gün» və ya «Həftədə 2-3 dəfə» istifadə edilir, tipik ümumtəhsil məktəblərində 90
faiz, «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblər və
«Elektron məktəb»lərdə 98 faiz təşkil edir.
Bu məlumatlar əsasında şagirdlərin tədris prosesində test tapşırıqlarından
istifadə ilə bağlı suala müsbət cavab verdikləri müəyyən olunmuşdur. Şagirdlərin
cavablarından məktəblərdə vizual resurslar ilə müqayisədə test tapşırıqlarından
daha çox istifadə edildiyi görünür.
Müqayisəli təhlil göstərir ki, hər üç məktəb tipində test tapşırıqlarından istifadə
göstəricisində oxşarlıq vardır. Test tapşırıqlarının yuxarıda qeyd olunan resurslarla
müqayisədə məktəblərdə daha çox istifadə olunmasının əsas səbəbi respublikada
buraxılış və qəbul imtahanlarında şagird nailiyyətlərinin qiymətləndirilməsində,
eyni zamanda məktəbdaxili qiymətləndirmədə bu metoddan istifadə edilməsidir.
Qrafik 4-də anket sorğusunda iştirak edən 300 şagirdin tədris prosesində
kompüterdən istifadə edilməsi ilə bağlı suallara verdikləri cavabların faiz göstəriciləri
ifadə olunub.
Qrafik 4-ə əsasən, məktəbin tiplərinə (tipik ümumtəhsil məktəbləri, «İlin ən
yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblər, «Elektron
məktəb»lər) görə, kompüterdən istifadə üzrə şagirdlərin cavab göstəriciləri belədir:
tipik ümumtəhsil məktəblərində və «İlin ən yaxşı ümumtəhsil məktəbi»
müsabiqəsinin qalibi olan məktəblərdə 40 faiz müəllim tədris prosesində
kompüterdən heç vaxt istifadə etmir. Tipik ümumtəhsil məktəbləri və «İlin ən yaxşı
AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2
Dostları ilə paylaş: