
işlər  nazirlərinin  iş  cədvəli  nəzərə  alınmaqla,  həmsədrlərin 
regiona  növbəti  səfərinin  vaxtı  razılaşdırılır.  Gözlənildiyinə 
görə, bu səfər iyunun axırlarında baş tuta bilər. 
Elmar  Məmmədyarov  sonda  demişdir  ki,  qarşılıqlı  yanaş-
malarla tanış olandan sonra biz  tərəflərin mövqelərinin yaxın-
laşdırılması üzrə işi davam etdirməliyik. 

 16 
Amerikalı  həmsədr  Mətyu  Brayzə  də  Azərbaycan  və  Er-
mənistan  prezidentlərinin  görüşünü  uğurlu  görüş  adlandır-
mışdır.  
Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov konkret 
nəticələr  əldə  etmək  üçün  əməkdaşlığı  davam  etdirməyə  hazır 
olduqlarını bildirmişdir. 
 
              Səfər başa çatdı 
 
MDB  dövlət  başçılarının  qeyri-rəsmi  zirvə  görüşündə 
iştirak  edən  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyevin Sankt-Peterburqa səfəri iyunun 7-də başa çatmışdır. 
Azərbaycan  dövlətinin  başçısını  Pulkovo  hava  limanında 
Rusiyanın yüksək vəzifəli rəsmi şəxsləri yola saldılar. 
                                  
 
 
          * * * 
Dövlətimizin başçısı həmin gün Bakıya gəldi. 
Azərbaycan prezidentini Heydər Əliyev Beynəlxalq Aeropo-
rtunda  Baş  nazir  Artur  Rasizadə,  Prezidentin  İcra  Aparatının 
rəhbəri  Ramiz  Mehdiyev  və  Bakı  Şəhər  İcra  Hakimiyyətinin 
başçısı Hacıbala Abutalıbov qarşıladılar. 
 
 
 
 
 
 

 
17 
 
 
 
RUSİYA FEDERASİYASININ MÜLKİ MÜDAFİƏ, 
FÖVQƏLADƏ HALLAR VƏ FƏLAKƏTLƏRİN 
NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI 
ÜZRƏ NAZİRİ SERGEY ŞOYQU İLƏ GÖRÜŞ  
 
Prezident sarayı 
 
9 iyun 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
iyunun  9-da  Rusiya  Federasiyasının  Mülki  müdafiə,  fövqəladə 
hallar  və  fəlakətlərin  nəticələrinin  aradan  qaldırılması  üzrə 
naziri Sergey Şoyqunu qəbul etmişdir. 
Sergey  Şoyqu  Azərbaycan  prezidenti  ilə  ötən  görüşündən 
keçən  dövr  ərzində  Rusiya  ilə  Azərbaycanın  Fövqəladə  hallar 
nazirlikləri  arasında  əməkdaşlığa  dair  konkret  layihələrin 
həyata keçirildiyini qeyd etdi və bu istiqamətdə aparılan işlərin 
əməkdaşlığın  daha  da  genişlənəcəyinə  xidmət  etdiyini 
vurğuladı. 
Dövlətimizin başçısı Azərbaycan və Rusiya Fövqəladə hallar 
nazirliklərinin  əməkdaşlığının  genişlənməsindən  məmnun-
luğunu  vurğuladı,  nazirliklər  arasında  müxtəlif  istiqamətlərdə 
işlərin  həyata  keçirilməsinin,  təcrübə  mübadiləsinin  aparılma-
sının  qarşılıqlı  surətdə  faydalı  olduğunu  bildirdi  və  bu  səfərin 
də  bu  sahədə  əməkdaşlığın  daha  da  genişlənməsi  işinə  öz 
töhfəsini verəcəyinə əminliyini ifadə etdi. 
 
 
 
 
 

 18 
 
 
 
BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA 
BİRLƏŞMİŞ KRALLIĞININ BAŞ NAZİRİ  
ZATİ-ALİLƏRİ CƏNAB QORDON BRAUNA 
 
Hörmətli cənab Baş nazir! 
Milli bayramınız – Kraliçanın təvəllüd günü münasibətilə 
Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm. 
Bu  gün  Azərbaycan  ilə  Birləşmiş  Krallıq  arasındakı  mü-
nasibətlər  yüksələn  xətt  üzrə  inkişaf  etməkdədir.  Dost  ölkə-
lərimizin  bir  çox  sahələrdə  müvəffəqiyyətlə  həyata  keçirdiyi 
əməkdaşlıq,  Britaniya  şirkətlərinin  Azərbaycanda  səmərəli 
fəaliyyəti, gündən-günə artan əlaqələrimiz bizi sevindirir. 
Fürsətdən  istifadə  edərək,  bu  günlər  Bakıda  keçirilən  XV 
Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı ilə əlaqədar mənə 
ünvanladığınız  səmimi  təbrik  məktubuna  və  xoş  arzularınıza 
görə Sizə öz dərin təşəkkürümü bildirirəm. 
Əminəm  ki,  ölkələrimiz  arasındakı  tərəfdaşlıq  münasibət-
lərinin hazırkı yüksək səviyyəsini qoruyub saxlamaq və inkişaf 
etdirmək  üçün  bundan  sonra  da  səylərimizi  ardıcıl  şəkildə 
davam etdirəcəyik. 
Bu  bayram  günündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 
uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm. 
 
Hörmətlə, 



  1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə