4. İnsan alveri ilə mübarizə üçün Avropa Birliyinin Tədbiri
156. Avropa Birliyi Komissiyası insan alverinə qarşı mübarizə haqqında Çərçivə Qərar qəbul etmişdir (2002/JHA/629 saylı 19 iyul 2002-ci il tarixli Çərçivə Qərarı). O, Üzv Dövlətlərin cinayət hüququnda cinayət, cərimələr (cəza), yurisdiksiya və məhkəmə təqibi, qurbanların müdafiəsi və onlara yardım anlayışlarının təriflərinin uyğunlaşdırılması üçün tədbirlərin görülməsini nəzərdə tutur.
157. 2000-ci ildə Komissiya insan alverinə qarşı mübarizə və onun qarşısının alınması işində qabaqcıl təcrübə, standart və prosedurlarla bağlı tədbirlər planı qəbul etmişdir (OJ C 311/1 saylı 9.12.2005 tarixli). Tədbirlər planı Üzv Dövlətlər, Komissiya və digər AB orqanları tərəfindən AB tədbirlərinin uzlaşdırılması, problemin müəyyən olunması, insan alverinin qarşısının alınması, tələbatın azaldılması, insan alveri hallarının araşdırılması və məhkəmə vasitəsilə təqib edilməsi, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım, ölkəyə qaytarılması və reinteqrasiyası (təkrarən vətəndaşlıq alması) və xarici əlaqələri özündə cəmləşdirən addımların atılmasını təklif edir.
Dostları ilə paylaş: |