İnnovasiyalar texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix14.10.2022
ölçüsü1,17 Mb.
#65132
1   ...   9   10   11   12   13   14   15   16   17
yazili resurslar

38
İNNOVASİYALAR
Qrafik 7. 
Video, CD, DVD-lərdən istifadə ilə bağlı şagirdlərin cavab göstəricilərinin
paylanması


Tipik ümumtəhsil məktəblərində olduğu kimi, «İlin ən yaxşı ümumtəhsil məktəbi»
müsabiqəsinin qalibi olan məktəblərdə də tədris prosesində qəzet və jurnallardan
resurs kimi müntəzəm olaraq hər gün istifadə edilmədiyi şagirdlər tərəfindən
vurğulanmışdır.
Qrafik 8-ə diqqət etsək, görərik ki, tipik ümumtəhsil məktəbləri və «İlin ən yaxşı
ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə müəllimlərin qəzet,
jurnal və s. yazılı resurslardan istifadə səviyyəsi elektron tədris avadanlıqları və
resursları ilə müqayisədə yüksəkdir. Ümumilikdə götürdükdə, hər üç məktəb tipində
müəllimlərin qəzet və jurnaldan istifadə göstəriciləri orta hesabla belədir: müntəzəm
olaraq hər gün istifadə edilir – 15,3 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 26,3 faiz;
ayda 1 dəfə istifadə edilir – 32 faiz, heç vaxt istifadə edilmir -26,3 faiz.
Qrafik 9-da anket sorğusunda iştirak edən şagirdlərin tədris prosesində ağıllı
(smart) lövhədən istifadə edilməsi ilə bağlı suallara verdikləri cavabların faiz
göstəriciləri ehtiva olunub.
Qrafikdən göründüyü kimi, məktəblərin tiplərinə görə ağıllı (smart) lövhədən
istifadə ilə bağlı şagirdlərin cavablarının paylanması ayrı-ayrılıqda əks olunub. Tipik
ümumtəhsil məktəblərində: heç vaxt istifadə edilmir – 99 faiz; «İlin ən yaxşı
ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə: heç vaxt istifadə
edilmir – 87 faiz; ayda 1 dəfə istifadə edilir – 7 faiz; «Elektron məktəb»lərdə: heç
vaxt istifadə edilmir – 30 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 10 faiz; müntəzəm
olaraq hər gün istifadə edilir – 60 faiz.
39
http://journal.edu.az
Nərminə Məmmədova
Texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma
Qrafik 8. 
Qəzet, jurnal və s. yazılı resurslardan istifadə ilə bağlı şagirdlərin cavab
göstəricilərinin cavablarının paylanması


Ağıllı (smart) lövhədən istifadə göstəricilərinə görə tipik ümumtəhsil məktəbləri
və «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə elə
də kəskin fərq yoxdur. Hər iki məktəb tipi ilə müqayisədə «Elektron məktəb»lərdə
bu göstərici bir qədər yüksəkdir. Belə ki, «Müntəzəm olaraq hər gün» istifadə
göstəricisi «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan
məktəblərdə cəmi 2 faiz olduğu halda, «Elektron məktəb»lərdə 60 faiz təşkil edir.
Təhlildən alınan nəticəyə görə, tədris prosesində ağıllı (smart) lövhədən tipik
ümumtəhsil məktəblərində və «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin
qalibi olan məktəblərdə istifadə göstəricisi çox yaxındır. Bundan başqa, maraq
doğuran cəhətlərdən biri də tipik ümumtəhsil məktəblərində və «İlin ən yaxşı
ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə bu tədris
avadanlığından tədris prosesində müntəzəm olaraq istifadə edilmədiyi müəyyən
olunmuşdur.
Qrafik 10-da anket sorğusunda iştirak edən şagirdlərin dərsdənkənar vaxtlarda
müəllimlərlə internet vasitəsilə ünsiyyətin qurulmasına aid suallara verdikləri
cavabların faiz göstəriciləri ehtiva olunub. Qrafikə əsasən dərsdənkənar vaxtlarda
müəllimlərlə internet vasitəsilə ünsiyyətin qurulmasına aid suallara şagirdlərin
cavab göstəriciləri məktəb tipləri üzrə belədir: «Elektron məktəb»lərdə şagirdlərin
54 faizi müntəzəm olaraq hər gün; 33 faizi həftədə 2-3 dəfə; 11 faizi ayda 1 dəfə
dərsdənkənar vaxtlarda müəllimlərlə ünsiyyət qurduqlarını qeyd etmişdir. 
AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin