İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


IV. Konvensiyanin 3-cü maddəsinin iddia olunan pozuntusu



Yüklə 104,87 Kb.
səhifə49/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   45   46   47   48   49   50   51   52   ...   80
IV. Konvensiyanin 3-cü maddəsinin iddia olunan pozuntusu

248. Ərizəçi xanım Rantsevanı pis rəftardan qorumaq üçün addımlar atmamağa və ölümünə gətirib çıxaran dövrdə onun qeyri-insani və ya alçaldıcı rəftara məruz qalıb-qalmamasının araşdırılmamasına aid Kipr dövlət orqanları tərəfindən Konvensiyanın 3-cü maddəsinin pozulmasını iddia etmişdir. Konvensiyanın 3-cü maddəsi nəzərdə tutur ki:

“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldən rəftara və ya cəzaya məruz qalmamalıdır.”

A. Tərəflərin dəlilləri

1. Ərizəçi

249. Ərizəçi iddia edib ki, hazırkı işdə pozitiv öhdəlik fərdi şəxslərin pis rəftarından xanım Rantsevanı qorumaqdan irəli gəlib. O iddia edib ki, xanım Rantsevanın ölümündən sonra aparılmış iki məhkəmə tibb ekspertizasının rəyləri aşkar edib ki, onun ölümü ilə bağlı izahlar qeydə alınmış zədələrə uyğun gəlmir. O iddia edib ki, toplanmış şahid ifadələri ölümündən əvvəl xanım Rantsevanın bədəni üzərində zədələrin olub-olmamasına qaneedici cavabı nəzərdə tutmayıb. Buna baxmayaraq, xanım Rantsevanın qeyri-insani və ya alçaldıcı rəftara məruz qalıb-qalmamasına aid Kipr dövlət orqanları tərəfindən istintaq aparılmamışdır. Daha sonra, real və birbaşa təhlükə barədə dövlət orqanlarının bildiyi və ya bunu bilməli olduğu təqdirdə, xanım Rantsevanı pis rəftar təhlükəsindən qorumaq üçün hər hansı addımlar atılmamışdır. Müvafiq olaraq, ərizəçinin dəlilində iş üzrə Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin