İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil


təlabat artacaq və əsrin ikinci yarısından təlabat azalacaq.Mövcud fosfat ehtiyatları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix14.04.2017
ölçüsü5,01 Kb.
#14108
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

         
 
təlabat artacaq və əsrin ikinci yarısından təlabat azalacaq.Mövcud fosfat ehtiyatları           
                 
 
isə onların hesabatına görə təxminən 100il kifayət edəcəkdir.Lakin,digər proqnoz-
lar daha bədbindir.Məsələn,BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının(FAO- 
 
Food and Agricultural Organization) məlumatına görə Yer kürəsinin artan əhalisini 
ərzaqla  təmin  etmək  üçün  2050-ci  ilə  kənd  təsərrüfatı  məhsulları  ikiqat  artmal-
dır.Əgər,bu zaman gübrə istehsalının illik 3% artımı saxlanılarsa,fosfat ehtiyatları 
50ildən sonra tükənəcəkdir.Məhz,bu proqnozların nəticəsidir ki,2008-ci ildə fosfat-
ların bir tonunun qiyməti beş dəfə artaraq 500ABŞ dollarına çatmışdır.  
     Fosforun bitkilər tərəfindən mənimsənilməsi torpaq məhlulunun turşuluğundan 
asılıdır.Fosfatlar  suda  az  həll  olunan  və  qələvi  mühitdə  isə  həll  olunmayandır. 
Turşuluğun artması ilə fosfatlar yaxşı həllolunan fosfor turşularına çevrilir. 
 
 
26, 7Gt      
 
 
 
Mərakeş 
14,1Gt     
 
   Çin 
12,6Gt    
 
Rusiya 
  
4,6Gt    
 
   
ABŞ 
  4,0Gt     
Şimali 
Afrika 
  Şək......Dünyanın fosfat ehtiyatlarının paylanması (geqatonla


68 
 
 
 
              
Mövzu 8: Biomüxtəliflik 
                                                                                                                                                                                                              
 
    «Biomüxtəliflik» anlayışı 1972-ci idən etibarən, BMT-nin ətraf mühit üzrə 
Stokholm konfransından sonra elmi aləmdə geniş şəkildə istifadə edilir. Daha 
sonra siyasi liderlərin biomüxtəliflik haqqında bir sıra konvensiyalar imzalaması 
nəticəsində insanın yerdəki istənilən fəaliyyəti zamanı biomüxtəlifliyin mühafizəsi 
prioritet fəaliyyət hesab edildi. 
    Biomüxtəliflik (bioloji müxtəliflik)-bütün təzahürlərində (gendən biosferə 
qədər)həyatın müxtəlifliyidir. Daha dar çərçivədə, biomüxtəliflik dedikdə,həyatın 
təşkilinin üç səviyyəsində müxtəliflik başa düşülür: genetik  müxtəliflik (genlərin 
və onların variantlarının müxtəlifliyi ),ekosistemlərdə növlərin müxtəlifliyi və 
nəhayət,ekosistemlərin özlərinin müxtəlifliyi.Başqa sözlə,biomüxtəlifliyin üç əsas 
növü mövcuddur: 

69 
 
-növdaxili müxtəlifliyi əks etdirən və fərdlərin dəyişkənliyi ilə şərtləndirilən 
genetik müxtəliflik; 
-canlı orqanizmlərin(bitki,heyvan,göbələk və mikroorqanizmlər) müxtəlifliyini əks 
etdirən növ müxtəlifliyi(müəyyən qiymətləndirmələrə görə ümumilikdə 50mln.növ 
olmasına baxmayaraq,hazırda 1,7mln.növün təsviri verilmişdir); 
-ekosistem tipləri arasındakı fərqləri,məskunlaşma mühitlərinin və ekoloji 
proseslərin müxtəlifliyini əhatə edən ekosistem müxtəlifliyi(ekosistemlərin təkcə 
struktur və funksional müxtəlifliyi deyil,eyni zamanda mikrobiogeosenozdan 
biosferə qədər  miqyasına görə də müxtəlifliyi qeyd olunur). 
    Bəzən,ərazi quruluşunun xüsusiyyətlərini və cəmiyyətin yerli,regional və milli 
mədəniyyətinin təsirini əks etdirən landşaft müxtəlifliyini də bir kateqoriya kimi 
ayırırlar. 
  
   Biomüxtəlifliyin öyrənilməsi,istifadəsi və saxlanılması məsələlərinə əksər 
ölkələrin «Bioloji müxtəliflik haqqında Konvensiya»-nı (BMT-nin ətraf mühit və 
inkişafa dair konfransı,Rio de Janeyro,1992) imzalamasından sonra böyük diqqət 
ayrılmağa başlamışdır. 
    Biomüxtəliflik təbiətqoruyucu diskursda açar rolunu oynayan bir anlayışdır. 
1992-ci il Rio de Janeyroda (Braziliya) BMT-nin ətraf mühit və inkişaf  üzrə 
Konfransı çərçivəsində dünya liderlərinin  ən irimiqyaslı görüşü keçirilmişdir.  
Bu sammitdə atmosferə istixana qazlarının ixracının azaldılmasına yönəldilmiş 
iqlim dəyişiklikləri üzrə Konvensiya,bioloji və landşaft müxtəlifliyinin saxlanması 
və dayanıqlı istifadəsi sahəsində ilk qlobal razılaşma olan  biomüxtəliflik haqqında 
Konvensiya  kimi bir sıra tarixi sənədlər imzalandı. 
    «Biomüxtəliflik haqqında Konvensiya» Rio de Janeyro konfransında 150 ölkə 
tərəfindən imzalandı və hazırda bu Konvensiyanı 175 ölkə tərəfindən ratifikasiya 
edilmişdir. 
    Konvensiyanın üç əsas məqsədi vardır: 
-biomüxtəlifliyin saxlanması; 
-biomxtəliflyin komponentlərinin dayanıqlı istifadəsi; 
-genetik resurslardan kommersiya və digər məqsədlərlə istifadəsindən əldə olunan 
faydanın bərabər və ədalətli əsaslarla paylanması. 
    Bu sammitdə biomüxtəliflik « Yerüstü,dəniz və digər su ekosistemləri və onların 
tərkib hissəsi olduqları ekoloji komplekslərin inter aliasınınnın (lat. «digərləri 
arasında»)  daxil olduğu bütün mənbələrdən olan canlı orqanizmlərin 
müxtəlivliyidir: buraya növ daxilində müxtəliflik,növlərin müxtəlifliyi və 
ekosistemlərin müxtəlifliyi daxildir.» kimi müəyyənləşdirilmişdir. Biomüxtəliflik 
özlüyündə genetik, növ, birlik (biosenoz) və ekosistem müxtəliflikləri kimi bir 
neçə anlayışı birləşdirir. 

70 
 
    Bu tərif qanun nöqreyi-nəzərindən rəsmi tərif  kimi qəbul olunmüş və BMt-nin  
biomüxtəliflik məslələri üzrə konvensiyasına daxil edilmişdir.BMT-nin bu 
konvensiyası Andorra,Bruney ,Vatikan,Somali və ABŞ istisna olmaqla dünyanın 
bütün ölkələri tərəfindən qəbul olunmuşdur. BMT  Beynəlxalq Biomüxtəliflik 
Günü müəyyənləşdirmişdir.Biomüxtəlifliyin qorunub saxlanmasının zəruriliyini bu 
zərurətin hansı nöqteyi-nəzərdən qiymətləndirilməsindən asılı olaraq  hər hansı bir 
obyektiv üsulla müəyyənləşdirmək  olduqca çətindir.Lakin,bütün bunlara 
baxmayaraq,biomüxtəlifliyin saxlanmasını zəruri edən üç əsas səbəb mövcuddur:     
Utilitar nöqteyi-nəzərdən, biomüxtəliflik elementləri artıq bu gün insan üçün real 
faydaya malik və ya gələcəkdə faydalı olacaq resursdur.Biomüxtəliflik həm 
iqtisadi,həm də elmi (məsələn,yeni dərman pereparatlarının və ya müalicə 
üsullarının axtarımında) fayda verir.Biomüxtəlifliyin qorunub-saxlanmasının 
xeyrinə edilən seçim etik seçimdir.Bəşəriyyət bütövlükdə planetin ekoloji 
sisteminin bir hissəsi olduğu üçün (mahiyyətcə biz hamımız ondan asılıyıq) 
biosferi qorumalıdır. Təbiət bütün dünyanın  rəssamları, şairləri və musiqiçiləri 
tərəfindən tərənnüm edilmişdir və ediləcəkdir.Çünki,təbiət insan üçün əbədi və 
əvəzolunmaz dəyərdir. 
    Biomüxtəlifliyin bütün tipləri öz aralarında qarşılıqlı əlaqədədir:genomüxtəliflik 
növ müxtəlifliyini təmin edir;ekosistem və landşaft müxtəlifliyi yeni növlərin 
yaranması üçün şərait yaradır;Növ müxtəlifliyinin yüksəlməsi Biosferin canlı 
orqanizmlərinin ümumi genetik potensialını artırır və s.   
    Hər bir növ biomüxtəlifliyə öz töhfəsini verir nöqteyi-nəzərindən yanaşsaq, 
demək olar ki,faydasız və zərərli növ mövcud deyil. 
    Yer səthində növlər qeyri-bərabər  yayılmışdır.Təbii məskunlaşma mühitində  
biomüxtəliflik tropik zonalarda maksimaldır və en dairəsinin artması ilə azalır.Ən 
zəngin biomüxtəlifliyə malik ekosistemlər  planet səthinin 7%-ə qədərini tutan və 
bütün növlərin 90%-indən artığını özündə cəmləyən  yağışlı tropik meşələrdədir.  
    Yerin geoloji tarixi ərzində biosferdə növlərin yaranması və yox olması prosesi 
daim baş vermişdir.Belə ki,bütün növlərin  mövcudluğunun  sonu vardır.Növlərin 
məhv olması yeni növlərin meydana gəlməsi ilə kompensasiya olunmuş və 
nəticədə biosferdə növlərin ümumi sayı artmışdır.Növlərin məhv olması insanın 
müdaxiləsi olmadan da baş verən təbii prosesidir.  
    Hal- hazırda,antropogen amillərin təsirindən eliminasiya ( nəsli kəsilmə,məhv 
edilmə) hesabına biomüxtəlifliyin ixtisarı baş vrir.Son yüzillikdə insan fəaliyyəti 
nəticəsində növlərin məhvolma sürəti təbii sürətdən çox-çox (bəzi 
qiymətləndirmələrə görə 40000 dəfə) yüksəkdir.Planetin nadir genofondunun 
dönməz və kompensasiya olunmayan dağılması prosesi gedir. 
    İnsan fəaliyyəti nəticəsində növlərin eliminasiyası iki istiqamətdə baş verə bilər: 
-birbaşa -qırmaq (ov,təsərrüfat); 

71 
 
-dolayı (məskunlaşma mühitinin dağıdılması,trofik əlaqələrin pozulması). 
    Həddindən artıq ovlama növlərin sayının azalmasının birbaşa səbəbi olsa 
da,məskunlaşma mühitinin dəyişməsinin dolayı səbəblərindən (məsələn,çayların 
kimyəvi çirklənməsi,meşələrin qırılması və s.)daha az təsirə malikdir. 
 
   Yəqin ki,Qlobal biomüxtəliflik strtegiyasında iştirak edən hər bir insan və 
təşkilat üçün aşağıda qeyd olunan 10 prinsipi dərk etmək olduqca vacibdir: 
1.Bütün canlı varlıqlar unikaldır və bəşəriyyət üçün vacibdir. 
2.Biomüxtəlifliyin saxlanması həm lokal və milli,həm də qlobal ümumbəşəri 
miqyasda resursların qorunması üçün zəruri və faydalıdır. 
3.Biomüxtəlifliyin qorunub-saxlanması üçün zəruri olan məsrəflər və bu 
fəaliyyətin vediyi və ya gələcəkdə verəcəyi gəlir və qazanc müxtəlif millətlər 
arasında və eləcə də ayrı-ayrı ölkələr daxilindəki insanlar arasında daha bərabər  
bölünməlidir.  
4.Bəşəriyyətin dayanıqlı inkişafına nail olmaq üçün aparılan irimiqyaslı fəaliyyətin 
tərkib hissəsi kimi,biomüxtəlifliyin qorunub-saxlanması bütün dünyada 
iqtisadiyyatın struturuna və inkişaf ına yanaşmada fundamental dəyişikliklər tələb 
edir. 
5.Dövlətlərin biomüxtəlifliyin qorunub-saxlanmasına çəkilən xərclərin həqiqətən 
səmərəli olmasını təmin edən siyasət və reformaları (qanunvericilikdə,təbiəti 
mühafizə fəaliyyətinin strukturunda və s.).  
6. Müxtəlif səviyyələrdə biomüxtəlifliyin saxlanması sahəsində prioritetlər 
fərqlənir.Belə ki,yerli və lokal proritetlər ümummilli və ya qlobal prioritetlərlə üst-
üstə düşməyə də bilər.Lakin,yerli prioritetlər qlobal prioritetlərdən heç də az 
əhəmiyyət daşımır.Bütün bəşəriyyət çərçivəsində biomüxtəlifliyin saxlanması üzrə 
işlər yalnız  növlərlə xüsusilə zəngin bəzi ekosistemlərin (məsələn,tropik meşələr ) 
mühafizəsi ilə məhdudlaşdırıla bilməz. 
7.Perspektivdə biomüxtəlifliyin saxlanmsaı yalnız o zaman dayanıqlı proses ola 
bilər ki, cəmiyyətin narahatlığı və bu istiqamətdə fəaliyyətin zəruriliyinə inamı 
daim artacaqdır. Əsaslandırılmış seçim etmək və uyğun qərarlar qəbul edilməsi 
üçün siyasətçi və məmurların  bu sahədə zəruri məlumatlara malik olması olduqca 
vacibdir.  
8.Biomüxtəlifliyin saxlanması üzrə fəaliyyət və sosial prioritetlər bərabər dərəcədə 
planlaşdırılmalı və həyata keçirilməlidir.Yəni,bu fəaliyyətin mərkəzində təkcə 
qorunan təbiət əraziləri (qoruqlar,yasaqlar,bu və ya digər nadir növün 
məskunlaşdığı yer və s.) deyil,həm də insanların yaşadığı və işlədiyi yerlər də 
olmalıdır.  
9.Mədəni müxtəliflik təbiət müxtəlifliyi ilə sıx bağlıdır.Bəşəriyyətin təbiətin 
müxtəlifliyi,onun əhəmiyyəti və istifadəsi haqqında təsəvvürləri xalqların 

72 
 
mədəniyyət müxtəlifliyinə əsaslanır və əksinə,biomüxtəlifliyin saxlanması üzrə 
fəaliyyət əksar hallarda mədəni inteqrasiyanı gücləndirir. 
10.İctimaiyyətin iştirakının artırılması,əsas insan hüquqlarına hörmət,insanların 
məlumat və təhsil əldə etməsinin asanlaşdırılması,siyasətçilərin,nazirlik və 
idarələrin cəmiyyət qarşısında hesabatlılığının gücləndirilməsi biomüxtəlifliyin 
qorunub-saxlanması sahəsində müvəffəqiyyətli fəaliyyətin zəruri şərtləridir.  
 
      Biomüxtılifliyin saxlanması sahəsində əsas vəzifələr 
1.İqtisadi: ölkənin makroiqtisadi göstəricilərinə biomüxtəlifliyin daxil edilməsi; 
biomüxtəliflikdən gələn potensial gəlirlər,o cümlədən,birbaşa (təbabət,seleksiya 
üçün xammal və material və s.) və dolayı (ekoturizm) gəlirlər; pozulmuş 
biomüxtəlifliyin bərpasına çəkilən xərclər. 
2.İdarəetmə:dövlət və kommersiya təşkilatlarını,ordu və donanmanı,qeyri-hökumət 
təşkilatlarını,yerli əhalini və bütün ictimaiyyəti birgə fəaliyyətə cəlb etməklə 
əməkdaşlığın yaradılması. 
3.Hüquqi:bütün uyğun qanunvericilik normalarına biomüxtəlifliklə bağlı termin və 
anlayışların daxil edilməsi,biomüxtəlifliyin saxlanmasını dəstəkləyən hüquqi 
bazanın yaradılması. 
4.Elmi:qərarların qəbulu qaydalarının formalaşdırılması,biomüxtəliflik 
indiqatorlarının axtarışı,monitorinqlərin təşkili. 
    20dekabr 2006-cı ildə BMT-nin Baş Assambleyası özünün 61/203 saylı 
qətnaməsi ilə 2010-cu ili Beynəlxalq biomüxtəliflik ili elan etmişdir. Baş 
Assambleya 19dekabr 2008-ci ildə 63/219 saylı qətnaməsi ilə bütün üzv dövlətləri 
2010-cu ildə biomüxtəlifliyin itirilməsi tempini maksimum azaltmağa,özlərinin  
uyğun strategiya və proqramlarında bu problemə lazımi diqqət ayırmağa 
çağırmışdır.Assambleya bütün üzv dövlətlərə Beynəlxalq Biomüxtəliflik ilini 
keçirmık üçün yerli xalqların və icmaların daxil olduğu milli komitələrin 
yaradılmasını tövsiyə etmiş,həmçinin də bütün beynəlxalq təşkilatlara bu hadisəni 
qeyd etməyi təklif etmişdir. 
     Beynəlxalq Biomüxtəliflik ilini dəstəkləmək məqsədilə Assambleya 2010-cu 
ildə özünün altmış beşinci sessiyası zamanı dövlət,hökumət və nümayəndə 
heyətlərinin rəhbərlərinin iştirakı ilə yüksək səviyyədə birgünlük iclas 
keçirəcəkdir. 
 
 
Biomüxtəlifliyin idarə olunması 
    Nəzərə alsaq ki,bir çox hallarda təbiətdən istifadə edənlərə təsir mexanizmi 
yoxdur,onda biomüxtəlifliyin idarə olunmasının da asan vəzifə olmadığını dərk 
etmək olar.Bəzi hallarda təbiətdən istifadəçilərə beynəlxalq razılaşmalar və 
müqavilələr yolu ilə təsir etmək mümkündür.Lakin,əksər hallarda bu razılaşma və 

73 
 
müqavilələrə əməl olunmasına nəzarəti həyata keçirmək üçün məhdud resurslar 
ayrılır.Hökumət idarələri,biznes qurumlar ,qeyri-hökumət təşkilatları və yerli əhali 
əsas təbiət istifadəediciləridir.Müəyyən bir dəyişiklik,məsələn iqlim dəyişməsi 
biomüxtəlifliyin saxlanması üçün əvvəlcədən məlum olmayan nəticələrə səbəb olur 
ki,bu da biomüxtəlifliyin idarə olunmasını mürəkkəbləşdirən amil rolunu oynayır. 
Lakin,bütüb bu çətinliklərə baxmayaraq,idarəetmə prosesini formalaşdırmağa və 
strukturlaşdırmağa kömək edən addımı və ya mərhələni müəyyənləşdirmək olar.Bu 
mərhələlər aşağıdakılardır: 
-problemin müəyyənləşdirilməsi; 
-planlaşdırma; 
-biomüxtəlifliyin monitorinqi; 
-audit. 
    Biomüxtəlifliyin idarə olunmasının daha dəqiq məqsədləri aşağıdakılardır: 
-biomüxtəlifliyinsaxlanması üçün bütün qüvvələri planlaşdırmaq və kordinasiya 
etmək; 
in situ və ex situ saxlama strategiyalarından istifadə etməklə ekosistem,növ və 
gen müxtəlifliyini qorumaq və bərpa etmək;  
- mövcud idarəetmə sistemləri (məsələn,meşəçilik,balıqçılıq,əkinçilik, 
heyvandarlıq və s. kimi) çərçivəsində biomüxtəliflikdən dayanıqlı istifadə etmək; 
-müxtəlif sosial və iqtisadi alətlərdən istifadə etməklə biomüxtəlifliyin 
saxlanmasından əldə olunan gəliri ədalətli bölmək; 
-biomüxtəlifliyin saxlanması və dayanıqlı istifadəsi üçün hüquqi əsası yaratmaq; 
-bioregional miqyasda təbiətqoruyucu tədbirlərin sosial-iqtisadi inkişaf plan və 
sxemlərinə insanların və təşkilatların inteqrasiyasına imkan yaratmaq.  
 
                                 İdarəetmə konsepsiyaları və planları 
    İdarəçilik siyasətinin gözlənilən nəticələri istifadə olunan idarəetmə 
konsepsiyası ilə sıx bağlıdır.Müxtəlif nəticələr verən iki konsepsiyanı ayırmaq 
olar: 
-ekosistemlərlə idarəetmə konsepsiyası; 
-növlərlə idarəetmə konsepsiyası. 
    Xüsusi planların işlənməsi də biomüxtəlifliyin idarə olunmasının tərkib hissəsi 
ola bilər: 
-növlərlə idarəetmə planı; 
-növlərin təsnifatı və onların reintroduksiyası; 
-ərazi və iqtisadi inkişaf planına inteqrasiya. 
    Monitorinq biomüxtəlifliyin saxlanması üçün həyata keçirilən tədbirlərin 
səmərəliliyinin ölçülməsi və  həm təbii,həm də  antropogen bioloji tendensiyaların 
aşkarlanması üçün effektiv bir alətdir.Müəyyən zaman kəsiyi üçün hesablanmış 

74 
 
monitorinq proqramında müxtəlif yanaşma tərzləri tətbiq oluna 
bilər.Məsələn,alimlərin fikrinə görə bu və ya digər ekosistemin vəziyyətinin yaxşı 
indiqatoru olan bir neçə əsas (açar) növlər qrupuna (məsələn,balıqlar və ya 
kəpənəklər) fokslanmış panbiotik taksonomik inventarlaşdırma 
(ABTİ);müəyyən ərazidə məskunlaşmış bütün növlərin təsvirinə əsaslanmış 
(orientirovannaya) biomüxtəlifliyin pantaksonomik  inventarlaşdırılması 
(ATBİ);ərazinin bioloji sərvətləri haqqında operativ məlumatlar verən seçilmiş 
növlərin siyahısına əsaslanan biomüxtəlifliyin vəziyyətinin cəld (tez) 
qiymətləndirilməsi (RBA). 
    Qeyd olunanlar monitorinq proqramlarına dair bir neçə nümunə idi.İşdə real 
istifadə olunacaq yanaşma tərzi monitorinq proqramının məqsədi və əldə olan 
potensial resurslarla müəyyənləşdirilməlidir. 
    Biomüxtəlifliyin yerli,regional,milli və qlobal səviyyədə monitorinqi sistemli 
ekoloji infrastruktur,iqtisadi dəstək və insan resursları tələb edir.Bundan 
başqa,biomüxtəliflik Konvensiyasının iştirakçı ölkələri təbii sərvətlərin saxlanması 
və dayanıqlı istifadəsi məqsədilə biomüxtəlifliyin öyrənilməsini və monitorinqini 
həyata keçirməlidirlər.Lakin,bu günə qədər hətta iqtisadi cəhətdən ən inkişaf etmiş, 
ən zəngin ölkələr belə bu vəzifənin çətinliyi və adekvat monitorinq proqramlarının 
yoxluğu səbəbindən öz ərazilərinin biotu haqqında tam təsəvvürə malik deyillər. 
 
                                           Niyə növlər məhv olur? 
 
    Kütləvi informasiya vasitələrindən hər güm «Yerdə hər gün bir heyvan növü və 
hər həftə bir bitki növü məhv olur» kimi kədərli statistikaya rəast gəlirik.Bəs,bu 
niyə baş verir? Yəqin ki,hər birimiz  bilirik ki,insanın intensiv təsərrüfat 
fəaliyyəti,ətraf mühitin çirklənməsi,meşələrin qırılması,bataqlıqların qurudulması 
və s. planetimizin canlı aləminə heç də yaxşı təsir göstərmir.Lakin,növlər bütün 
zamanlarda və hətta insanın təbiətə təsirinin əhəmiyyətli dərəsədə olmadığı 
dövrlərdə belə, məhv olmuşlar. 
    Daşlaşmış bitki və heyvan qalıqlarının tədqiqi növlərin  daha irimiqyaslı yox 
olmalarının mənzərəsini daha aydın təsəvvür etməyə imkan verir.Dünyada bir çox 
alimlərinin bu sahədə apardıqları tədqiqatlarla tanış olduqda,istər istəməz  bir sıra 
suallar ortaya çıxır:Bəlkə növlərin qırılmasının əsas günahkarı insan deyil? Bəlkə, 
insanlar yalnız bu prosesi sürətləndirir? Nəyə görə «mükəmməl və uyğunlaşmış» 
növlər birdən-birə öz mövqelərini başqalarına təslim edir?   
    1859-cu ildə ingilis alimi Ç.Darvinin  təkcə həmin dövrün deyil,həm də sonrakı 
nəsillərin dünya görüşünü  alt-üst edən«Təbii seçmə yolu ilə növlərin mənşəyi» 
adlı kitabı işıq üzü gördü.Darvinin davamçıları kitabın müvəffəqiyyətini belə izah 
edirdilər ki, «Darvin bütün canlı aləmin müxtəlifliklərinin necə yaranmasının ən 

75 
 
inandırıcı izahını verdi».Lakin,hələ o dövr tənqidçilərində Darvinin ssenarisinin 
doğruluğuna şübhə yaradan suallar meydana çıxırdı.Əsas problem ondan ibarət idi 
ki,elmə bir növün digər növə çevrilməsi faktı məlum deyildi və belə faktı Darvin 
də  təqdim etmirdi.Darvinizmin tənqidçilərindən biri,Paris elmlər akademiyasının 
Daimi katibi P.Flurans (1864) qeyd edirdi: «Darvin növlərin mənşəyi haqqında 
kitab yazıb,ancaq bu kitabda məhz növlərin mənşəyi yoxdur» (V.İ.Nazarov,2005) 
Bir növün digər növə çevrilməsi faktı ilə heç kəs rastlaşmasa da,əks proses,yəni 
növlərin məhv olması daim göz önündə baş vermişdir.Ona görə də,növlərin yox 
olması heç kəsdə şübhə doğurmur. Ona görə də,ilk növbədə məhz bu fenomeni 
izah etmək lazımdır.Hansı səbəbdən son dərəcə mükəmməl quruluşalu və təkmil 
funksiyalı növlər birdən-birə yox olmağa başlayır və ya onların sayı kəskin azalır? 
Bu suala bir çox alimlər cavab tapmağa çalışsa da,heç kim qənaətbəxş cavab 
tapmamışdır.Lakin,Darvinin nəzəriyyəsi təkcə növlərin mənşəyini deyil,eyni 
zamanda onların məhv olmasını da izah edirdi.Darvinin təbirincə,bu iki təzahür 
qarşılıqlı əlaqəlidir və bu proseslər bir-birini doğurur.Məhvolma barədə Darvin 
yazırdı:»Təbii seçmə nəzəriyyəsi o qənaətə əsaslanır ki,hər bir yeni növ rəqabətə 
girdiyi  növ üzərindəki müəyyən üstünlükləri sayəsində yaranır və saxlanılır; 
bundan da,daha əlverişsiz formanın qaçılmaz məhvi labüddür. Adətən oxşar 
formalar arasında rəqabət daha kəskin olur.Ona görə də,hər hansı növün 
yaxşılaşdırılmış nəsil əcdad növün məhvinə səbəb olur....Lakin,elə hallar da olur 
ki,hər-hansı bir qrupa aid olan yeni növ başqa  bir qrupa aid olan növün yerini tutur 
və bununla da onun məhvini şərtləndirir.Əgər,belə müvəffəqiyyətli gəlmədən 
çoxlu yaxın formalar ayrılarsa,onda digər çoxlu formalar öz yerlərini onlara 
verməıidirlər.Biz heç bir vəcləı məhvolma faktlarına təəccüblənməməliyik....Üzvi 
aləm tarixində əvəzsiz rol oynamış növün və ya növlər qrupunun məhv olması 
təxminən təbii seçmə prinsipinin qaçılmaz nəticəsidir »( Ç.Darvin,1991).O dövrdə 
belə izah böyük canlanma ilə qəbul olundu və əksər alimlər tərəfindən dəstəkləndi. 
Hətta,bu gün də Darvinin bəzi davamçıları növlərin məhvini məhz,rəqabətli 
sıxışdırılma ilə izah edirlər.Lakin,tənqidçilər dərhal diqqət yetirdilər ki,bu 
nəzəriyyə həqiqətən növlərin məhv olduğu müxtəlif  tarixi dövrlərdəki şəraitilə heç 
cür uzlaşmır.N.Y.Danilevskiy özünün «Darvinizm:Tənqidi tədqiqat» adlı əsərində 
Steller dəniz inəklərinin (Hydrodamalis gigas)yox olması misalını nəzərdən 
keçirir.Bu heyvan ilk dəfə VIII əsrdə Q.Steller tərəfindən Komandor adalarına 
(Kamçatka) ekspedisiya zamanı aşkarlanmış və təsvir olunmuşdur. Məlumdur ki, 
bu növ 17768-ci ildə Yer üzündən tamamilə silinmişdir.Bu zaman dəniz inəkləri 
özlərindən sonra heç bir növ müxtəlifliyi qoyub getməmişdir. Lakin,Darvinin  
məntiqinə görə dəniz inəklərinin yerində onları sıxışdıran yeni növ qalmalı 
idi.Dəniz inəklərinin əvəzinə zəngin dəniz «оtlaqları» heç bir növ tərəfindən 
tutulmadı və bu günə qədər də tutulmayıb.Bəs ,onda dəniz inəklərinin yox 

76 
 
olmasında təbii seçmə hansı rolu oynayıb?Bu suala cavab tapa bilməyən darvinizm 
tərəfdarları dəniz inəklərinin məhvində insanların günahkar olması hipotezini irəli 
sürdülər.Dəniz inəkləri heç vaxt ovçuluq obyekti olmadığı üçün Danilevskiy bu 
hipotezi əsassız  adlandırmışdır.Əgər,onları ovlamışlarsada,bu çox az miqdarda 
olmuşdur. Danilevskinin sözlərinin doğruluğunu müasir alimlər də təsdiq edirlər. 
Y.V.Çaykovski yazır: «Dəniz inəklərinin avropalı dənizçilər tərəfindən məhv 
edilməsi haqqında ədəbiyyatlarda tüğyan edən fikirlər şübhəlidir,çünki omlar orada 
az olublar və ümumilikdə kim nəqədər öldürüb məlum deyil.Ən real variant odur 
ki,Steller tərəfindən təsvir olunduğu vaxt dəniz inəkləri arıq yox olmaqda 
idilər,komandor sürüsü isə onların son populyasiyası 
idi»(Y.V.Çaykovski,2006).Təxminən bu vaxtlarda elə həmin Steller tərəfindən 
aşkarlanmış digər dəniz məməlisi olan dəniz meymunları da zoocoğrafi məkandan 
yox oldu.Dəniz meymunlarının yox olmasının səbəbləri dəqiq məlum 
deyil.Lakin,bir məsələ dəqiqdir ki,bu halda məhvolma insanın azacıq da olsa 
iştirakı olmadan baş vermişdir.  
    Dəniz məməlilərinin yox olması halları ilə bərabər,Danilevski Hind və Sakit 
okeanın müxtəlif adalarından (Seyşel,Madaqaskar,Yeni Zellandiya və s.)yaxın 
keçmişdə bir neçə tısbağa və 20-dən çox quş növünün yox olması misallarına da 
toxunur.Bu növlərin yox olmasına baxmayaraq hansısa yeni növü onların yeni 
nəsli hesab etmək olmaz.Bu növlərin digər  qrupun növləri tərəfindən 
sıxışdırılmasını mülahizə etmək doğru olmazdı.Çünki, bu növlərin ekoloji taxçası 
heç bir dəyişmiş və ya yaxşılaşmış növlər (nəsillər) tərəfindən müəyyən vaxta 
qədər də tutulmamışdır. 
    Bütün bu qeyd olunanlar onu göstərirki,növlərin yox olması ilə onların mənşəyi 
arasında heç bir əlaqə yoxdur.Bu proseslərin hər ikisi bir-birinə münasibətdə 
sərbəstdir və bir-birini şərtləndirmir.Hər iki təzahürün sərbəst olması yekun 
nəticədə Darvinə görə mahiyyəti  məhvolma (mövcudluq uğurunda mübarizədə 
məğlubiyyət) yaxşılaşmış nəslin doğulması ilə  şətlənir fikrindən ibarət olan təbii 
seçmənin olmadığını göstərir.Müəyyən mənada Darvini də başa düşmək 
olar:əgər.növlərin yox olmasının səbəbi dəqiq məlum deyilsə,hər bir alimin öz 
hipotezini irəli sürmək haqqı var.Lakin,Darvinin təklif etdiyi izahın bitərəf 
(qərəzsiz) və o dövrdə növlərin yox olması haqqında olan məlumatlardan doğan 
məntiq də adlandırmaq olmaz.Bu fikirlər təkcə yuxarıda qeyd etdiyimiz hallara aid 
deyil.1849-cu ildə K.Rulye (Рулье К. Ф. Избранные биологические 
произведения. М.-Л., 1954),sonra isə, S.Usov  zubrlar (vəhşi buğalar) üzərində 
apardıqları müşahidələrin nəticələrini nəşr etdirdilər.Həmin  nəşrlərdə bu heyvanlar 
«yox olmağa meyilli» kimi səciyyələndirilmişdir ( Чайковский Ю. В. Наука о 
развитии жизни. Опыт теории эволюции. М.: Т-во научн. изданий КМК, 
2006. 712 с.).A.Brem də zubrları «yox olmağa məhkum» növ kimi 

77 
 
səciyyələndirmişdir(Брэм А. Э. Жизнь животных: В 3 т. Т. 1: Млекопитающие. 
М.: Терра, 1992. 524 с.). Buna səbəb nədir? Bunu ilk növbədə bu heyvanların 
özlərinin davranışı ilə izah etmək olar:zubrlar 2-3 ildə bir dəfə doğurlar.Çünki, 
kürsək vaxtı yaşlı erkəklər özləri nəsil artırmaya yararsız olsalar da cavan erkəkləri 
dişilərin yanından qovurlar.Əgər,zubrları təbii seçmə yaratmışdırsa,onda Darvin 
məntiqinə görə onlar ən uyğunlaşmış,ən dözümlü və məhsuldar növ olmalı 
idilər.Ancaq,bu heyvanlar,hətta onları qoruqlarda mühafizə etdikdə belə,yox 
olmağa cəhd etməzdilər.Digər tərəfdən isə,əgər zubrlar bu dərəcədə 
uyğunlaşmamış canlılardırsa,bəs nə üçün onların yox olma prosesi bizim əsrə 
təsadüf etmişdir?Keçən əsrlərdə,mövcudluq uğurunda mübarizənin çətin 
dövrlərində necə sağ qalmışlar? Qeyd olunan müəlliflər özləri isə zubrların yox 
olması fenomenini belə izah etmişdilər: «Ayrıca bir neyvan fərdi qısa müddət 
yaşadığı kimi,bütöv heyvan növünün (cinsinin) də yerdə həyatının başlanğıcı və 
sonu var»(iqtibas.Y.V.Çaykovski).Bu hipotezanın isbatı olmasa da,rəqibin 
sıxışdırılmasından daha məntiqli görünür. Həm də,«Növlərin mənşəyi» nəşr 
olunmamışdan qabaq  da.bu hipotezkifayət qədər populyar idi.Bu hipotezin hələ 
1814-cü ildə italiyalı paleontoloq D.Brokki (1772-1823) tərəfindən söylənilməsinə 
baxmayaraq,bu barədə Darvin bir kəlmə də yazmamışdır. 
    Müasir dövrdə də,növlərin yox olması,məhv olması səbəbləri keçən əsrlərdə 
olduğu kimi,yenə də tapmaca olaraq qalmaqdadır.Növlərin yox olmasının yalnız 
bir qismini insan fəaliyyəti (ətraf mühitin çirklənməsi,biotopların məhvi və s.)ilə 
əlaqələndirmək olar.Əksər növlərin yox olmasının səbəbləri isə naməlum olaraq 
qalır. 
    Növlərin məhv olması məsələsində ən etibarlı mənbə olan paleontoloji 
məlumatlar da Darvinin köhnə formanın yenisi ilə əvəzlənməsi prinsipini təsdiq 
etmir.Həm Darvinin müasirləri olan,həm də bizim dövrün paleontoloqları 
yekdilliklə bu fikirdədirlər ki, «böyük məhvolma hansısa digər qrupdan olan növün 
sayının və müxtəlifliyinin eyni zamanda yüksəlməsi ilə müşayət 
olunmamışdır»(iqtibas.N.N.İordanski).Rus alimi D.Sobolev zəngin palejntoloji 
materialları təhlil edərək belə bir nəticəyə gəlmişdir ki,yox olmuş növlərin 
əksəriyyəti onların yerini tutmuş növlər tərəfindən sıxışdırıla bilməzdi,çünki onlar 
yeni növlər üçün rəqib və hətta onlar üçün yararlı yem də deyildilər. 
    Fərz etmək olar ki,növlərin məhv olmasının səbəbi ətraf mühit şəraitinin 
dəyişməsidir.Lakin,rus zooloqu İ.Y.Popovun fikrincə, «əgər,təkamülü ardıcıl 
olaraq təbii seçmə nəzəriyyəsi ilə izah etsək,onda,növ üçün hətta əlverişsiz şərait 
yaransa belə,o bu şəraitə uyğunlaşmalı və mövcudluğunu davam etdirməli 
idi...Lakin,ən maraqlısı odur ki,əgər biz məhv olmuş və saxlanmış orqanizmləri 
onların uyğunlaşma dərəcəsinə görə qiymətləndirsək,etiraf etmək lazımdır ki,məhz 
yaxşı uyğunlaşanlar məhv olmuş,az uyğunlaşanlar isə saxlanmışdır.Mezozoyda 

78 
 
ammonitlərin məhvi və nautilidlərin saxlanması faktı bunun bariz nümunəsidir.Öz 
quruluşuna,həyat tərzinə və artıb-törəmə üsuluna görə ammonitlər daha uyğunlaşan 
hesab olunsa da,məhz onlar məhv oldular.».Məhv olmuş və saxlanmış balıqıarı  
müqaisə etməklə də bu nəticəyə gəlmək olar. 
    J.B.Lamark da məhv olmanın təkamül nəzəriyyəsi ilə uyuşmadığını qəbul edirdi. 
O,hesab edirdi ki,əgər qazıntılar zamanı tapılan heyvanlar hazırda yaşayan 
heyvanlardan kəskin fərqlənirsə,deməli onlar məhv olmayıb,digərlərinə 
çeviriliblər.Lamarka görə,həqiqi məhvolma praktiki olaraq günahı insanın 
vicdanında olan çox nadir təzahürdür. 
    Məhvolmaya münasibətdə Lamarkın və Darvinin təlimləri mahiyyətcə bir o 
qədər də fərqlənmirlər.Lakin,belə görünür ki,hər iki təkamülçü həqiqətdən çox 
uzaqdırlar.Aydındır ki,bu cür izah hər kəsi qane edə bilməz.Ona görə də,bu gün 
belə izaha yalnız orta və ali məktəb dərsliklərində rast gəlmək olar.Müasir dövrdə 
növlərin məhv olmasına dair  darvinist olmayan iki nəzəriyyə daha populyardır:   
1.« Katastrofik» məhv olma.  
2.Növlərin «qocalması» 
    Belə bir fikir mövcuddur ki,növlərin məhv olması qlobal qəzalar nəticəsində baş 
vermişdir.Belə qəzalarin səbəbləri kimi,nəhəng meteoritlərin düşməsi,güclü 
vulkanik fəallıq,qlobal yanğınlar,zəlzələlər,Yer orbitinin dəyişməsini və s. 
göstərilir.Məhv olmuş orqanizmlər içərisində ən çox marağa səbəb olanı 
dinozavrlar olduğu üçün,əksər « katastrofik» hipotezlər məhz bu heyvanlara şamil 
edilir.Qeyd etmək lazımdır ki,həyatın kreasion (kreasionnoy) inkişaf modelinin 
hökmranlıq etdiyi dövrlərdə əksər növlərin məhvi məhz qəzalarla izah olunurdu 
(bu qəzalardan ən böyüyü qədim mətnlərdə rast gəlinən « Dünya subasması»-dır).   
Katostrofizm nəzəriyyəsinin qürubu 1830-cu ildə ingilis alimi Ç.Layelin 
uniformizm ideyalarının elmdə möhkəmlənməsi ilə başladı.Bu nəzəriyyəyə 
görə,Yerin bütün tarixi ərzində bütün həyati və geoloji proseslər bu gün olduğu 
kimi(yəni,heç bir qəzasız) baş vermişdir.Bəs, onda alimləri əvvəllər təkzib edilmiş 
qəza ideyalarına yenidən müraciət etməyə vadar edən nədir? Qəribə də olsa,bunun 
əsas səbəbkarı yenə də paleontologiyadır.Qazıntılar zamanı mütəxəssislər tez-tez 
təsadüfən saxlanmış ayrıca orqanizm qalıqları ilə deyil,daşlaşmış orqanizmlərin 
bütöv qəbirstanlıqları ilə rastlaşırdılar.Qobi səhrasında qazıntılardan sonra 
Q.Martinson(Мартинсон Г. Загадки пустыни Гоби. Л.: Наука, 1980.) yazırdı: 
«Sıx qumdaşı plitələrində toplanmış balıq qalıqlarının nəhəng yığını bizi heyrətə 
gətirdi. Bir layda ayıdöşəyi və digər bitkilərin izlərinə,digərində isə ,molyuskaların 
çanaqları,xərçəngkimilərin,balıqların, çoxsaylı həşəratların skletlərinin 
qalıqlarına,tısbağa qınlarına rast gəlinirdi.Bəzi yerlərdə bu tısbağa qınları elə sıx 
yığılmışdı ki,daş körpünü xatırladırdı.Dəfələrlə dinozavr sümüklərinə rast 
gəlinirdi.İstər-istəməz belə bir sual yaranır:Bu heyvanların belə kütləvi qırığınına 

79 
 
səbəb nədir? Monqolustan Xalq Respublikasının Elmlər Akademiyasının Ulan-
Batordakı geologiya institutunun paleontoloji laboratoriyasında döyüş zamanı biri-
birinə ilişmiş iki dinozavrın skleti saxlanılır.Çox da böyük olmayan yırtıcı dinozavr 
buynuzlu dinozavrı öz ağuşunda tutaraq onunla birlikdə sututarın lilli dibində 
basdırılmışdır.Bu cür eksponat yalnız o halda yarana bilərdi ki,ölüm onları qəflətən 
yaxalasın.Əgər,onlar hələ sağikən sututara düşsəydilər,onda bu skletlər bir-
birindən aralanardılar.»Belə təsvirləri saysız-hasabsız göstərmək olar. 
    Bütün bunlardan başqa,yerdə böyük sahələr tutan elə daşlaşmalar və çöküntülər 
kəşf edildi ki,onlar yalnız sürətli geoloji proseslər nəticəsində yarana 
bilərdi.Alimlər  geoloji layları daha dərindən tədqiq etdikcə, bu layların sürətli 
yaranışı bir daha sübüt olundu:Layel nəzəriyyəsinə görə,yaranmasına milyon illər 
tələb olunan bu laylaraylar,həftələr və hətta günlər ərzində də yarana bilər.Geoloji 
layların sürətlə yaranmasının sübutu üçün ən həlledici dəlil əh həhəng qəzalar və 
onların nəticələri üzərində aparılan müşahidələr oldu.1982-ci ildə baş vermiş 
zəlzələ və Sant-Helenz (ABŞ,Vaşinqton) vulkanının püskürməsi nəticəsində təkcə 
bir gün ərzində 8m qalınlığında və qədim çöküntü süxurlarından heç nə ilə 
fərqlənməyən geniş süxur layı yaranmışdır(Чащихин У. Вопросы хронологии. 
М.: МДЦО, 2001. 112 с).  
    Lakin,müasir katastrofizm (nekatastrofizm) qədim katastrofizmdən köklü 
şəkildə fərqlənir və növlərin kütləvi- seçmə məhvini izah etməyə qadir deyil. 
Çünki,məhvolmaya  ekoloji qruplar deyil,sistematik qruplar (məsələn,bütün 
dinozavrlar-uçan,suda və quruda yaşayan-məhv olur) məruz qalır.İ.Y.Popov yazır: 
«Heç bir qəza yüksək taksonomik səviyyənin müəyyən qruplarına aid olan 
orqanizmlərin seçmə məhvini izah edə bilməz:qəzadan sonra məhv olan və sağ 
qalanlar meteoritlərə,kometlərə,vulkanlara və s.müqavimət göstərmək baxımından 
bir-birlərindən fərqlənmirlər».Qeyd etmək lazımdır ki, катастрофизм yalnız 
keçmiş geoloji dövrlərdə növlərin kütləvi məhv olması faktlarını izah edir. 
Ancaq.bu nəzəriyyə qəzalararası dövrlərdə və indiki zamanda növlərin məhvinin 
səbəbini izah edə bilmir.Ona görə də,bir sıra təkamülşü alimləri,xüsusilə də 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin