“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu m aterialı


  Uşaq və ailəyə dəstək planının hazırlanması ........................................................ 67



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix13.11.2022
ölçüsü1,15 Mb.
#68945
1   2   3   4   5   6   7   8   9   ...   64
nkluziv-sinifda-talimin-taskili-oxu-materiali

 9.1. 
Uşaq və ailəyə dəstək planının hazırlanması ........................................................ 67 
İzahlı lüğət.......................................................................................................................75 
İstifadə edilmiş ədəbiyyat................................................................................................78 



Mövzu 1. 
İNSAN HÜQUQLARINA ƏSASLANAN İNKLÜZİV TƏHSİL 

1.1. 
İnklüziv təhsil nədir? 
“İnklüziv təhsil” termini çox zaman səhv başa düşülür. BMT-nin “Əlilliyi olan şəxslərin 
hüquqları haqqında” Konvensiyasının 24-cü maddəsi əlilliyə daha münasib tərif verir. Konvensiya 
əlilliyi olan şəxslərin təhsil hüquqlarını tanıyır və dövlətlərin üzərinə inklüziv təhsili tətbiq etmək 
öhd
əliyini qoyur. Bu öhdəliyə aşağıdakılar daxildir: 

Əlilliyi olan uşaqların ümumtəhsil məktəblərindən kənarlaşdırılmamasını təmin etmək; 

Yaşadıqları icmada digərləri ilə bərabər əsaslarla inklüziv, keyfiyyətli və pulsuz ibtidai və 
orta t
əhsil almaq imkanlarını təmin etmək; 

İnklüzivliyin tam şəkildə təmin olunması üçün akademik və sosial inkişafa şərait yaradan 
mühitd
ə fərdi ehtiyaclara uyğunlaşdırılmış zəruri dəstək tədbirlərini təmin etmək. 
H
ər hansı formada seqreqasiya və ya təhsildən kənarlaşdırılma, məsələn, əlilliyi olan 
uşaqların xüsusi məktəblərdə və ya adi məktəblərin daxilindəki xüsusi bölmələrdə təhsil alması, 
yaxud natamam inteqrasiya inklüziv t
əhsilə daxil deyil.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanı imzalayan tərəflərdən biri kimi, 
Az
ərbaycan da inklüziv təhsili həyata keçirmək öhdəliyini üzərinə götürmüşdür. İnklüziv təhsilin 
t
ətbiqində boşluqları aradan qaldırmaq üçün önəmli addımlar atılmışdır. 2017-ci ildə əlilliyi olan 
şəxslərin bərabər təhsil imkanlarını təmin etmək məqsədi ilə “2018–2024-cü illərdə Azərbaycan 
Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” qəbul 
edilmişdir. 
Az
ərbaycanda əlilliyi olan uşaqlar üçün təhsil geniş şəkildə əlçatan deyil. 2015-2016-cı tədris 
ilind
ə xüsusi məktəblərdə (3148 nəfər), internat məktəblərində (2468 nəfər) və ümumtəhsil 
m
əktəblərinin əlilliyi olan uşaqlar üçün xüsusi siniflərində (659 nəfər) təhsil alan əlilliyi olan 
uşaqların sayı cəmi 6275 nəfər olub. Azərbaycanda məktəbəqədər və icbari orta təhsildə (ibtidai 
v
ə ümumi orta təhsil) iştirak edən uşaqların sayının 1279135 nəfər olduğu nəzərə alındıqda, 
ölk
ədə icbari orta təhsil alan uşaqların cəmi 0.5% hissəsinin əlilliyi olan uşaqlar olduğu məlum 
olur. Qeyd
ə alınan bu aşağı rəqəmlər əlilliyi olan bir çox uşağın ya məktəbdə təhsil almadığını, 
ya da onların müəyyən edilmədiyini göstərir. 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin